AzTehsil.com


Xəbərlər / Müəllim
01 noyabr 2019
4 391


Metodbirləşmələr necə təşkil olunur, sədr necə seçilir?-Problem və təkliflər



Metodbirləşmələr necə təşkil olunur, sədr necə seçilir?-Problem və təkliflər

 

Məktəbdə müəllimlərlə aparılan kollektiv metodik iş əsasən metodbirləşmələrdə mərkəzləşir. Burada aparılan işin keyfiyyəti metodbirləşmə rəhbərinin bacarıqlarından asılıdır. 

Onlar Rayon Təhsil Şöbələrindəki metodik kabinetlər vasitəsilə təlimatlandırılsalar da, bəzən orta ümumtəhsil müəssisələrində metodiki iş o qədər də yüksək səviyyədə təşkil edilmir.

Bəs, bu formallığın əsas səbəbləri hansılardır? Ümumiyyətlə, metodist necə hazırlanmalıdır? 

Aztehsil.az məlumat verir ki, metodbirləşmələrin əsas məqsədi gənc müəllimlərə pedaqoji ustalığını  artırmaqda, təcrübəli kadrlara isə təlimin  müasir metodlarını praktik işdə tətbiq etməkdə  kömək göstərməkdir.

Qeyd:

Ayrı-ayrı fənlər üzrə yaradılmış metodbirləşmələr həmin fənn üzrə ən azı 3 nəfər olduqda yaradılır. 3 nəfərdən az olduqda isə inteqrativ fənn müəllimlərinin  (fizika-riyaziyyat; kimya-bialogiya; tarix- coğrafiya və s.) metodbirləşmələri təşkil olunur.  Metodbirləşmələr adətən ixtisasını yaxşı bilən və təcrübəli müəllimlərdən təyin olunurlar. Onlar dərs ilinin əvvəlində I Pedaqoji Şurada müəyyənləşdirilir və direktor tərəfindən əmrləşdirilir. Metodbirləşmə sədri metodbirləşmə üzvləri haqqında məlumatı, metodbirləşmə işinin planlaşdırılması, onun məşğələlərinin hazırlanması və keçirilməsi, açıq dərslərin təşkli, metodik işin öyrənilməsi tətbiqi və s. işləri görür.

"Bu işi aparan şəxslər stimullaşdırılmalıdırlar”

Mövzu ilə bağlı Aztehsil.az-a danışan   Təhsil İnstitutunun direktor  müavini Ənvər Abbasov bildirib ki, aparılan təhsil islahatları məktəblərin infrasturukturu ilə yanaşı, metodiki işlərin aparılmasına da müəyyən təsir göstərməlidir:

"Bu istiqamətdə xeyli tədbirlər həyata keçirilir. Amma əksər hallarda bu, müəllimlərə bir yük, ictimai xarakterli iş kimi verilir. Təbii, bu, işin keyfiyyətinə də təsirsiz ötüşmür. Metodiki işi yaxşı icra edənlər də var, amma əksər hallarda formal xarakter daşıyır. Fikrimcə, bu işi aparan şəxslər stimullaşdırılmalıdırlar. Müəllimlərin də metodiki işə maraqları olmalıdır. Bütün işləri ictimai əsaslarla görməyin çətinliyi təbiidir.

Bundan əlavə, metodist olmaq xüsusi bacarıq tələb edir. Müəllimlərin peşəkarlığı yüksəldilməli, onlar işə yanaşmalarına görə, həmkarlarından fərqlənməlidirlər”.

"Pedaqogika tədris olunur, amma metodiki iş ayrıca öyrədilmir”

Ənvər müəllim vurğulayıb ki,  keyfiyyət yoxdursa, metodiki işə görə müəllimin əməkhaqqını artırmaq da heç bir fayda verməyəcək:

"Müəllimin metodiki bacarığı olmalıdır. Hər kadr metodist ola bilməz. Metodist tövsiyə verməyi, tabeliyindəki 3 müəllimi istiqamətləndirməyi bacarmalıdır. Bu məqsədlə, gələcəkdə metodiki iş apranların bacarıqları inkişaf etdiriləcək, onlar həmkarlarından fərqləndiriləcəklər”.

"Metodist necə hazırlanmalıdır?” sualına isə Ənvər Abbasov belə cavab verib:

"Ali mətkəblərdə Pedaqogika tədris olunur. Amma metodiki iş ayrıca öyrədilmir. Buna ehtiyac var. Universiteti bitirən müəllim müxtəlif  kurslarda iştirak edir,  təcrübə keçir. Nəticədə "sinif rəhbəri necə olmalıdır?” kimi məqamlarla bağlı ötəri məlumat alır. Bunlar birdən- birə formalaşa bilməz.

Metodist ali məktəbdə hazırlana bilməz. O, universitetdə sadəcə nəzəri istiqamətdə kurs götürə bilər. Amma metodiki işi müxtəlif müəssisələrdə təcrübə nəticəsində öyrənməlidir. Təkmilləşmə təlim kurslarına gedib sertifikat almaqla peşəkarlığını artıra bilər”.

"Yalnız bir formal jurnal, orada da müəllimlərin adı var. Ortada isə heç nə yoxdur...”

Ağdam rayonu 91 nömrəli tam orta məktəbin direktoru Nemət Rüstəmli isə bildirib ki, məktəblərdəki metodbirləşmə rəhbərləri artıq formal fiqura çevriliblər:

"Çünki onlara metodiki iş apardıqları üçün hər hansı əməkhaqqı ödənilmir. Ödəniş verilmədiyinə görə, heç kim bu işi könüllü qəbul etmək istəmir, ona ciddi yanaşmırlar. Yalnız bir formal jurnal, orada da müəllimlərin adı var. Ortada isə heç nə yoxdur...

İlin əvvəlində sinif rəhbərləri müəyyənləşərkən metodbirləşmə rəhbərləri də təyin olunurlar. Onların görəcəkləri işlərə, vəzifə borclarına baxanda əməkhaqqısız işləməyə layiq olmadıqlarını görürük.

"İşinin qarşılığında heç nə almayan ən bacarıqlı müəllim də ona dırnaqarası yanaşacaq”.

Metodbirləşmə rəhbərini təcrübə və bacarıqlarına əsasən, direktor təyin edir. Amma  bu, könüllüdür. Müəllim istəsə, metodbirləşmə rəhbəri olmaqdan imtina edə bilər. Rəhbər ən bacarıqlı, üzərində işləyən, aktiv müəllimlərdən seçilir. Onlar gündəmi izləyən, bir neçə təhsil portalı və resurs barədə məlumatlı olan, yenilikləri digər müəllimlərə çatdıra biləcək biri olmalıdır. Təssüf, bu işin qarşılığında heç nə almayan ən bacarıqlı müəllim belə, ona dırnaqarası yanaşacaq”.

"Direktor məcburən metodbirləşmə rəhbərliyini səriştəsi olmayan birinə verir”

Nemət müəllim qeyd edib ki, ən azından ayda bir dəfə metodbirləşmənin iclası olmalı, fənlərə aid yeniliklər, islahatlar müzakirə edilməlidir. Metodbirləşmə rəhbərlərinin iş saatları isə müəllimlərdə olduğu kimidir. Sadəcə onların iştirak etməli olduqları iclaslar var:

"Təklif edirəm, ilk növbədə metodbirləşmə rəhbərlərinə əməkhaqqı verilsin, sonra nəsə tələb edilsin. Bu vəzifə formal xarakter daşımasın. Maaş təyin olunduqdan sonra bu iş kiminsə dərs saatını doldurmaq üçün deyil, bacarığı olan,  könüllü metodiki iş aparmaq istəyən müəllimləri motivasiya etmək xarakteri daşısın.

Hazırda metodbirləşmə rəhbərləri işlərinin heç 10 %-ni də tam görə bilmirlər. Çünki ictimai xarakter daşıyır. Savadlı, repetitorluqla məşğul olan müəllim üçün həmin sənədləri hazırlamaq bir qədər çətindir. Buna görə də, direktor məcbur qalıb metodbirləşmə rəhbərliyini səriştəsi olmayan birinə verir”. 

Orta məktəblərdəki metodbirləşmə rəhbərləri dərs apara, hətta direktorluğa namizəd də ola bilərlər. 



Загрузка...
Həmçinin oxuyun:
Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ

Metodbirləşmə rəhbəri olan müəllim direktorluq imtahanında iştirak edə bilər?

Metodbirləşmə rəhbəri olan müəllim direktorluq imtahanında iştirak edə bilər?

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Məktəbdə metod birləşmənin işi necə təşkil olmalıdır?

Məktəbdə metod birləşmənin işi necə təşkil olmalıdır?

Təlim-tərbiyə işləri üzrə direktor müavininin işi

Təlim-tərbiyə işləri üzrə direktor müavininin işi

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

MƏKTƏBDƏ tədris işləri üzrə direktor müavininin işi nədən ibarətdir ?

MƏKTƏBDƏ tədris işləri üzrə direktor müavininin işi nədən ibarətdir ?

Açıq dərslərin təşkili - Necə etmək lazımdır ki...

Açıq dərslərin təşkili - Necə etmək lazımdır ki...

Metodbirləşmələr

Metodbirləşmələr

Kimlər tədris  işləri üzrə direktor müavini ola bilərlər? – Vəzifənin səlahiyyət və iş planı

Kimlər tədris işləri üzrə direktor müavini ola bilərlər? – Vəzifənin səlahiyyət və iş planı

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

Tədris işləri üzrə direktor müavininin vəzifə təlimatı

Tədris işləri üzrə direktor müavininin vəzifə təlimatı

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

“Təcrübəçi tələbələrə müəyyən miqdarda əməkhaqqı da verilsə, yaxşı olar”-Nazirin qərarı alqışlandı

“Təcrübəçi tələbələrə müəyyən miqdarda əməkhaqqı da verilsə, yaxşı olar”-Nazirin qərarı alqışlandı

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

Təhsil Metodistinin əmək  funksiyası

Təhsil Metodistinin əmək funksiyası

Məktəbdə kim tərbiyə işləri üzrə təşkilatçı seçilə bilər? – Vəzifənin səlahiyyət və iş planı

Məktəbdə kim tərbiyə işləri üzrə təşkilatçı seçilə bilər? – Vəzifənin səlahiyyət və iş planı

Təhsil naziri Mikayıl Cabbarov təhsil işçiləri haqqında müvafiq əmr imzalayıb

Təhsil naziri Mikayıl Cabbarov təhsil işçiləri haqqında müvafiq əmr imzalayıb

Bağça müəllimləri işə niyə imtahanla qəbul edilmir? –  Təhsilsizliyin ilk müəllifləri

Bağça müəllimləri işə niyə imtahanla qəbul edilmir? – Təhsilsizliyin ilk müəllifləri

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası