AzTehsil.com


Xəbərlər / Müəllim
11 may 2019
5 217


Kimlər tədris işləri üzrə direktor müavini ola bilərlər? – Vəzifənin səlahiyyət və iş planı



 

 
Ən çox verilən sual tədris(təlim-tərbiyə) işləri üzrə direktor müavinin iş planı barədədir.

Kimlər tədris işləri üzrə direktor müavini ola bilərlər?

Təlim–tərbiyə və ya tədris işləri üzrə müavin direktorun təqdimatı ilə ali pedaqoji təhsilli və 3 ildən çox pedaqoji təcrübəsi olan ən yaxşı müəllimlər arasından seçilir.

Tədris işləri üzrə müavinin əsas səlahiyyətləri nədən ibarətdir?

O, əsasən, tədris işlərinə baxır, təlim-tərbiyənin təşkilinə nəzarət edir. Zərurət olduqda birinci müavin kimi direktoru da əvəz edə bilər.

Bundan əlavə,  tədris planı və proqramlarının düzgün yerinə yetirilməsini də nəzarətdə saxlayır;

Müəllimlərin mövzu planları və dərs jurnallarını tutuşdurur, proqramın icrasında çatışmazlıqlar olduqda aradan qaldırılması üçün tədbirlər görür;

Dərs cədvəlini tərtib edir;

Fənlər üzrə dərslərin planlaşdırılması və həyata keçirilməsinə nəzarət edir;

Dərsləri dinləyib, onların səmərəli təşkili, pedaqoji tələblərə cavab verib verməməsini yoxlayır. Dərslərdəki pedaqoji səhvlərin aşkarlanması, bu barədə müəllimlərə metodiki tövsiyə verilməsi də onun səlahiyyətlərinə daxildir;

Bundan əlavə, fənlər üzrə metodbirləşmələrin yaradılması, metodbirləşmə iclaslarının, açıq dərslərin təşkili də onun vəzifə borclarına daxildir;

O, imtahan və yoxlamaların vaxtında keçirilməsinə, qiymətlərin obyektiv verilməsinə nəzarətdə saxlayıb, şagirdlərin bilik səviyyəsini təhlil edir;

Tədris işləri üzrə direktor müavini həm də müəllimləri yaxşı tanımalı, onun müsbət və nöqsanlı cəhətlərini düzgün qiymətləndirməklə peşəkar müəllim kimi inkişafına, tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olmalıdır.

Onun vəzifə maaşı müəllimlərin əməkhaqqından nə qədər fərqlənir?

Müavinin aylıq vəzifə maaşı direktorun vəzifə maaşından 10-15% aşağı olur.

Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin tədris  işləri üzrə direktor müavinlərinin vəzifə maaşı Nazirlər Kabineti tərəfindən tənzimlənir.

Tədris işləri üzrə müavin bunları mütləq bilməlidir

Müavin aşağıdakılar barədə mütləq məlumatlı olmalıdır:

"Təhsil haqqında”, "Gənclər siyasəti haqqında”, "Uşaq hüquqları haqqında” qanunları;

BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası;

Ölkəmizin təhsil və elm sahəsinə aid Prezident fərman və sərəncamları;

Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamları;

Müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması;

Şagirdlərin idrak fəallığını artıran sistemli tədbirlərin görülməsi;

Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunması;

İstedadlı uşaqlar üçün xüsusi proqramların yaradılması;

Qüvvədə olan dövlət təhsil standartları və proqramları;

Tədris-metodiki sənədlərlə iş və məktəbdaxili nəzarət;

Əmək qanunvericiliyi;

Statistikanın əsasları;

Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları.

Tədris işləri üzrə müavinin fəaliyyət planı necə tutulmalıdır?

İş planının girişində "Filan ümumi təhsil müəssisənin təsərrüfat işləri üzrə direktor müavininin 2019-2020-ci tədris ili üçün fəaliyyət planı” yazılmalıdır.

Fəaliyyət planında görüləcək iş, onun məqsədi,formatı, birgə icra olunduğu qurum, icra müddəti göstərilməlidir. Burada əlavə, qeyd üçün blank da qoyula bilər. Görüləcək işlərin uyğun olaraq qruplaşdırılıb nömrələnməsi də yaxşı olardı.

Görüləcək işlər bölümünə isə əsasən bu tipdən olan fəaliyyətlər daxil edilir:

Şagird nailiyyətlərinin izlənilməsi mexanizmlərinin pedaqoji prosesə tətbiqi ilə bağlı seminar, təlim və müzakirələrin təşkili;

Məktəbdaxili qiymətləndirmə vasitələrinin hazırlanması və təşkili üçün işçi qrupların yaradılması (II-XI);

II-IX siniflərdə fənlər üzrə diaqnostik və formative qiymətləndirmənin aparılmasına nəzarətin təşkili;

Fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması;

V-XI siniflərdə fənlər üzrə sınaq qiymətləndirmənin aparılması;

Summativ qiymətləndirmələrin və I yarımilin nəticəsinə görə I-IX siniflərdə hər fənn üzrə şagird nailiyyətlərinin izlənilmə cədvəlinin hazırlanması;

İllik dərs planlaşdırmalarının müzakirəsi və təsdiqi;

Qiymətləndirmələrin nəticəsinə görə şagirdlərin fənlər üzrə reytinqinin müəyyənləşdirilməsi (V-IX);

XI siniflərdə tam orta təhsil kursu üzrə ana dili, riyaziyyat və xarici dil fənlərindən məktəbdaxili sınaq qiymətləndirmənin təşkili;

Müəllimin məktəbdənkənar fəaliyyətdə iştirak səviyyəsinin yoxlanılması;

Müəllimin innovativ təcrübəsinin müəyyənləşdirilməsi;

Yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyllərinin, hüquq pozuntuları və cinayətkarlıq hallarının qarşısının alınması, sanitar-gigiyena rejiminin gözlənilməsi ilə əlaqədar tədbirlərin keçirilməsi;

Təhsil müəssisələrində xalqımızın qan yaddaşı olan faciəvi, ağrılı-acılı tarixi günlərə həsr olunmuş tədbirlərin keçirilməsi;

Uyğun bayram tədbirlərinin mənəvi tərbiyəyə əsaslanaraq təşkili;

Tədrisin keyfiyyətinə təsir edən ekskursiyaların, gəzintilərin təşkili və s.azedu.az



Загрузка...
Həmçinin oxuyun:
Təlim-tərbiyə işləri üzrə direktor müavininin işi

Təlim-tərbiyə işləri üzrə direktor müavininin işi

MƏKTƏBDƏ tədris işləri üzrə direktor müavininin işi nədən ibarətdir ?

MƏKTƏBDƏ tədris işləri üzrə direktor müavininin işi nədən ibarətdir ?

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

Tədris işləri üzrə direktor müavininin vəzifə təlimatı

Tədris işləri üzrə direktor müavininin vəzifə təlimatı

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Məktəb  direktoru   BİLMƏLİDİR

Məktəb direktoru BİLMƏLİDİR

PEDOQOJİ ŞURANIN  İLLİK FƏALİYYƏT PLANI       ( lahiyə )

PEDOQOJİ ŞURANIN İLLİK FƏALİYYƏT PLANI ( lahiyə )

Məktəbdə Təşkilatçı müavinin əmək funksiyaları

Məktəbdə Təşkilatçı müavinin əmək funksiyaları

Ümumtəhsil məktəblərinin direktorlarının əmək funksiyası  ( Yeni TİVTSK-dan )

Ümumtəhsil məktəblərinin direktorlarının əmək funksiyası ( Yeni TİVTSK-dan )

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...

Məktəbdə əməyin mühafizəsi üzrə işin təşkilinə dair normativ sənədlərin SİYAHISI və ƏMRin forması

Məktəbdə əməyin mühafizəsi üzrə işin təşkilinə dair normativ sənədlərin SİYAHISI və ƏMRin forması

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Sinif rəhbərlərinin özlərinin də xəbərsiz olduqları vəzifələri

Sinif rəhbərlərinin özlərinin də xəbərsiz olduqları vəzifələri

Məktəb direktorları və müavinlərinin maaşı belə hesablanacaq - QƏRAR

Məktəb direktorları və müavinlərinin maaşı belə hesablanacaq - QƏRAR

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?