Məktəbdə TikTok videosu çəkən şagirdlərlə bağlı – Açıqlama
TikTokda Bakının 258 nömrəli tam orta məktəbində çəkildiyi iddia olunan videogörüntülər yayılıb. Videonun 10-cu sinif şagirdləri tərəfindən məktəbin binasında lentə alındığı bildirilir.
Görüntülərdən şagirdlərin məktəbə uyğun olmayan davranışlar sərgilədiyi aydın olur. Sosial şəbəkədə 200 mindən çox izlənən video tənqid və müzakirələrə səbəb olu
“Qafqazinfo” məsələ ilə bağlı 258 nömrəli məktəblə əlaqə saxlayıb. Təhsil müəssisəsindən sorğumuza cavab olaraq bildirilib ki, məktəbin X sinif şagirdləri təxminən bir ay bundan öncə dərsdən sonra telefonla bir dəqiqəlik çəkiliş ediblər: “Həmin gün şagirdlər üç fəndən kiçik summativ qiymətləndirmədə iştirak edib. Bundan sonra gərginliyi azaltmaq üçün əyləncəli video çəkmək istədiklərini bildiriblər. Şagirdlər və onların valideynləri ilə söhbət aparılıb, müvafiq tövsiyələr verilib”.
Eyni zamanda qeyd edilib ki, videoçəkilişin təşəbbüskarı olan şagird “4” və “5” qiymətlərlə oxuyur. 2022-ci ildə keçirilmiş “Mərkəzi Talant Asiya” musiqi müsabiqəsində Azərbaycanı təmsil edib və finala çıxıb.