AzTehsil.com


Xəbərlər / Qabaqcıl təcrübə
09 avqust 2018
3 020


Meksikada 12 yaşlı uşağın tələbə olmasına təhsil ekspertinin rəyi—"Belə halların təhsilin inkişafına təsiri ola bilməz”



 

Təhsil eksperti deyir ki, bu o qədər də uğurlu deyil
12 yaşlı meksikalının Beynəlxalq Avtonom Universitetinə qəbul olması xəbərini eşidənlər təəccübləndi. Belə ki, Karlos Santamaria Dias biotibbi fizika fakültəsinin bakalavr səviyyəsində təhsil alacaq.

Karlos məktəb həyatının ilk illərində müstəqil şəkildə fizikanı və riyaziyyatı öyrənməyə başlayıb. 9 yaşında o, artıq kimya, biokimya və biologiya üzrə proqramlarda iştirak edib. 12 yaşlı tələbənin əsas məqsədi nadir xəstəliklərin müalicəsi üçün dərman tapmaqdır.

Universitetdən bildirib ki, 12 yaşlı tələbəyə digər uşaqlara yanaşdıqları kimi yanaşacaqlar. Ona hər hansı güzəşt edilməyəcək, xüsusi imtiyazları olmayacaq.

Karlosun vaxtından əvvəl tələbə adı qazanması  ilk hadisə deyil. Tarixdə bir neçə dəfə belə hallar baş verib. Maraqlıdır, vaxtından əvvəl universitetə qəbul olmağın uşaqlara mənfi, ya müsbət təsiri varmı?
 

 

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, vaxtından əvvəl tələbə adını qazanmaq o qədər də yaxşı hal deyil: "Orta məktəbdən fərqli olaraq, ali məktəbi vaxtından əvvəl bitirmək olar. Qeyd edim ki, biz Bolonya prosesinə qoşulmuşuq və bu mənada universiteti 4 ildən tez bitirmək faktı Bolonyanın prinsiplərindən biri hesab edilir. Baxmayaraq ki, biz bu sistemə uzun müddətdir qoşulmuşuq, amma yerli ali təhsil müəssisələrində daha çox kreditlə bağlı məsələlərə önəm verilir. Təhsilin bakalavr və magistratura pilləsini vaxtından əvvəl bitirmək, o cümlədən tələbələrə əlavə kredit vermək bizdə gündəmdə deyil. Düzdür, bir neçə ali məktəbdə müşahidələrimə əsasən bir neçə tələbə buna cəhd edib. Əlavə kredit götürməklə təhsilini vaxtından əvvəl bitirmək istəyən tələbələr olub. Bunun üçün universitet tələbəyə şərait yaratmalıdır ki, o, buraxılış imtahanını da verə bilsin.
 

 

Dünya təcrübəsində belə bir sistem tətbiq edilib. Əsas tələb tələbənin qiymətinin yüksək olması və ayrı-ayrı kurslarda olan fınləri proqram dairəsində almasıdır. Mən özüm belə bir şeyin şahidi olmuşam. Keçmiş Qafqaz Universitetində bir tələbə 4 illik təhsilini bir il öncə bitirib. O, öz dərslərini əla oxumaqla yuxarı kurslardan dərs götürdü və universitet də buna şərait yaratdı. Əslində bu heç də təzə məsələ deyil. Bolonya prosesinə qoşulandan bəri bu ənənə mövcuddur. Digər dövlət universitetlərində belə bir sistemin tətbiq edildiyi haqda məlumatım yoxdur, amma özəl ali məktəblərdə bu təcrübə var. Ən yaxşı yaradıcı və fəal tələbələr bu işin öhdəsindən gələ bilirlər. Amma 12 yaşlı bir şəxsin tələbə adını qazanması o qədər də uğurlu deyil. Bu təcrübə o qədər də effektli olmur. Çünki birincisi, həmin şəxs digər tələbələrlə müqayisədə həm fiziki, həm də dünyagörüşü baxımdan zəif olur. Bundan başqa, onun kompitensiyaları da universitetin meyarlarına cavab verməyəcək”.

Təhsil eksperti bildirir ki, 12 yaşlı uşağın fitri istedadı, riyazi bilikləri ola bilər, amma onun digər fənləri də eyni səviyyədə mənimsəməsi mümkün deyil: "Düşünürəm ki, azyaşlı uşaqların vaxtından əvvəl tələbə adını qazanması təcrübəsi o qədər də uğurlu variant deyil. Bir çox hallarda azyaşlı istedadlı uşaqları cəlb edib onlara tələbə bileti verən universitetlər bunu reklam naminə, adlarının mətbuatda hallanması üçün edirlər. Belə halların təhsilin inkişafına təsiri ola bilməz”.(musavat.com)



Загрузка...
Həmçinin oxuyun:
Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Azərbaycanda tələbələr universiteti 4 ildən tez də bitirə bilərlər - RƏSMİ

Azərbaycanda tələbələr universiteti 4 ildən tez də bitirə bilərlər - RƏSMİ

76 yaşlı kişi magistr təhsili almaq üçün imtahan verib

76 yaşlı kişi magistr təhsili almaq üçün imtahan verib

vaxtından əvvəl I sinfə qəbula 815 nəfər uşaq müraciət edib -VİDEO

vaxtından əvvəl I sinfə qəbula 815 nəfər uşaq müraciət edib -VİDEO

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

Azərbaycanın ən yaşlı tələbəsi - VİDEO

Azərbaycanın ən yaşlı tələbəsi - VİDEO

Boloniyaya davam, yoxsa tamam? - “Bizdə bu sistemin iyrənc tərəfləri hökm sürür”

Boloniyaya davam, yoxsa tamam? - “Bizdə bu sistemin iyrənc tərəfləri hökm sürür”

Pedoqoji Universitetin rektoru tələbələrə əlçatandırmı...

Pedoqoji Universitetin rektoru tələbələrə əlçatandırmı...

Millət vəkilindən təklif- 7 min tələbə təhsil haqqını ödəyə bilməyirsə...

Millət vəkilindən təklif- 7 min tələbə təhsil haqqını ödəyə bilməyirsə...

Dillər Universitetində yenilik: Tələbələr vaxtından əvvəl təcrübə keçəcəklər

Dillər Universitetində yenilik: Tələbələr vaxtından əvvəl təcrübə keçəcəklər

"İllərdir ki, bu vacib məsələni deyirik, gündəmə gətiririk, artıq danışmaqdan da bezmişik, deyiləcək sözümüz qalmayıb"

"İllərdir ki, bu vacib məsələni deyirik, gündəmə gətiririk, artıq danışmaqdan da bezmişik, deyiləcək sözümüz qalmayıb"

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

Neft və Sənaye Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Neft və Sənaye Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Məktəblilərin abort etdirməsinə - Rəsmi münasibət

Məktəblilərin abort etdirməsinə - Rəsmi münasibət

Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları

Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu QAYDALARI

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu QAYDALARI

Bakı Slavyan Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Bakı Slavyan Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Tələbələr bu hüquqdan məhrum edildi

Tələbələr bu hüquqdan məhrum edildi

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"