Xəbərlər / Abituriyent / Magistr
26 dekabr 2017
2 785


Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Paytaxt Bakı ilə yanaşı Azərbaycanın müxtəlif bölgələrində də ali təhsil ocaqları var. Həmin universitetlərdə minlərlə tələbə təhsil alır. Bəs həmin tələbələr Bakıda təhsil almağa can atırlarmı? Paytaxt universitetləri ilə bölgə universitetləri arasında təhsil sistemində, tələbə həyatında nə kimi fərqlər var?


Aztəhsil.com xəbər verir ki, modern.az tələbələrlə bağlı budəfəki sorğunu bölgə universitetlərində təhsil alan gənclər arasında keçirib.


Naxçıvan Dövlət Universitetinin magistrantı Qənbər Xudiyev:


"Mən Bakıda da təhsil almışam, hazırda isə təhsilimi Naxçıvanda davam etdirirəm. Tələbələr arasında fərqlər var. Bakıdakı tələbələr bölgələrdəki tələbələrlə müqayisdə daha rəqabətcil olurlar. Bu da onlarda təhsilə qarşı marağı artırır. Dünyagörüşü cəhətdən də Bakıda təhsil alan tələbələr daha üstündür. Bölgələrdəki tələbələr çox imkanlardan məhrumdur və bu, onların təhsilinə də öz təsirini göstərir”.


Naxçıvan Dövlət Universitetinin 4-cü kurs tələbəsi Samir Ələkbərov:


"Bakıda oxumaq üçün can atmışam. Səbəbi daha çox təcrübə qazanmaq, öz ayaqlarımın üzərində durmaq olub. Bakıda oxuyan tələbələrin bölgədəki tələbələrdən elə də çox fərqi yoxdur. Ən əsas fərq dünyagörüşləri arasındadır. Bakıdakı tələbələrin dünyagörüşü bölgələrdəki tələbələrdən daha çox olur. Təhsildə isə oxumaq istəyənə zaval yoxdur. Hər yerdə təhsil ala bilər”.


Həmin universitetin magistrantı Güntac Şahməmmədova:


"Bakalavr təhsilimi 4 il Bakıda, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində almışam. Nə qədər şanslı olduğumu indi daha çox başa düşürəm. Çünki Jurnalistika fakültəsi mənimçün çox doğma olub. Müəllimlərin tələbələrlə isti münasibətinin, xoş rəftarının şahidi olmuşam. İstər qrup yoldaşlarım, istərsə də müəllimlərim cəhətdən heç vaxt peşman olmayacağım 4 ilim olub.


Magistr pilləsi üzrə seçimim Naxçıvan Dövlət Universiteti oldu. Bu qərarımı çox çətinliklə verdim. Fərqli bir mühit görmək istəyirdim. Bir çox tələbənin arzusu xarici universitetlərdə təhsil almaq olsa da, mən öz vətənimi seçdim. Ailəm burda yaşadığı üçün Bakıya qayıtmaq kimi istəyim olmayıb. Amma BDU mənimçün çox doğmadır. Bəzən düşürəm ki, bura gəlməsəydim, orda oxusaydım necə olardı? Amma hələ ki peşman deyiləm.


Bakı daha azad, sərbəst şəhərdir. Orda təhsil, iş imkanları çoxdur.  Naxçıvanın da özünə görə qayda-qanunları var. NDU-da tələbələrə praktiki bilikləri artırmaq üçün çox yaxşı imkanlar yaradılır.Amma istər BDU olsun, istər NDU - hər şey insanın özündən asılıdır. Tələbə özü çox çalışmalı, üzərinə düşəni etməlidir.Tənbəlliyin daşını atmalıdır. Gələcək həyatı üçün qarşısına məqsəd qoymalıdır. BDU-da mən bunu gördüm. Qrup yoldaşlarımdan bir çoxu öz gələcəyi üçün çalışırdı. Mən də ruhlanıb yazılar yazmağa, təlimlərdə iştirak etməyə başladım.Oxuyan, çalışan tələbələrə həm NDU-da, həm də BDU-da şərait yaradılır. Bir müddət sonra qabağa da gedə bilir. İstər şəhər, istər bölgə, istərsə də xarici ölkə olsun, əgər tələbə o yeri özü üçün doğma hesab etmək istəyirsə, təhsil aldığı yerdən asılı olmayaraq öz üzərində daim çalışmalıdır. Bir müddətdən sonra uğurlar onu izləməyə başlayacaq”.


Gəncə Dövlət Universitetinin məzunu Bəşir Bağırzadə:


"Universitetə qəbul zamanı Bakıda təhsil almaq istəyirdim. Amma Gəncədəki təhsil heç də Bakıdakı təhsildən geri qalmır. Mən burada təhsil aldığım müddətdə Bakıda oxuyan dostlarımla əlaqə saxlayırdım. Həm təhsil, həm də yaşayış baxımından o qədər də fərq yox idi. Əsas fərq isə Bakıda təhsil alan tələbələrin bir addım göz önündə olmaqlarındadır. Sıxlıq içində sağlam rəqabət isə insanı daha da inkişaf etdirir”.


Həmin universitetin Tarix fakültəsinin tələbəsi Səbinə Əsgərli:


"Universitetə qəbul olunmazdan əvvəl Bakıda oxumaq istəyirdim. Amma Gəncə Dövlət Universitetində oxumağım daha yaxşı oldu. Təhsildə heç bir fərq yoxdur, eyni dərs sistemi, eyni fakültələrdir. Sadəcə, fərq müəllimlərdə və şəhərlərdədir”.


Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi Kamran Babayev:


"Bakıda oxumağa can atmışam. Çünki Bakı həm yaşayış baxımından, həm də digər məsələlərdə daha çox inkişaf edib. Ona görə də Bakıda oxumaq istərdim. Amma tələbələr arasındakı fərq sadəcə şəhər amilidir”.


Lənkəran Dövlət Universitetinin Maliyyə fakültəsinin tələbəsi Natiq İmanov:


"Bakının paytaxt olması və insanların çoxluq təşkil etməsinə görə orada oxumaq istərdim. Paytaxtda yaşamaq imkanları daha genişdir”.


Həmin universitetin məzunu Aynur Şahlarova:


"Heç vaxt Bakıda oxumağa can atmamışam. Mənim fikrimcə, Lənkəran Dövlət Universiteti Bakıdakı bəzi universitetlərdən daha yaxşı təhsil verir və ən əsası  hər şey şəffaf şəkildə keçilir”.


Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsi Pərvin Mabudlu:


"Məncə, təhsildə elə bir fərq yoxdur. Fərq yaşam tərzindədir. Bölgələrdə müasirlik sıfır dərəcəsindədir. Buna görə də Bakıda oxumağa can atmışam, amma qismət olmayıb”.


Həmin universitetin İqtisadiyyat və İdaretmə fakültəsinin tələbəsi Rəhman İsgəndərov:


"Mən elə indi də Bakıda oxumağa can atıram. Fərq yaşam tərzindədir. Elə universitet var ki, təhsil vermir, sadəcə pul yığır. Eləsi də var təhsil verir, pul yığmır. Mən oxuyan ikinci qrupa aiddir. Bakıda oxumağa can atmağımın səbəbi isə sevdiyim qızın orada təhsil almasıdır”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bakıda universitet tələbəsi kirayə qaldığı evdə müəmmalı şəkildə ölüb

Bakıda universitet tələbəsi kirayə qaldığı evdə müəmmalı şəkildə ölüb

Bakıda tələbə faciəli şəkildə öldü

Bakıda tələbə faciəli şəkildə öldü

Bu ölkədə tələbələrin həftədə 20 saat işləmək imkanları var

Bu ölkədə tələbələrin həftədə 20 saat işləmək imkanları var

Hamlet İsaxanlı Xəzər Universitetinin tələbələrinə əlçatandırmı ?

Hamlet İsaxanlı Xəzər Universitetinin tələbələrinə əlçatandırmı ?

621 balla BDU-ya qəbul olundu: Ancaq pulsuzluğa görə oxuya bilməyəcək: Atasının son arzusunu yerinə yetirmək istəyən qız kömək gözləyir

621 balla BDU-ya qəbul olundu: Ancaq pulsuzluğa görə oxuya bilməyəcək: Atasının son arzusunu yerinə yetirmək istəyən qız kömək gözləyir

Bakıda tələbələr arasında kütləvi dava- VİDEO

Bakıda tələbələr arasında kütləvi dava- VİDEO

700 bal toplayan tələbələr necə oxuyurlar...

700 bal toplayan tələbələr necə oxuyurlar...

ADU-nun rektoru tələbələr üçün əlçatandırmı?

ADU-nun rektoru tələbələr üçün əlçatandırmı?

Bakıda iki dövlət universiteti birləşdirilə bilər

Bakıda iki dövlət universiteti birləşdirilə bilər

Sumqayıt Dövlət Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Sumqayıt Dövlət Universitetinin rektoru tələbələrə əlçatandırmı...

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

Yataqxana problemi və universitetlərin planları

Yataqxana problemi və universitetlərin planları

Tibb Universitetinin tələbəsi faciəli şəkildə həyatını itirdi

Tibb Universitetinin tələbəsi faciəli şəkildə həyatını itirdi

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

Tələbə Həmkarlar Təşkilatının tələbələrə nə köməyi dəyir?

Tələbə Həmkarlar Təşkilatının tələbələrə nə köməyi dəyir?

Bakıda məktəb direktoru qəfil öldü

Bakıda məktəb direktoru qəfil öldü

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

Bakıda tələbələr üçün yataqxana kompleksi tikilir

Bakıda tələbələr üçün yataqxana kompleksi tikilir

Bakıda BDU müəllimlərinin yaşadığı binada yanğın söndürülüb - YENİLƏNİB (FOTO/VİDEO)

Bakıda BDU müəllimlərinin yaşadığı binada yanğın söndürülüb - YENİLƏNİB (FOTO/VİDEO)

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

Bakıda məktəb direktoru yıxılaraq ölüb

Bakıda məktəb direktoru yıxılaraq ölüb

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov