Pedaqoqun şəxsiyyətinin yetkinliyi, yüksək nəticəyönümlülüyü pedaqoji fəaliyyətdə humanistikyönümlüklə və pedaqoji ünsiyyətlə vəhdət təşkil edir.
Pedaqoqun peşəkarlığının qeyd olunan cəhətləri onun peşəkar səriştəsinin növlərinin əsasını təşkil edir. Müəllimin peşəkar səriştəsi onun müəyyən qrup peşəkar tapşırıqları həll etmə qabiliyyətləridir.
A.A.Derkaç göstərir ki, müəllimin pedaqoji fəaliyyətin subyekti kimi formalaşması- bir neçə komponentliyinin əsasını təşkil edir.Bunlara predmetlilik, metodiklik, diaqnostiklik, yenilikçilik, tədqiqatçılıq və s. daxildir.
Müəllimin pedaqoji ünsiyyətin fəaliyyətin subyekti kimi formalaşması onun kommunikativ, perspektiv, idarəetmə komponentliyini özündə əhatə edir.
Qeyd etmek lazimdir ki, pedaqoqun şəxsiyyətinin yetkinliyi onun fərdi-psixoloji komponentliyini qiymətləndirir və bu əsasda nəzərdən keçirir.
Psixoloqların qənaətincə, peşəkar pedaqoji kompotentlik peşəkar pedaqoji bilik və bacarıqları, peşəkar pedaqoji mövqeləri (pedaqoqun isə, şagirdlərə, əməkdaşlara özünə münasibəti və s.), şəxsiyyətin peşəkar keyfiyyətlərini və s. özündə kompleks şəkildə əks etdirir ki, bu da müəllim peşəsinə verilən tələbləri yüksəldir.
A.A.Derkaç peşəkar pedaqoji komponentliyin üç tərəfini ayırd edir. Pedaqoqun peşəkarlığının birinci tərəfinə pedaqoji fəaliyyətdə komponentlik-müəllimin əməyinin mahiyyəti haqqında bilikləri, iştirakçıların psixoloji və yaş xüsusiyyətləri, məktəb proqramlarının məzmunu haqqında bilikləri və s. daxildir.
Pedaqoqun peşəkarlığının birinci tərəfinə pedaqoji bacarıqlara malik olmaq, pedaqoji şəraiti öyrənmək və adekvat pedaqoji tapşırıqlar qaymaq bacarığı, təlim materialını seçmək, qruplaşdırmaq və yenilmək bacarığı, şagirdləri öyrənmək (onların hafizəsini, təfəkkürünü, diqqətini və s.) bacarığı, şagirdlərin yaxın inkişaf zonalarını proqnozlaşdırmaq bacarığı, təlim və tərbiyənin subyektlərinin qabiliyyət və imkanlarına uyğun yanaşma tərzinin seçilməsi və s. daxildir.
Pedaqoqun peşəkarlığının birinci tərəfinə qeyd olunanlarla yanaşı, aşağıdakılar da aiddir:
1.Təlim metodlarını seçmək və kombinə etmək bacarığı yeni pedaqoji üsulların (texnologiyaların) axtarışı, innovasiya bacarıqları, problem qoyma və tədqiqatçılıq (eksperiment aparma) bacarıqları:
2.Peşəkar pedaqoji mövqelər: predmetlik, metodistlik, diaqnostiklik, ustalıq, novatorluq, tədqiqatçılıq və s:
3.Şəxsiyyətin vacib peşəkar xüsusiyyətləri: pedaqoji erudisiya və məlumatlılıq:
4.Pedaqoji təfəkkür (pedaqoji situasiyaları təhlil etmə və şagirdləri nəzərə almaqla pedaqoji qərar qəbul etmə qabiliyyəti):
5.Pedaqoji intuisiya (situasiyasının hər hansı uğurlu təhlili aparılmazdan öncə inkişaf xüsusiyyətlərini əvvəlcədən görülməsi və pedaqoji improvizasiya (pedaqoji həllin və onun həyata keçirilmə üsulunun gözlənilmədən tapılması):
6.Pedaqoji müşahidəçilik (zahirən əhəmiyyətsiz görünən əlamətlərə əsasən pedaqoji situasiyanın mahiyyətini anlamaq):
7.Pedaqoji optimizm (şagirdlərə optimistik fərziyyə, onun həyata keçmə imkanlarına inamla yaxınlaşmaq):
8.Pedaqoji proqnozlaşdırma (şagirdlərin davranışını gələcək inkişafını və yarana biləcək çətinlikləri nəzərə almaq bacarığı) və s.
Pedaqoqun peşəkar komponentliyinin digər tərəfi, onun pedaqoji ünsiyyətinin komponentliyinə kommunikativ komponentlik aiddir: Bunlar aşağıdakılardır:
1.Ünsiyyətin vəzifə və vasitələri, pedaqoji etika haqqında biliklər:
2.Prdaqoji bacarıqlar, geniş tapşırıqlar spektri qoymaq və onları ünsiyyət əsasında qurmaq:
3.Ünsiyyətin digər iştirakçılarını, mövqelərini nəzərə almaq bacarığı:
4.Təşkilati təsirlərin qiymətləndirici və nizamlayıcı təsirlərlə müqayisədə daha çox istifadə edilməsi bacarığı:
5.Ünsiyyətdə demokratik stilin (tərzin) və açıq mövqeyin istifadə edilməsi:
6.Əməkdaşların təcrübələrini öyrənmək və qiymətləndirmək bacarığı, pedaqoji əməkdaşlıqda iştirak etmək və s.
7.Peşəkar pedaqoji mövqelər: psixoterapevt, aktyor, pedaqoji əməkdaşlığın iştirakçısı və subyekti:
8.Şəxsiyyətin peşəkar keyfiyyətləri, pedaqoji empatiya (dərdə şərik olmaq): pedaqoji takt (iştirakçılara təsiri seçərkən uğurlu şəkildə ünsiyyət iştirakçılarının imkanlarını nəzərə almaq): pedaqoji həssaslıq, emosional özünütənzim və s.