Vikipediyanın dizaynı 12 ildən sonra dəyişdi
Vikipediya layihəsinin sahibi olan “Wikimedia” Fondu internet ensiklopediyasının son 12 ildə ilk dəfə irimiqyaslı yenidən dizaynını həyata keçirib.
Yeni dizayn Vektor-2022 adlanır. Orada məqalələrin məzmun cədvəli səhifənin sol tərəfində göstərilir ki, bu da materiallar arasında naviqasiyanı sürətləndirir. Maksimum xətt eninin dinamik parametrləri yaradılıb.
Yeni funksiya məzmunu genişekranlı monitorlarda daha yaxşı göstərmək üçün lazımdır. Bundan əlavə, dizaynerlər dil dəyişdirmə düyməsini daha görünən yerə - yuxarı sağ küncə köçürüblər.
Ümumilikdə, Vikipediyanın yeni versiyasında doqquz böyük dəyişiklik var. Tərtibatçılar iddia edirlər ki, yenidən dizayn zamanı köhnə variantlardan heç birini silməyiblər.
Vektor-2022-nin üzərində dünyanın hər yerindən 30-dan çox dizayner, proqramçı və mütəxəssis çalışıb. Bəzi dəyişikliklər tərtibatçılar üçün asan olmayıb və qrupda qızğın müzakirələrə səbəb olub.
Qeyd olunub ki, artıq internet ensiklopediyasının 314 dil versiyasında interfeysin tam və ya qismən dəyişdirilməsi baş verib. oxu.az