AzTehsil.com


Xəbərlər / Müəllim
10 sentyabr 2021
1 791


Metodistin müasir təhsildəki obrazı necədir? -Təhsil İnstitutu



Metodistin müasir təhsildəki obrazı necədir? -Təhsil İnstitutu

 

Metodist xidmətinin səmərəliliyini artırmaq üçün qabaqcıl dünya təcrübəsinin yeniliklərini öyrənmək və ehtiyaclar, perspektivlər çərçivəsində tətbiq etmək lazımdır

Metodik xidmət yeni konsepsiya deyil, amma bu sahə çox sayda araşdırmaçıların diqqətini cəlb edir. Bir sıra ölkələrdə (məs. Türkiyə, Rusiya), həmçinin Azərbaycanda ali təhsil müəssisələrində metodist adlı bir ixtisas (fakültə) yoxdur, lakin metodist adlı vəzifə vardır. Bu vəzifəyə yiyələnmək üçün metodist özünü inkişaf etdirməli, ixtisasartırma və peşəkar inkişaf kurslarına getməlidir. Dövlət təhsil müəssisələrində çalışan metodist dövlət tərəfindən bu vəzifəyə təyin və onun hüquq və vəzifələri sənəd şəklində tərtib olunur. Həmin sənədə uyğun metodistlərin peşəkar fəaliyyətinin nəticələri qiymətləndirilir.

Azərbaycanda aparılan araşdırmalar onu göstərir ki, metodistlər ümumtəhsil sisteminin təkmilləşməsi və inkişafı yolunda məktəblər tərəfindən işə cəlb olunmur və özləri də bu işdə həvəsli deyillər. Yuxarıda qeyd edilən məsələlərin qaynağı kimi aşağıdakı səbəblər bildirilmişdir.

İlk növbədə bir çox metodistə, metodistin təhsil sistemində hansı funksiyanı daşıdığı aydın deyil. Digər halda əsas səbəblərə müəllim-metodist arasında kommunikasiya çatışmazlığı, həmçinin hər iki tərəfin münasibətlərində empati hissinin zəif müşahidə olunmasıdır. 

Fərqli araşdırmalar nəticəsində əldə edilən məlumat və metodistə verilən təriflər müxtəlifdir. Bəzi alimlərin fikrinə görə, metodist gənc və təcrübəsiz müəllimlərə müəssisədə səmərəli işləməyə kömək edən, onların peşəkar fəaliyyətlərində və inkişafında metodik, psixoloji və elmi dəstək göstərən daha yaşlı və təcrübəli ixtisaslaşmış müəllimdir. Nyancom isə Kram və İsabellanın metodistə verdiyi tərifdən daha fərqli yanaşma ilə çıxış edir. Belə ki, Nyancoma görə metodist olmaq üçün daha yaşlı və təcrübəli olmaq kifayət etmir. Üstəlik, təhsil müəssisələrində baş (təcrübəli) müəllimin metodist rolunda gənc müəllimlərə daha səmərəli metodik dəstək göstərə biləcəyi mənasını daşımır. Ona görə metodist olmaq üçün bir sıra müxtəlif bilik, bacarıq və səriştələrə yiyələnmək lazımdır. Bu yolda uğur şüurlu, məqsədyönlü və davamlı özünüinkişafdan asılıdır. Təsadüfən toplanmış təcrübədən daha çox, qarşıya daha çətin məqsədlər qoyub, onlara çatmaq lazımdır. Zaman, səy və daxili motivasiya bu məqsədlərə çatmaq üçün ən vacib amillərdir. Nəticədə bu yolda əldə edilən yeni metodları inkişaf etdirmək ixtisaslaşmış müəllimin metodist olmasına imkan yaradır.

Vavilova, Solovova, Dareş və Playko isə metodist anlayışına daha spesifik tərif veriblər. Onlara görə də professional təhsil sistemində metodist təlim-tərbiyə sistemində ixtisaslaşmış, müəllimlərin peşəkar inkişafını dəstəkləyən, onların peşəkar pedaqoji bilik və təcrübələrinin yaranmasına, təkmilləşməsinə və davamlı şəkildə inkişaf etməsinə töhfə verən bir mütəxəssisdir. Roulinin fikirlərinə əsasən isə metodist davamlı öyrənən, fərqli fikirlərə açıq olan və hər zaman peşəkar inkişafın yollarını araşdırıb tətbiq edən mütəxəssisdir. Digər tərəfdən, Orland-Barak və Hasin vurğulayırlar ki, yaxşı metodist təşkilatçılıq bacarığı olan, qarşılıqlı münasibətlər quran, nəzəriyyəni təcrübəyə çevirən və fənn biliyi yüksək olan bir mütəxəssisdir. Beləliklə, yuxarıda qeyd edilən fikirlərin heç biri daha yaşlı və təcrübəli müəllimin metodist olmaq üçün şərt olduğunu təsdiqləmir. 

Metodistin peşəkar iş fəaliyyətində isə əsas yer tutan məsələlərdən biri təlim-tərbiyə işi ilə bağlı məlumatın, metodların öyrənilməsi, sistemləşdirilməsi, yayılması və inkişafıdır. "Xalq təhsilində” metodist öz funksional vəzifələrini yerinə yetirmək üçün metodika ilə peşəkarcasına məşğul olan pedaqoji heyət kateqoriyasına aiddir. Metodik xidmət təcrübəli və yeni müəllimlərə dəstək və yol göstərmə mexanizmi kimi xarakterizə olunur. Bundan əlavə, metodist müəllimlərin işini planlaşdırır, onların fəaliyyətinə rəhbərlik edir, peşəkar inkişafı yolunda müxtəlif seminar və konfranslar keçirir. Alimlərin topladığı sübutlar göstərir ki, metodik xidmətin təhsil müəssisəsinin inkişafına müsbət təsiri var. Belə ki, aparılan araşdırmaya görə, keyfiyyətli metodik xidmət alan müəllimlər digər müəllimlərdən fərqli olaraq karyera pilləsində daha tez ucalır, gördükləri işi sevir və ondan zövq alırlar. Digər araşdırmalara görə, metodik xidmətin keyfiyyəti metodika siyasətinin təbiətindən və onun icrasının keyfiyyətindən asılıdır. Belə ki, metodika siyasəti ölkədən ölkəyə dəyişir və bu xidmətin təhsil müəssisəsinə olan faydaları araşdırılır, nəticəyə uyğun dəyişir, ya da təkmilləşir.  

Elm (pedaqoji, psixoloji və metodik) və təhsil praktikası arasında bir vasitəçi olmaq, pedaqoji heyətin davamlı peşəkar inkişafını təmin etmək metodistin ən başlıca öhdəliklərindəndir. Beləliklə, metodistin əsas professional metodik fəaliyyəti onun pedaqoji heyətin peşəkar fəaliyyətinin və təhsil proseslərinin təşkilini əhatə edir. Digər tərəfdən də müasir təhsilin tələblərinə cavab vermək üçün metodistlərin peşəkar fəaliyyətlərində bir sıra istiqamətlər və rollar təzahür edir.

Texnoloji fəaliyyətin əsas xüsusiyyətlərini qeyd etsək, burada  Vavilova və Barnet tərəfindən qeyd edildiyi kimi, metodist, müəllimlərin peşəkar inkişafı üçün vacib olan məlumatı pedaqoji heyətə çatdırır, pedaqoji metodik və məlumat xarakterli vəsaitləri sistemləşdirir və peşəkar inkişafın müasirləşdirilməsinə dəstək göstərir. Bundan əlavə, metodist pedaqoji heyətin innovativ, aktual, peşəkar təcrübələrini aşkar edir, öyrənir, ümumiləşdirir, təsvir edir və təhsil müəssisələrində pedaqoji heyətlə bölüşür. Müəllimlərin peşəkar təcrübəsinin qeydə alınmasında, metodik vəsaitlərin hazırlanmasında və elmi məqalələrin yazılmasında müəllimlərə kömək edir. Gənc və təcrübəli müəllimlərin attestasiyadan, diaqnostik qiymətləndirmələrdən uğurlu nəticələr əldə etmələri üçün istiqamət verir. Metodistin texnoloji nailiyyəti pedaqoji fəaliyyətin normalarını müəyyən etməsi və həmin normaların nəzəri təcrübəsini praktik təcrübəyə ixrac etməsindən ibarətdir. Məsələn, müəllimin iş fəaliyyətində qarşılaşdığı çətinliyi analiz edir, onların səbəblərini araşdırır və onları aşmaq üçün metodlar irəli sürür. Bundan əlavə, metodist öyrənilmiş yeni texnologiyalardan daha səmərəli istifadə etmək üçün onları bir bank formasında arxivdə saxlayır və lazım gələndə digər müəllimlərlə bölüşür.

Metodistin peşəkar fəaliyyəti, öz növbəsində, pedaqoji heyətin iş fəaliyyətində qarşılaşdığı çətinlikləri aradan qaldırmasına kömək edir. Bundan əlavə, müəllimlərin peşəkar inkişaf proqramlarının hazırlanması, İKT bilik və bacarıqlarının inkişafının təmin edilməsi, əldə edilən bilik və bacarıqların müəllimlərin iş fəaliyyətinə inteqrasiya edilməsi və başqa fəaliyyətləri özündə ehtiva edir. Metodist müəllimlərin innovativ və metodik fəaliyyətlərinin keyfiyyətini artırmaq üçün motivasiya xarakterli və stimullaşdırıcı tədbirlər görür. Müəllimlərə lazım olan müxtəlif tipli sənədlərin, vəsaitlərin hazırlanması və toplanmasında dəstəkləyici rol oynaması isə metodistin idarəçilik fəaliyyət növünə daxildir. Metodistin araşdırma fəaliyyətində ümumtəhsil müəssisələrində elmi-metodik araşdırmaların, təhlillərin aparılması, innovativ təlim-tədris texnologiyalarının öyrənilməsi, öyrədilməsi və tətbiqi yer alır. Metodistin ekspert fəaliyyətinə isə müəllim fəaliyyətinin ekspertizası, qiymətləndirmə meyarlarının hazırlanması, müəllimin peşəkar fəaliyyətinin ekspert müşahidəsi və qiymətləndirilməsi daxildir.

Yuxarıda sadalanlardan aydın olur ki, ümumtəhsil müəssisələrində müəllimlərin peşəkar inkişafına yönəlmiş metodist-müəllim münasibətlərində, metodist bir neçə rolda çıxış edə bilər və hər bir rolun fərdi səmərəlilik səviyyəsi var.

Metodist - informator/məlumat verən

Bu rolda metodistin əsas peşəkar funksiyası məlumatın (məs.; yeni təlim strategiyaları, konfrans, seminarlarla bağlı məlumatlar) pedaqoji heyətə ötürülməsidir. Metodist bu rolu uğurla icra edə bilmək üçün öz iş sahəsində yüksəkixtisaslı mütəxəssis, bilik və təcrübəsini digərlərinə ötürməkdə yüksək qabiliyyətə malik olmalıdır. Təhsil sahəsində müəllim-metodist əlaqələri metodistmərkəzli olduğu üçün onun aktivliyi üstünlük təşkil etməli, müvafiq sahə və mövzularda müəllimlərin suallarına çevik cavab verməyə hazır olmalıdır. Bundan əlavə, müəllim-metodist əlaqələrində və qarşılıqlı iş fəaliyyətində müxtəlif aktiv və interaktiv metodlardan istifadə etməlidir.

Tompsona görə aktiv iş metodu müəllimləri iş görməyə və gördükləri işin mahiyyətini anlamaq üçün düşünməyə cəlb etmə prosesidir. Aktiv iş metoduna daxil olan taktikalar bir-birini izləyir. Onlar tanış olma (yeni məlumat əldə etmək məqsədilə video və ya qısa təqdimatlar izləmək), cəlb etmə (metodist və digər müəllimlərlə əldə etdikləri məlumatları müzakirə etmək), aktiv iş (müzakirə edilənlərin nəticələrini iş fəaliyyətində istifadə etmək) və əksetmədir (görülən işin ilkin planını və nəticəsini bir daha müzakirə etmək, ehtiyac məqamında inkişaf etdirmək). Aktiv metodik xidmətin məqsədi müəllimlərin sadəcə iş görmələri yox, gördükləri işin mahiyyətini və məsuliyyətini anlaması və bu yolda inkişaf addımları atmasıdır. Lifenko isə əlavə edir ki, müəllimləri aktiv işə cəlb etməzdən əvvəl, birinci növbədə metodist aktiv dəstək strategiyalarını (məs. kiçik qrup müzakirələri, düşün və bölüş fəaliyyəti) müəyyən və fəaliyyət planını tərtib etməlidir.

İnteraktiv iş metodu müəllimlərin dəstək-təlim prosesinin aktiv iştirakçılarına çevrilməsinə, düşünməsinə, beyin fırtınası etməsinə, əldə edilən nəticəni qrupda bölüşməsinə (cüt və ya qrup şəklində) imkan yaradır. Bu prosesə metodist-müəllim, müəllim-müəllim münasibətləri, audio, video və vizuallardan istifadə və sonda nümayiş strategiyaları daxildir. İnteraktiv iş metodu nəinki müəllimlərin fənn biliyinin inkişafına, həmçinin onların  marağının, komanda ruhunun artırılmasına, özünə güvən və özünü ifadə etmək bacarığının artmasına kömək edəcək.

Nəhayət, metodist-informator dövri pedaqoji nəşrləri analiz edib sistemləşdirdikdən sonra müəllim və məktəb idarə heyətini bu vəsaitlərlə təmin edir. Bu funksiyaları professional şəkildə yerinə yetirə bilməsi üçün, metodist özünə inamlı, sualları əlçatan bir şəkildə təqdim etmə/izah etmə bacarığına malik olmalı və öz təcrübəsinə maraq oyada bilməlidir.

Metodist-analitik

Metodist-analitik müəllimlərin metodik fəaliyyətlərinin, təlim-tədris prosesinin monitorinq nəticələrinin, pedaqoji heyətin məlumat yönümlü ehtiyaclarının diaqnostikasını və analizini aparmağı bacarmalıdır. Qeyd edilənlərdən əlavə, metodist-analitik fərdi və kollektiv konsultasiyalar aparmalı, keyfiyyətli diaqnostika nəticəsində müəllimlərin iş fəaliyyətində yaşadıqları problemləri analiz və çatışmazlıqları aradan qaldırmağa kömək etməlidir. Yadev və digərlərinin apardığı araşdırmaların nəticələrinə görə, müəllimlər iş fəaliyyətlərində müxtəlif təhsilalanların ehtiyaclarının balansının olmaması, motivasiyadan düşmək, valideyn dəstəyinin, peşəkar inkişafın olmaması və s. kimi bir sıra problemlərlə rastlaşırlar. Bütün bu problemləri aradan qaldırmaq üçün metodist analitik təhlillər aparmağı bacarmalı, əldə etdiyi nəticələrə uyğun olaraq uğurlu dəstək yollarını təklif etməlidir.

Metodist-moderator

Müəllimlərin müstəqil qrup fəaliyyətlərini təşkil etmək, məlumatın müəllimlər tərəfindən mənimsənilməsinə kömək etmək, peşəkar fəaliyyətin yollarını və situasiyaya uyğun münasibət instrumentlərini (e-mail, telefon, görüşlər, iclaslar və s.) tətbiq etmək metodist-moderatorun əsas peşə funksiyalarındandır. Bu funksiyaların icrası aşağıdakı addımları əhatə edir. Peşəkarlar arasında əlaqələr qurmağa vasitəçilik, müəllimlərin davamlı peşəkar inkişafını təşkil edir. Müəllimlərin peşəkar fəaliyyətində qarşılaşdıqları problemləri  həll etmək üçün fəaliyyət planı tərtib və onları idarə edir. Bundan əlavə, Vavilova qeyd edir ki, metodist empati qurmağı, həmçinin düzgün yönəltməyi və idarə etməyi bacarmalıdır. Müəllimləri danışmağa təşviq edir və onların fəaliyyətini doğru istiqamətə yönəldir. Yuxarıda verilmiş fəaliyyəti yerinə yetirən metodist başqalarının fikir və yanaşmalarına qarşı tolerant (dözümlü) olmalı və dialoqa girməyi bacarmalıdır. Təhsil müəssisələrində rəhbər vəzifəsini tutmaq cəhdini sərgiləməməli, yalnız bərabər tərəfdaş kimi çalışmalıdır.

Metodist-tyutor

Metodist - tyutor rolunda müəllimin şəxsi və peşəkar inkişafı ilə bağlı metodik dəstək göstərir, fərdi proqramlar tərtib edir və bu yöndə metodistlərə kömək edir. Bu rolda metodist müəllimlərə hazır həll yolunu və lazımi məlumatı verməkdən daha çox, məsələlərin həll yolunu tapması üçün məsləhət verməklə dəstək olur. Metodistin tyutorluq vəzifəsi, həmçinin müəllimlərin professional məsələləri həll etmək üçün ehtiyac duyduqları, lakin çatışmayan bilik və bacarıqları əldə etmək yönündə alternativ yolların araşdırılması və tədbiq olunmasını əhatə edir. Metodist-tyutor olmaq üçün əsas keyfiyyətlər pedaqoji intuisiya, situasiyaya görə çevik hərəkət etmə və qərarvermə bacarıqlarıdır.

Metodist-fasilitator

Metodist - fasilitator rolunda müəllimin fərdi peşəkar inkişafı və təkmilləşməsi prosesi yönündə psixoloji-pedaqoji dəstək göstərir. İş prosesində müəllim-müəllim, müəllim-valideyn, müəllim-şagird qarşılıqlı münasibətlərində yaranan baryerləri aşmağa kömək edir. Əlavə olaraq, Vavilova qeyd edir ki, metodist-fasilitator auditoriyanın və tabeliyində olan pedaqoji heyətin psixoloji xüsusiyyətlərini nəzərə alır, özünüinkişaf prosesində müəllimlərin dəyişməsini müşahidə edir və müvafiq tədbirlər görür. Bu rolu icra etmək üçün metodist empati qurmağı bacarmalı, çevik, açıq, nəzakətli, xeyirxah və həssas olmalıdır.

Beləliklə, yuxarıda sadalananlardan tam aydın olur ki, metodistin ümumtəhsil məktəblərindəki rolu sadəcə pedaqoji bacarıqlarla sərhədlənmir, əksinə çoxşaxəli fəaliyyət kimi ortaya çıxır. Çoxşaxəli fəaliyyət istiqaməti ilə müşahidə olunan metodist xidməti hazırda ciddi kadr çatışmazlığı yaşayır.  Hazırda ümumtəhsil müəssisələrində əsas ciddi problemlərdən biri ixtisaslaşmış metodist sayının çox az olmasıdır. Belə ki, metodistin fəaliyyəti çoxfunksiyalıdır, lakin karyera yüksəlişinin olmaması ixtisaslaşmış metodist sayının az olmasının bir səbəbinə çevrilir. Aparılan araşdırma onu da göstərir ki,  ixtisaslaşmış müəllimlərin metodist işinə cəlb olunmasına mane olan əsas səbəblərdən biri müəllimlərin metodistləri inspektor kimi qəbul etməsidir ki, bu da metodist işinin nüfuzunu zədələyir. Bu səbəbdən həm metodistlər, həm də pedaqoji heyət  tərəfindən metodistin kimliyi, onun vəzifə funksiyaları və rolu aydın olmalıdır ki,  hər iki tərəfin birgə işləməsinə və səmərəli nəticələr əldə etməsinə imkan yaransın.
Metodist xidmətinin səmərəliliyini artırmaq üçün bu sahədə qabaqcıl dünya təcrübəsinin yeniliklərini öyrənmək və həmin yenilikləri ehtiyaclar və perspektivlər çərçivəsində tətbiq etmək lazımdır. Təhsilin  iqtisadiyyata bağlılığı kontekstində ehtiyaclar müəyyənləşməli, tədrisin bu yöndə təşkili üçün kadr hazırlığına, xüsusilə də metodist hazırlığına xüsusi diqqət ayrılmalıdır. Çoxşaxəli metodist fəaliyyətini arzu olunan kəmiyyətə və keyfiyyətə qaldırmaq üçün seminarlar, təlimlər, müsabiqələr keçirilməli,  özünüinkişaf dərnəkləri, müəllim assosiasiyaları təşkil edilməlidir. Yuxarıda qeyd olunan bütün rollar üzrə metodist hazırlığında praktik işlər görülməlidir.

 Elxan NƏCƏFOV,

ARTİ-nin Metodik Dəstək Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri

Aygün İSGƏNDƏROVA,

ARTİ-nin Metodik Dəstək Mərkəzinin Əlaqələndirmə şöbəsinin baş mütəxəssisi

Azərbaycan müəllimi



Загрузка...
Həmçinin oxuyun:
“Səriştəli metodist” layihəsinə qoşulanlar yerli və beynəlxalq ekspertlərin təlimlərində iştirak edəcəklər

“Səriştəli metodist” layihəsinə qoşulanlar yerli və beynəlxalq ekspertlərin təlimlərində iştirak edəcəklər

“Səriştəli metodist” layihəsinə müraciət edən namizədlərin şəxsi məlumatları təhlil olunur

“Səriştəli metodist” layihəsinə müraciət edən namizədlərin şəxsi məlumatları təhlil olunur

Təhsil İnstitutu regionlarda “Səriştəli metodist” layihəsinə başlayır

Təhsil İnstitutu regionlarda “Səriştəli metodist” layihəsinə başlayır

Təhsil Metodistinin əmək  funksiyası

Təhsil Metodistinin əmək funksiyası

Metodbirləşmələr necə təşkil olunur, sədr necə seçilir?-Problem və təkliflər

Metodbirləşmələr necə təşkil olunur, sədr necə seçilir?-Problem və təkliflər

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti

Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti

Müəllimin peşəyönümü və özünütəhsil məsələləri - PEDAQOQ PEŞƏKARLIĞI

Müəllimin peşəyönümü və özünütəhsil məsələləri - PEDAQOQ PEŞƏKARLIĞI

Nazirlik müəllimlərə müraciət etdi!

Nazirlik müəllimlərə müraciət etdi!

Təlim-tərbiyə işləri üzrə direktor müavininin işi

Təlim-tərbiyə işləri üzrə direktor müavininin işi

Müəllimlərin peşəkar inkişafı mövzusunda onlayn müzakirə

Müəllimlərin peşəkar inkişafı mövzusunda onlayn müzakirə

Məktəbdə psixoloji xidmətin vəzifələri.

Məktəbdə psixoloji xidmətin vəzifələri.

Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti

Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Məktəblərdə qazi və şəhid ailələri üçün ayrılan vəzifələr AÇIQLANDI

Məktəblərdə qazi və şəhid ailələri üçün ayrılan vəzifələr AÇIQLANDI

Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ

Yeni Peşə Təhsil Mərkəzi növbəti ixtisasartırma təlimlərinə başlayıb

Yeni Peşə Təhsil Mərkəzi növbəti ixtisasartırma təlimlərinə başlayıb

ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar

ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Açıq dərslərin təşkili - Necə etmək lazımdır ki...

Açıq dərslərin təşkili - Necə etmək lazımdır ki...

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

Müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətləri

Müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətləri