AzTehsil.com


Xəbərlər
29 iyul 2018
2 547


"İllərdir ki, bu vacib məsələni deyirik, gündəmə gətiririk, artıq danışmaqdan da bezmişik, deyiləcək sözümüz qalmayıb"



 

Ekspertlər "Təhsil kreditləri haqqında” qanunun qəbulunun yubanmasını müxtəlif səbəblərlə əlaqələndirirlər 
 
Bu günlərdə millət vəkili Vahid Əhmədov  bildirib ki, tələbə, təhsil kreditləri ilə bağlı məsələ artıq həllini tapmalıdır. O, həmkarı Əli Məsimli ilə hələ bir xeyli müddət öncə bu məsələnin həlli istiqamətində "Təhsil kreditləri haqqında” qanun layihəsi hazırladığını və n üzvü olduğu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə təqdim etdiyini xatırladıb: "İnsanlarımız, xüsusilə, övladları ali məktəblərdə ödənişli təhsil alan imkansız valideynlərimiz bu məsələnin həllini çox səbirsizliklə gözləyirlər. İllərdir ki, bu vacib məsələni deyirik, gündəmə gətiririk, artıq danışmaqdan da bezmişik, deyiləcək sözümüz qalmayıb. Təhsil, tələbə kreditləri məsələsi, nəhayət, həllini tapmalıdır. Kasıb ailələr, imkansız ailələrin övladları, valideynlər bu məsələnin həllini gözləyirlər. Onlar da artıq yorulublar. İnsanları nə qədər gözlətmək olar axı? Həmkarım Əli Məsimli ilə bir neçə il öncə müvafiq qanun layihəsi hazırladıq, parlamentə, komitəmizə göndərdik. Hətta, komitəmizdə onun ilkin müzakirəsinə də nail olduq. Hamı da, bütün cəmiyyət də bəyəndi, razılıqla qarşıladı. Ondan sonra isə bu məsələ sanki daşa dirəndi, hər dəfə sessiyalar da başlayanda deyirik, ancaq ortada hələ də heç nə yoxdur. Bu gün heç kimə sirr deyil ki, ali təhsil alan tələbələrin, yüksək ballarla tələbə adını qazananların çoxu kasıb, imkansız ailələrin uşaqlarıdır. Ancaq onların böyük bir qismi maddi imkansızlıq üzündən ya heç ali təhsil dalınca getməyiblər, ya da ödəniş edə bilmədikləri üçün kursda saxlanıblar, ya da təhsillərini yarımçıq saxlamaq məcburiyyətində qalıblar. Ona görə, hesab edirəm ki, artıq bu məsələ yoluna qoyulmalıdır. Bildiyim qədər, parlamentin Elm və təhsil komitəsi də belə bir qanun layihəsi üzərində işləməyi planlaşdırır. Hətta, qanunu "Tələbə kreditləri haqqında” adlandırmağı düşünürlər. Olsun, fərq etməz, təki tezliklə qanun layihəsi bizim hazırladığımız sənəddən də istifadə olunmaqla, hazırlansın və parlamentin payız sessiyasının müzakirəsinə çıxarılaraq, qəbul edilsin”. 

Təhsil eksperti Nadir İsrafilov deyir ki, tələbə krediti məsələsi son dövrlərdə xeyli aktuallıq qazanıb: "Təhsil sisteminin Boloniya sisteminə qoşulması ilə bağlı olaraq, bu məsələ daha da aktuallaşdı. Təhsil haqqında qanun qəbul edilərkən, bildirildi ki, bu çərçivəli qanun olacaq, zamanla digər  qanun layihələri də buraya əlavə ediləcək. Bunlara misal olaraq elm, məktəbəqədər təhsil haqqında qanunları misal göstərmək olar. Tələbə krediti məsələsi də gündəmdə idi. Hesab edirəm ki, qanunun qəbul edilməməyi təcrübə azlığı ilə bağlı olan bir məsələdir. Dünya təcrübəsində tələbə kreditləri müxtəlif formada verilir. 3-4, 5-7 faizlə 10-20 il müddətinə verilən tələbə kreditləri var. Tələbə ona  verilən krediti ali təhsili başa vurduqdan sonra işlədiyi müddətdə təyin olunan faiz əsasında ödəyə bilir.  Bizdə banklarla bu məsələdə razılıq əldə olunmadı. Çünki bizdə kreditlər 34, 36, 37 faiz təşkil edir. Bu faizlə kredit vermək onlara sərf etmir. Tələbənin ali məktəbi bitirəndən sonra bu krediti ödəməsi ilə bağlı banka qarantiya verilmir. Çünki bizdə ali məktəbi qurtarıb işsiz qalan kifayət qədər məzun var. Ona görə də, sözügedən məsələ dəfələrlə gündəmə gətirilsə də, nəticəsiz qalıb. İsa Həbibbəylinin açıqlamasına əsasən deyə bilərəm ki, bu kreditlərlə bağlı iş aparılır və dünya təcrübəsi öyrənilir. Düşünürəm ki, növbəti ildə tələbə krediti problemi öz həllini tapacaq. Təhsilin hamı üçün əlçatanlığını təmin etmək dövlətin əsas prioritetlərindən biridir. Təhsil müəssisələrimizin 80-82 faizə yaxını ödənişli təhsil verir. Təhsil haqqı da aşağı deyil. Statistik göstəricilərə əsasən deyə bilərəm ki, ödəniş edə bilmədiyi üçün təhsildən imtina edən xeyli sayda tələbə var. Kreditlərin verilməsi ilə bağlı aidiyyəti qurum yaradılıb. Bu qurum isə üzv olan universitetin tələbələrinə kredit verir. Kreditin verilməsində isə çox mürəkkəb şərtlər irəli sürülür. Əslində, tələbələrə təhsil kreditlərinin verilməsi son dərəcə vacib bir məsələdir. Əgər biz təhsilin əlçatanlığından və rəqabətliliyindən danışırıqsa, tələbələrə imkanlar yaratmalıyıq. Əhalinin elə sosial təbəqəsi var ki, bu ödənişləri etməyə imkanı yoxdur. Bu isə təhsilin inkişafında ciddi maneələr törədir. Yaxşı olardı ki, sözügedən məsələ mətbuatda tez-tez gündəmə gətirilsin. Yalnız bu halda qanun layihəsinin qəbulu sürətlənə bilər”.

Təhsil eksperti, pedaqoji elmlər doktoru Hümeyir Əhmədov bəzi məqamları qeyd etdi: "Ümumiyyətlə, yazılmamış qayda bundan ibarətdir ki, təhsil hər kəs üçün əlçatan olmalıdır. Hər bir vətəndaş ali təhsil almaq imkanlarına malik olmalıdır. Bunun üçün dünya təcrübəsində tələbələrə müxtəlif formada kreditlər ayrılır. Kreditlər vasitəsi ilə tələbələr təhsilini davam etdirmək imkanı əldə edir. Düşünürəm ki, bu, çox əhəmiyyətli bir mövzudur. Çünki Azərbaycanda əhalinin bütün təbəqələri təhsil haqqını ödəmək iqtidarında deyil. Əksər ölkələrdə kredit götürən tələbə təhsilini başa vurduqdan sonra işləyib götürdüyü krediti geri qaytarır. Qeyd etdiyim kimi, dünyada bununla bağlı müxtəlif təcrübələr var və müxtəlif ölkələrdə tələbə kreditlərinin fərqli formaları təsdiq olunub. Savadlı mütəxəssislərin və peşəkar kadrların hazırlanması üçün tələbə kreditinin olması çox vacibdir. Hökumət bu məsələni müvafiq qaydada tənzimləməlidir”.(moderator.az)



Загрузка...
Həmçinin oxuyun:
Tələbələrə ŞAD XƏBƏR - QANUN

Tələbələrə ŞAD XƏBƏR - QANUN

Tələbələrə şad xəbər -Kreditlərlə bağlı yeni qanun layihəsi hazırlanacaq

Tələbələrə şad xəbər -Kreditlərlə bağlı yeni qanun layihəsi hazırlanacaq

Tələbələrin çoxdan gözlədiyi qanun qəbul edilməlidir – Deputatdan ÇAĞIRIŞ

Tələbələrin çoxdan gözlədiyi qanun qəbul edilməlidir – Deputatdan ÇAĞIRIŞ

Təhsil haqqını ödəyə bilməyən tələbələr nə etməli?- TƏHSİL EKSPERTİNDƏN TƏKLİF

Təhsil haqqını ödəyə bilməyən tələbələr nə etməli?- TƏHSİL EKSPERTİNDƏN TƏKLİF

Yeni tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditləri faizsiz veriləcək

Yeni tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditləri faizsiz veriləcək

Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə

Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə

Millət vəkilindən təklif- 7 min tələbə təhsil haqqını ödəyə bilməyirsə...

Millət vəkilindən təklif- 7 min tələbə təhsil haqqını ödəyə bilməyirsə...

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Magistrlar kredit ala biləcək- DİQQƏT

Magistrlar kredit ala biləcək- DİQQƏT

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR – Milli Məclis qanunu dəyişdirir

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR – Milli Məclis qanunu dəyişdirir

Təhsil haqqını verə bilməyən tələbələrə - Şad xəbər

Təhsil haqqını verə bilməyən tələbələrə - Şad xəbər

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR

Aydın Mirzəzadə: "7 min tələbə təhsilini yarımçıq qoyub, nə etməli?"

Aydın Mirzəzadə: "7 min tələbə təhsilini yarımçıq qoyub, nə etməli?"

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Azərbaycanda təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbi atıb

Azərbaycanda təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbi atıb

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Orta ümumtəhsil məktəbləri haqqında qanun layihəsi hazırlanacaq

Orta ümumtəhsil məktəbləri haqqında qanun layihəsi hazırlanacaq

Nazir: Ali məktəblər vəsaitlərinin 80 faizini əmək haqlarının ödənilməsinə sərf edirlər

Nazir: Ali məktəblər vəsaitlərinin 80 faizini əmək haqlarının ödənilməsinə sərf edirlər

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq

Bu tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq