AzTehsil.com


Xəbərlər
02 yanvar 2018
3 430


Pedoqoji Universitetin rektoru tələbələrə əlçatandırmı...



Dünya təhsil sistemində universitet rektorları ilə tələbələr arasında olduqca səmimi münasibət mövcuddur. Bu faktı xaricdə, xüsusən də Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr də təsdiq edirlər. Rektorların tələbələr üçün əlçatan olması isə təhsilin inkişafına təsir edən amillər sırasına daxildir desək, yəqin yanılmarıq.


Görəsən Azərbaycan universitetlərində rektorların tələbələrlə münasibəti necədir? Və onların şikayətləri necə həll olunur? Onlar tələbələr üçün əlçatandırlarmı? Tələbələr öz rektorları ilə görüşə bilirlərmi?


Aztəhsil.com xəbər verir ki, modern.az-ın "Tələbələr rektor barədə” rubrikasında ayrı-ayrı universitetdə təhsil alan tələbələrin öz rektorları barədə fikirlərinə yer verilir.


Ötən dəfə tələbələr Neft və Sənaye Universitetinin rektoru barədə fikirlərini bölüşdülər. 


İndi isə Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) tələbələri arasında sorğu keçirdik.


ADPU-nun hal hazırki rektoru Cəfər Cəfərov ölkə başçısının 23 iyun 2016-cı il tarixli sərəncamı ilə bu vəzifəyə təyin edilib.


Riyaziyyat və İnformatika fakültəsinin tələbəsi Elnur Babayev rektorları ilə şəxsən ünsiyyətdə olmayıb:


"Bizə şəxsən heç bir məsələdə köməkliyi dəyməyib. Azərbaycan Dillər Universitetinin rektoru əlavə qrupları və yay məktəblərini pulsuz edib. Amma bizdə əksidir. Fənlərin çoxu davamlıdır, kredit sayları çoxdur. 1 kredit 22 manatdır. İmtahan biletlərinin dəyişilməsinə icazə yoxdur. Tələbələrin buna etiraz etdiyini bilir və susur. Nəzarətçilər də imtahanlarda çox sərt davranırlar. Bunları bilə-bilə heç bir tədbir almayıb. Ona görə də rektordan razı deyiləm”.


Filologiya fakültəsinin tələbəsi Nərmin Baratlıya görə isə Cəfər Cəfərov keçmiş rektorlarına nisbətən çox yaxşıdır:


"Cəfər müəllimin bizim universitetə gələndən sonra ali məktəbdə qayda-qanunlar, görünüş, şərait çox dəyişib. Əvvəlki universitetdən əsər-əlamət yoxdur. Onunla şəxsən ünsiyyətdə olmamışam və kömək istəməmişəm. Amma əminəm ki, kömək edərdi. Sonunca dəfə 20 gün əvvəl qrupumuzun dərsinə gəlib və o zaman ünsiyyətdə olmuşam. 


O, rektor gələndən sonra imtahan sistemi dəyişdirilib. Bu, bizə yox, birinci kurslara aiddir. Bizdə imtahan 2 mərhələli idi. İndi isə bir mərhələyə, yazılı imtahana keçirilib. Universitet çox köhnə idi, təmir edilib. Əvvəlki bufet pis vəziyyətdə idi, indi təmiz, səliqəli bufetimiz var. Bir sözlə, rektorumuzdan razıyam”.


Tələbə Sevinc Hüseynova qeyd edir ki, onun rektorla nə ünsiyyəti olub, nə də problemi.


Tarix və Coğrafiya fakültəsinin tələbəsi Vəli Vəlizadə indiyə qədər rektorla ən kiçik dialoqunun olmamasına baxmayaraq, ondan razıdır:


"1-ci kursda təhsil alıram. Elə bir problemim yaranmayıb və şəxsən müraciət etməmişəm”.


Adının çəkilməsini istəməyən və universitetdən qovulacağından qorxan Samirə Şükürova (şərti ad) yalnız universiteti bitirdikdən sonra açıqlama vercəcəyini və rektordan qəti şəkildə razı olmadığını bildirib:


"Heç rektorun adını belə, bilmirəm”.


İbtidai təhsil fakültəsinin tələbəsi Nişanə Xəlilova deyir ki, Cəfər Cəfərov ilə imtahan müddətində ünsiyyətdə olub.


"İmtahanda nəzarətə gəlmişdi. Problemimizin olub-olmadığını soruşdu. Səmimi insan kimi tanıyıram. Düzdür, özüm başqa korpusda oxusam da, bilirəm ki, daim tələbələrin içində olur və müntəzəm olaraq hamının problemi ilə maraqlanır. Bir sözlə, yaxşı insan kimi tanıyıram və razıyam”.


Aysel Qarayeva ümumiyyətlə ünsiyyətdə olmadığı və çox az hallarda gördüyü Cəfər Cəfərovdan razıdır.


"İndiyə qədər ünsiyyətdə olmasam da, Cəfər müəllimi çox yaxşı insan kimi tanıyıram. Daim tələbələrin yanında olmağa can atan biridir”.


Riyaziyyat və İnformatika fakültəsinin tələbəsi Sənan Şərif də rektorla yaxın ünsiyyətdə olmayıb:


"Rektorumuzdan razıyam. Digər tələbələrlə tez-tez ünsiyyətdə olduğu, onların şənliklərinə də, dərdlərinə də yaxından ortaq olduğu bilinir. Tək mənə yox, ehtiyacı olan bütün tələbələrə köməklik göstərməkdən çəkinmir”.




Загрузка...
Həmçinin oxuyun:
Sumqayıt Dövlət Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Sumqayıt Dövlət Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Bakı Slavyan Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Bakı Slavyan Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Neft və Sənaye Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Neft və Sənaye Universitetinin rektoru tələbələrə əlçatandırmı...

ADU-nun rektoru tələbələr üçün əlçatandırmı?

ADU-nun rektoru tələbələr üçün əlçatandırmı?

Hamlet İsaxanlı Xəzər Universitetinin tələbələrinə əlçatandırmı ?

Hamlet İsaxanlı Xəzər Universitetinin tələbələrinə əlçatandırmı ?

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

“Heç kim universitetdən qovulmayıb” - ADU-dan açıqlama

“Heç kim universitetdən qovulmayıb” - ADU-dan açıqlama

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.

Tələbə rektorla mübahisə etdi - ADU-da narazılıq + Video

Tələbə rektorla mübahisə etdi - ADU-da narazılıq + Video

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

Tələbə Həmkarlar Təşkilatının tələbələrə nə köməyi dəyir?

Tələbə Həmkarlar Təşkilatının tələbələrə nə köməyi dəyir?

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...

Bir günlük tələbələr: “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”

Bir günlük tələbələr: “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”

ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib

ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

ADU-nun rektoru könüllü tələbələrlə görüşüb +Fotolar

ADU-nun rektoru könüllü tələbələrlə görüşüb +Fotolar

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər

Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər