AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
28 sentyabr 2018
4 151


Qiymətləndirmədə yeni yanaşma



Qiymətləndirmədə yeni yanaşma

 

 
Müəllimlər üçün geniş imkanlar yaranır

Ümumtəhsil pilləsində təhsilalanların attestasiyasının aparılması qaydaları dəyişib. Bundan sonra şagirdlərin qiymətləri balla dəyərləndiriləcək, illik və yarımillik qiymətlər də onların topladıqları bal əsasında hesablanacaq. Vətəndaş məmnuniyyətini artırmağa,  şagirdlərin psixoloji gərginliyini azaltmağa xidmət edən bu dəyişikliklər nəticəsində müəllimlər də vaxtına qənaət və həmin vaxtdan daha səmərəli istifadə etməyə nail ola biləcəklər.

 Bu dəyişiklikləri nəzərdə tutan yeni qaydalar Təhsil Nazirliyində işlənib hazırlanıb. Tezliklə təsdiq edilməsi gözlənilən yeni qaydalar məktəblərə təklif ediləcək.

Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırovun sözlərinə görə, əsas dəyişiklik summativ qiymətləndirmələrdə olsa da, məktəbdaxili qiymətləndirmənin bütün növlərinə eyni dərəcədə əhəmiyyət verilib: "Bilirsiniz ki, məktəbdaxili qiymətləndirmənin 3 növü var: diaqnostik, formativ və summativ qiymətləndirmə. Bunların hər birinin öz dəyəri, çəkisi və şagirdin keyfiyyətli təhsil almasında rolu var. Odur ki, summativlə yanaşı, qiymətləndirmənin digər növlərinə də yeni yanaşmada diqqət göstərilib. Hesab edirik ki, şagird gündəliklərində onların formativ qiymətləri öz əksini tapmalıdır”. 

 Qaydalar niyə dəyişdi?

 Qiymətləndirmə hər işdə olduğu kimi, təhsildə də çox vacib mərhələdir. Prezident  İlham Əliyevin "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 19 iyun tarixli 833-IIIQ nömrəli Fərmanından sonra sözügedən qanun qüvvəyə minib. Bundan sonra təhsildə, idarəçilikdə, yanaşmalarda, pedaqoji təcrübədə əldə olunanlar qiymətləndirmə qaydalarının dəyişdirilməsini zərurətə çevirib.

Bəs, ümumtəhsil pilləsində təhsilalanların qiymətləndirilməsində həyata keçirilən dəyişikliklər nədən ibarətdir?

 Məktəbdaxili qiymətləndirmədə tətbiq olunan yeniliklərdən danışan Vidadi Bağırovun fikrincə, dəyişikliklər yeni yanaşmalarla bağlıdır: "Ümumtəhsil pilləsində təhsilalanların attestasiyasının aparılması qaydaları dəyişib. Ancaq bu dəyişikliklər buraxılış imtahanlarına aid deyil”.

 Yeni yanaşmada əsas dəyişiklik olan hissələr summativ qiymətləndirmə ilə bağlıdır. Belə ki, ibtidai təhsil səviyyəsindən tutmuş bütün siniflərdə həyata keçirilən summativ qiymətləndirmələrdə dəyişiklik edilib. Məsələn, birincilərin yaş və psixoloji xüsusiyyətləri ilə əlaqədar həmin siniflərdə nə kiçik, nə də böyük summativ qiymətləndirmənin keçirilməsi nəzərdə tutulub. Bu o deməkdir ki, hər birinci sinif şagirdi 72 summativ qiymətləndirmə yükündən azad olub.

 İkinci və üçüncü siniflərdə isə yalnız kiçik summativ qiymətləndirmələr olacaq.

 Summativ qiymətləndirmələr: dəyişiklikdən əvvəl və sonra

 Kiçik summativ qiymətləndirmələri fənn müəllimləri həyata keçirir. Hazırda qüvvədə olan qaydaya görə, qiymətləndirmə vasitələrini müəllim özü seçir. İndiyədək il ərzində neçə kiçik summativ qiymətləndirmə keçirəcəyinə də müəllim özü qərar verib. Lakin artıq belə olmayacaq. Qaydalarda dəyişikliklərdən sonra keçiriləcək summativ qiymətləndirmələrin sayı da konkretləşib. Belə ki, orta təhsil səviyyəsində kiçik summativ qiymətləndirmələrin sayı hər yarım ildə 3-dən az olmamalıdır. Vidadi Bağırovun sözlərinə görə, bu şərt ona görə qoyulub ki, 1 və 2 qiymətləndirmə əldə edilən bilik və bacarıqları müəyyən etməkdə kifayət deyil. Azı 3 kiçik summativ qiymətləndirmə olmalıdır ki, şagirdlərin nəyə qadir olduqları ilə bağlı reallığı tam əks etdirsin.  

 Qüvvədə olan qaydalara əsasən, böyük summativ qiymətləndirmələri məktəb rəhbərliyi aparır: "Təcrübə göstərdi ki, böyük summativ qiymətləndirmələr bütün siniflərdə həyata keçirildiyindən məktəb rəhbərliyinin buna fiziki gücü çatmırdı.  Odur ki, bu iş də müəllimlərin üzərinə atılırdı. Ona görə də gözləntilər nəticə vermirdi”.

 Yeni yanaşmada böyük summativ qiymətləndirmələrin sayı azalıb. Belə ki, ümumi təhsil pilləsində hər səviyyənin sonunda bütün fənlərdən böyük summativ qiymətləndirmə nəzərdə tutulub. Yəni, ibtidai təhsil səviyyəsinin sonunda - IV sinifdə, ümumi orta təhsil səviyyəsinin sonunda - IX sinifdə və tam orta təhsil səviyyəsinin sonunda - XI sinifdə bütün fənlər üzrə böyük summativ qiymətləndirmə keçiriləcək. Bu da hər təhsil səviyyəsinin sonunda əldə edilən bilik və bacarıqların ölçülməsi məqsədi daşıyır. Digər siniflərdə - V, VI, VII, VIII və X siniflərdə yalnız buraxılış imtahanları olan fənlərdən böyük summativ qiymətləndirmələr keçiriləcək. Bu da şagirdlərin buraxılış imtahanlarına daha yaxşı hazırlaşmalarını təmin etməkdən ötrüdür. Bundan başqa, mütəxəssislər hesab edirlər ki, böyük summativ qiymətləndirmənin sayının azalması məktəb rəhbərliyinə imkan verəcək ki,  şagirdlərin nəyə qadir olduqlarını müəyyənləşdirib, bunu gələcək planlaşdırmalarında nəzərə ala bilsinlər.

 Beləliklə, yeni qiymətləndirmə qaydalarına görə, kiçik summativ qiymətləndirmə dərs vaxtı, bir dərs saatında, böyük summativ qiymətləndirmə isə dərsdənkənar saatda və daha böyük - 90 dəqiqəyə qədər vaxt ərzində həyata keçirilməlidir.

 Yeni qiymətləndirmə geniş imkanlar deməkdir

 Vidadi Bağırovun sözlərinə görə, yeni qiymətləndirmə, tətbiq edilən təhsil formasından asılı olmayaraq, məktəblərə daha geniş imkanlar verəcək. O cümlədən, beynəlxalq proqramların tətbiq edildiyi ümumtəhsil müəssisələrində qiymətləndirmə həmin təhsil müəssisələrinin spesifikliyinə uyğun həyata keçiriləcək. Qaydalarda bunun da nəzərə alındığını bildirən Vidadi Bağırovun fikrincə, yeni qaydalar nə Bakıda beynəlxalq təhsil proqramları ilə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, nə də özəl təhsil müəssisələrinin imkanlarını məhdudlaşdırır. Əksinə:

 "Yeni yanaşma hər məktəbə öz imkanlarını genişləndirmək imkanı verəcək. Özəl ümumtəhsil müəssisələri istədiyi dəyişikliyi və əlavələri Təhsil Nazirliyi ilə razılaşdırmaqla həyata keçirə biləcək. Tam orta təhsil səviyyəsində təmayül siniflərində - X sinifdə dərs deyən pedaqoji heyətə də sərbəstlik verilib. Onlar Pedaqoji Şuranın qərarı ilə bəzi başqa fənlərdən də böyük summativ qiymətləndirmə həyata keçirə bilərlər”. 

 Bu sərbəstlik ona gətirib çıxaracaq ki, summativ qiymətləndirmələr məktəblərdə fərqlənəcək: "Sinif komplektləri hər məktəbdə fərqləndiyi üçün yeni qiymətləndirmə hər məktəbdə fərqlənəcək”. 

 Bu təhsil müəssisələrində daha bir fərq də ola bilər. Belə ki, lisey və gimnaziyalarda, həmçinin təmayülləşmənin tətbiq edildiyi tam orta təhsil mərhələsi üzrə böyük summativ qiymətləndirmələr, sadəcə buraxılış imtahanına düşən fənlər üzrə deyil, daha çox fəndən keçirilə bilər.

 Summativ qiymətləndirmələrdə test forması

 Bəs, summativ qiymətləndirmələrdə suallar necə qoyulmalıdır?
Müəllimlər üçün maraqlı olan bu məsələ ilə bağlı fikir birmənalı deyil. Vidadi Bağırov hesab edir ki, şagirdlərə suallar müxtəlif formada verilə bilər: Açıq, qapalı və ya yarımqapalı. Onun fikrincə, artıq qapalı suallardan uzaqlaşmaq lazımdır:

 "Zaman keçdikcə açıq suallara daha çox yer verilməlidir. Çünki məhz açıq suallar şagirdin nəyə qadir olduğunu üzə çıxarmağa imkan verir. Müəllim daha yaxşı bilir ki, hansı sinifdə nədən istifadə etmək lazımdır. Ancaq tamamilə test üzərində qurmaq doğru yanaşma deyil”.  

 Qiymətləndirmələr zamanı tapşırıqların sayı ilə bağlı hər hansı məhdudiyyət, yaxud şərt yoxdur. Əsas odur ki, tapşırıqların çətinlik dərəcələri nəzərə alınsın: "Yanaşmalarda 20 faiz asan, 20 faiz çətin olur. Yerdə qalan 60 faizin yarısı asana yaxın orta, digər yarısı isə çətinə yaxın orta dərəcəli olmalıdır. Sual və tapşırıqlar tərtib edilərkən bu prinsiplə yanaşma daha məqsədəuyğundur. Təcrübədə də müəllimlərimiz məhz bu yanaşmadan istifadə edirlər”.

 Qiymətləndirmədə bal qaydası

 Geniş imkanlar həm də yekun qiymət olaraq ortaya çıxacaq rəqəmlərdən görünür. Belə ki, dəyişikliklər sadəcə summativ qiymətləndirmələrin sayının artıb-azalması ilə bağlı deyil. Qiymətləndirmədə 100 bal şkalası tətbiq ediləcək. Bütün qiymətləndirmələr, əməliyyatlar  məhz 100 bal üzrə hesablanacaq. Ancaq valideynlər, cəmiyyət ənənəvi qiymətləndirməyə alışdığından yeni qiymətləndirmə ənənəvi "2”, "3”, "5” qiymətləndirməsinə də uyğunlaşdırılacaq. Məktəb jurnallarında bir sütunda bal, digər sütunda isə qiymət yazılacaq. 0-30 bal "2”, 30-60 bal "3”, 60-80 bal "4” və 80-100 bal isə "5”-dir. Şagirdlərin illik yekun qiyməti məhz onun il ərzində topladığı ballar əsasında çıxarılacaq.

 Yarımillik və illik qiymətləndirmədə summativ qiymətləndirmələrin xüsusi payı olduğu kimi qalır. Belə ki, kiçik summativ qiymətləndirmənin payı 40, böyük summativ qiymətləndirmənin payı isə 60 faiz təşkil edir.

 Böyük summativ qiymətləndirmə aparılmayan siniflərdə yarımillik qiymətlər kiçik summativ qiymətləndirmələrin ədədi ortası kimi müəyyənləşdiriləcək və jurnala qeyd ediləcək.

 Beləliklə, humanist, demokratikləşmə ruhunda olan yeni qiymətləndirmə hər bir təhsil müəssisəsinə geniş imkanlar yaradacaq, sərbəstlik verəcək. Eyni zamanda, müəllimin və şagirdin yükünün azalmasına xidmət edəcək, tədrisə rahatlıq gətirəcək.

Mənbə  muallim.edu.az

 

Qiymətləndirmədə yeni yanaşma

 


 



Загрузка...
Həmçinin oxuyun:
Qiymətləndirmədə yeni yanaşma

Qiymətləndirmədə yeni yanaşma

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ

Summativ Qiymətləndirmələrlə bağlı ehtimal olunan dəyişikliklər

Summativ Qiymətləndirmələrlə bağlı ehtimal olunan dəyişikliklər

YENİLİK - Məktəblərdə böyük summativ qiymətləndirmələr artıq dərs vaxtında keçirilməyəcək

YENİLİK - Məktəblərdə böyük summativ qiymətləndirmələr artıq dərs vaxtında keçirilməyəcək

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Böyük Summativ Qiymətləndirmə keçirilən fənlərin sayı artırıla bilər

Böyük Summativ Qiymətləndirmə keçirilən fənlərin sayı artırıla bilər

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

Bakı məktəblərində I yarımil üzrə yekun qiymətləndirmə aparılır

Bakı məktəblərində I yarımil üzrə yekun qiymətləndirmə aparılır

Məktəblilərin və valideynlərin arzuları reallaşır - Bu qiymətləndirmə ləğv edilə bilər - VİDEO

Məktəblilərin və valideynlərin arzuları reallaşır - Bu qiymətləndirmə ləğv edilə bilər - VİDEO

"...ŞAGİRDLƏRİN DƏRS VƏ İMTAHAN YÜKÜ AZALACAQ" - NAZİRLİK

"...ŞAGİRDLƏRİN DƏRS VƏ İMTAHAN YÜKÜ AZALACAQ" - NAZİRLİK

Təhsil Nazirliyindən summativ qiymətləndirmə barədə AÇIQLAMA

Təhsil Nazirliyindən summativ qiymətləndirmə barədə AÇIQLAMA

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Təhsil Nazirliyi: "İmtahanların sayı azaldılır"

Təhsil Nazirliyi: "İmtahanların sayı azaldılır"

Aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalıdır- AÇIQLAMA

Aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalıdır- AÇIQLAMA

Azərbaycanda imtahan sisteminin dəyişdirilməsi təklif edilir

Azərbaycanda imtahan sisteminin dəyişdirilməsi təklif edilir

Məktəblərdə summativlər ləğv olunur: Yazı işləri də azalacaq

Məktəblərdə summativlər ləğv olunur: Yazı işləri də azalacaq

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində qiymətləndirmə

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4