Xəbərlər / Müəllim
30 iyul 2019
2 084


“Təcrübəçi tələbələrə müəyyən miqdarda əməkhaqqı da verilsə, yaxşı olar”-Nazirin qərarı alqışlandı

 

 
Son günlər təhsil naziri Ceyhun Bayramovun pedaqoji təhsil alan tələbələrlə bağlı söylədiyi yeniliklər müzakirə mövzusu olub. Nazir xatırladıb ki, 2019-cu ilin fevralında ali təhsilin bakalavriat pilləsinin yeni standartları müəyyənləşdirilib. Növbəti ildən yeni təsnifata uyğun kadr hazırlanacaq:

"Yeni təsnifatda praktiki məşğələlərin internatura tipli təcrübələrin miqdarının əhəmiyyətli şəkildə artıb. Düşünürük ki, pedaqoji kadrların hazırlıq prosesində dərsdə olmaları önəmlidir. Odur ki, bakalavrlar təhsil aldıqları 4 ilin birini tamamilə məktəbdə olmalıdırlar”.

Bəs, birillik pedaqoji təcrübə kadr hazırlanmasında nə kimi keyfiyyət dəyişikliklərinə səbəb olacaq? Ümumiyyətlə, keçmiş təcrübə sisteminin nəticəsi olaraq hansı boşluqlar hiss olunurdu?

Mövzu ilə bağlı AzEdu.az-a danışan Ağdam rayonu 91 nömrəli tam orta məktəbin direktoru Nemət Rüstəmli Türkiyədə pedaqoji təhsil sisteminin məhz bu şərtlər üzərində qurulduğunu xatırladıb. Bildirib ki, ölkəmizdə bu,yalnız tədris kursları sistemində mövcuddur:

""Hədəf”, "Güvən” kurslarında bu sistem çoxdan tətbiq olunur. Onlar IV kursda oxuyan, pedaqoji təhsil alan tələbələri tədrisə könüllü qəbul edirlər. Tələbə 1 il təcrübə keçmək şansı qazanır. Bu, çox yaxşı metoddur . Çünki MİQ müsabiqəsində 60 bal toplayan müəllim belə ilk dəfə sinfə daxil olanda özünü itirə bilər. Keyfiyyətli pedaqoji kadr üçün təcrübə mütləqdir. Bu, alqışlanası addımdır.

Bundan əlavə, dediyimiz sistem xüsusi təyinatlı məktəblərdə də var. Kursantlar sonuncu kursu müəyyən təlim, təcrübələrə cəlb olunurlar. Niyə də pedaqoji təhsildə olmasın?”

"İstirahət günlərini çıxsaq, tələbə heç 20 gün orta məktəbdə olmur”

Direktor, pedaqoji təhsil alan tələbələrin yetərincə təcrübə keçməməsinin nəticələrindən də bəhs edib. Bildirib ki, bunu çatışmazlıq kimi görməyə haqqımız var:

"Əvvəl müəllimlərə kurikulum sistemi ongün təlimlərdə öyrədilirdi. Cəmi 10 gün təlim görən insan kurikulumu nə dərəcədə keyfiyyətli tətbiq edə bilər? Təcrübə ilə bağlı da eyni vəziyyətdir. Universitetlərdə cəmi 1 ay təcrübə olurdu. İstirahət günlərini çıxsaq, tələbə heç 20 gün orta məktəbdə olmur. Bundan əlavə, heç də tələbələrin hamısı təcrübəyə gəlmir. İş formal xarakter daşıyır. Amma tələbə 1 il pedaqpoji təcrübə müddətində çox şey qazanacaq.

İstəyərdim, təcrübəçilər birbaşa X–XI siniflərin deyil, aşağı siniflərin dərslərində iştirak etsinlər. Tələbəni təcrübə üçün birbaşa yuxarı siniflərə göndərəndə yaş fərqi öz sözünü deyir. Şagirdin yaşı özündən o qədər də çox olmayan müəlliminə qarşı aqressiyası yaranır. Bu isə tələbənin öz ixtisasına həvəsini öldürür.

Bundan əlavə, təcrübə müddətində tələbələrə müəyyən miqdarda əməkhaqqı da verilsə, yaxşı olardı. Bu, həm tələbələri motivasiya edəcək, həm də öz ehtiyaclarını qarşılaya biləcəklər”.

"Pedaqoji fakütələr məktəblərə daşınsın”

Bakı Mühəndislik Universitetinin müəllimi Bəhmən Məmmədov da pedaqoji təcrübənin çox önəmli olduğunu vurğulayıb:

"Hətta təklif edirəm ki, pedaqoji fakütələr məktəblərə daşınsın, tədrisi tamamilə məktəbdə həyata keçirilsin. Məktəb və pedaqoji fakültələr üzrə tədris həyata keçirən universitetlər iki ayrı qurum kimi fəaliyyət göstərməməlidirlər.

Ümumiyyətlə, pedaqoji fakültələrdə tədrisin metodikası üzrə dərs deyən müəllim  mütləq 5 il orta məktəbdə işləməli, sonradan universitetə gəlməlidir. Bir müəllimin orta məktəb təcrübəsi yoxdursa, pedaqogika kitablarında yazılanlar onun üçün bir nağıl olacaq. Həmin kitabları yazanlar da ən azı 5 il orta mətkəbdə işləyənlər olmalıdırlar.

Bu baxımdan birillik təcrübə çox önəmlidir. Ayrıca "Məktəb təcrübəsi”  adlı fənnin tədrisi də yaxşı olardı. Burada 3 kateqoriya daha önəmli olmalıdır: şagird və müəllimin uzaqdan müşahidəsi, müəllimin iş fəaliyyətinin  artırılması üçün metodların hazırlanması, məktəb idarəsi ilə bağlı təlimlər. Bu mövzularda təlimlərin verilməsi çox faydalıdır”.

""Kənd İnstitutu” yaradılsın”

Bəhmən müəllim pedaqoji təcrübədən danışarkən ayrıca "Kənd institutu”nun yaradılmasını təklif edib:

"Bəzi müəllimlər kəndlərdə işləyirlər. Mən hansısa balı toplayıb heç tanımadığım bir yerə gedib çıxa bilərəm. Amma orada sənətimə öz sevgimi verə bilməyəcəm.

Bu baxımdan təklif edirəm ki, "Kənd İnstitutu” yaradılsın. Bölgə üzrə 5- 6 kəndi birləşdirən layihə həyata keçirməklə, şagirdləri seçib, onları ciddi hazırlaşdırıb, pedaqoji təhsil verib yenidən öz məkanlarına qaytarmaq olar. "Kənd İnstitiutları” bölgə olaraq bir neçə kəndi birləşdirib, ora üçün kadr hazırlamağa xidmət edir. Artıq belə bir layihə başlatmağın vaxtıdır. Müəllimlər müxtəlif ərazilərdə işləyir, öz ailələrindən uzaq qalırlar. Kənd institutu bunun qarşısını alacaq və kadr ehtiyacını ödəyəcək”.

O, təklif etdiyi "Sinfin təşkili” adlı fənnin tədrisinin önəmindən danışıb. Hazırda bunlar Pedaqogika adı altında birləşdirilib. Amma bu fənn bilavasitə sinfə müraciət, birbaşa problem həlli xarakteri daşıyacaq.

Bunlar əlavə, pedaqoji təcrübə "sizi orta məktəbə göndəririk. Gedin, nə iş istəyirsiniz, görün” kimi olmamalıdır.  Tədrisin çatışmazlıqları tamamlamaq lazımdır. Tələbəyə iş praktiki izah olunmalıdır”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Pedaqoji kadrlar təhsil aldıqları 4 ilin birini tamamilə məktəbdə keçirəcək - Ceyhun Bayramov

Pedaqoji kadrlar təhsil aldıqları 4 ilin birini tamamilə məktəbdə keçirəcək - Ceyhun Bayramov

IV  kurs tələbələri köməkçi müəllim vakansiyası ilə işə cəlb edilə bilər -TƏKLİF

IV kurs tələbələri köməkçi müəllim vakansiyası ilə işə cəlb edilə bilər -TƏKLİF

ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar

ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar

Döyülən “müəllim”lə bağlı  açıqlama

Döyülən “müəllim”lə bağlı açıqlama

Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr edilmiş konfrans keçirilib

Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr edilmiş konfrans keçirilib

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

Pedaqoji idarəetmənin təşkili

Pedaqoji idarəetmənin təşkili

Peşə təhsilinə yeni nəfəs gətirən sistem

Peşə təhsilinə yeni nəfəs gətirən sistem

Pedaqoji mühazirələrin yekunları

Pedaqoji mühazirələrin yekunları

Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?

Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Dillər Universitetində yenilik: Tələbələr vaxtından əvvəl təcrübə keçəcəklər

Dillər Universitetində yenilik: Tələbələr vaxtından əvvəl təcrübə keçəcəklər

Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti

Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Meksikada 12 yaşlı uşağın tələbə olmasına təhsil ekspertinin rəyi—"Belə halların təhsilin inkişafına təsiri ola bilməz”

Meksikada 12 yaşlı uşağın tələbə olmasına təhsil ekspertinin rəyi—"Belə halların təhsilin inkişafına təsiri ola bilməz”

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı

Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı

Pedaqoji mühazirələr keçirilib

Pedaqoji mühazirələr keçirilib

12 rayon üzrə 1000-dən artıq pedaqoji mühazirə dinlənilib

12 rayon üzrə 1000-dən artıq pedaqoji mühazirə dinlənilib

Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti

Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti

“Məktəbdə mütəxəssislər yox, ancaq pedaqoji kadrlar dərs deməlidirlər”- Professorlar nədən narazıdır?

“Məktəbdə mütəxəssislər yox, ancaq pedaqoji kadrlar dərs deməlidirlər”- Professorlar nədən narazıdır?

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

“Təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr təşkil ediləcək

“Təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr təşkil ediləcək

BANM-ın tələbələri “Petkim” və “Star”-da təcrübə keçiblər

BANM-ın tələbələri “Petkim” və “Star”-da təcrübə keçiblər