AzTehsil.com


UBR
30 iyun 2016
8 569


" Azərbaycan SSR-in bayrağı " haqqında bilmədiklərimiz ..



 

 " Azərbaycan SSR-in bayrağı " haqqında bilmədiklərimiz ..

 

Azərbaycan SSR-in bayrağı
  " Azərbaycan SSR-in bayrağı " haqqında bilmədiklərimiz ..
1920-ci il aprelin 28-də Bakıda Sovet hakimiyyəti quruldu və Azərbaycan SSR elan olundu.[8] Sovet bayraqşünaslarının fikrincə, ilk dövrlərdə inqilabi al bayraqlarla yanaşı, bayrağın sapına yönəlmiş yuxarı sol küncündə ağ beşguşəli ulduz və ağ aypara təsvirli al bayraqlardan da istifadə olunurdu.[8] Məsələn, 1921-ci ildə Bakıda buraxılmış plakatda belə bayraq təsvir olunmuşdu.[8] Lakin Sovet hakimiyyətinin ilk illərində Azərbaycan özünün dövlət atributlarını Sovet Rusiyasının atributlarına uyğunlaşdırmaq məcburiyyətində qalmışdı. 

1921-ci ilin may ayında RSFSR-in Konstitusiyasına uyğunlaşdırılmış şəkildə Sovet Azərbaycanının ilk Konstitusiyası (Əsas Qanun) qəbul edilmişdi. 104-cü maddədə dövlət bayrağının təsviri verilirdi: 

"Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin ticarət, dəniz və hərbi bayrağı al qumaş parçadan ibarətdir, onun sol küncündə, bayraq sapı tərəfdə yaşıl fon üzərində qızılı "AİŞC" və ya "Azərbaycan İctimai Şuralar Cümhuriyyəti" yazısı yerləşdirilmişdir. "
Yuxarıda verilən təsvir RSFSR-in 1918-ci il Konstitusiyasında verilmiş RSFSR bayrağının təsvirini eyniliklə təkrar edirdi. Fərqli cəhət bundan ibarət idi ki, RSFSR bayrağında yazılı sahə qırmızı idi, Azərbaycan SSR-in bayrağında isə yaşıl verilmişdi, respublikaların adlarının abreviaturaları da həmin qaydada seçilirdi. 

1922-ci ilin dekabrın 30-da SSRİ-ni tərkibinə daxil olduqdan sonra öz müstəqilliyini de fakto itirən Azərbaycan SSR MİK (Mərkəzi İcraiyyə Komitəsi) yeni latın qrafikalı əlifbanın (yeni əlifba adlanan) ərəb əlifbası əsasında olan köhnə əlifbası ilə eyni hüquqa malik olması barədə dekret qəbul etdi.  Bu amil bayrağın təsvirinə də öz təsirini göstərmiş oldu, yəni "A.S.S.R" abreviaturası həm latın, həm ərəb əlifbası ilə verildi. 

1924-cü il dekabrın 8-də Azərbaycan SSR MİK-in dördüncü çağırış üçüncü sessiyası Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanun) yeni redaksiyasını qəbul etdi.  Azərbaycan SSR Sovetlər Qurultayı 1925-ci il martın 14-də onu təsdiq etdi. Konstitusiyanın (Əsas Qanun) yeni redaksiyasının 104-cü maddəsində dövlət bayrağı aşağıdakı qaydada təsvir edilirdi:
 
"AİŞC-nin dövlət bayrağı 2:1 nisbətdə olan al (qırmızı) qumaşdan ibarətdir. Yuxarı sol küncündə, bayraq sapı tərəfdə radiusu bayraq eninin 1/6-nə bərabər olan ölçüdə qızılı oraq və çəkic yerləşdirilib; onun üzərində şiş ucları sağ tərəfə yönəlmiş qızıl aypara və qızılı xətlə haşiyələnmiş qırmızı beşguşəli ulduz yerləşdirilib; ayparanın diametri bayraq eninin 1/10-nə bərabərdir, oraq və çəkicdən sağda yeni və əski türk əlifbası ilə "A.İ.Ş.C" yazısı verilib. "
1930-cu ildən başlayaraq Azərbaycan SSR-in bayrağı üzərində "ASSR" abreviaturası yalnız latın əlifbası ilə verilməyə başladı.  Bu qayda VII Ümumazərbaycan Sovetlər Qurultayının 1931-ci il fevralın 14-də qəbul etdiyi Azərbaycan SSR-in Konstitusiyasının (Əsas Qanun) yeni redaksiyasında təsbit edildi. 

1937-ci il Konstitusiyasının 152-ci maddəsində isə dövlət bayrağının təsviri belə ifadə edilmişdi: 
 
"Azərbaycan Sovet Sosialist Respublikasının dövlət bayrağı, sol bucağında, bayraq ağacı yanında yuxarıda   qızılla oraq və çəkic çəkilmiş və üstündə Azərbaycan dilində "Az SSR" sözləri yazılmış qırmızı qumaşdan ibarətdir. "

Azərbaycan SSR-nin 1952-1991-ci illərdəki bayrağı

 " Azərbaycan SSR-in bayrağı " haqqında bilmədiklərimiz ..

 


1939-cu il 11 iyul tarixdə qəbul edilmiş "Azərbaycan əlifbasının latın əlifbasından rus əlifbasına keçməsi" haqqında Azərbaycan SSR-in Qanununa uyğun olaraq 1940-cı il yanvarın 1-dən Azərbaycan əlifbası latın əlifbasından rus əlifbasına keçirildi.  Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1940-cı il 20 mart tarixli fərmanı ilə Azərbaycan SSR Dövlət bayrağı üzərində "Az. SSR" abreviaturası yeni əlifba ilə təsvir edildi. 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1952-ci il 7 oktyabr tarixli Fərmanı ilə Azərbaycan SSR xalq rəssamı və Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru Kazım Kazımzadəin layihəsi əsasında Azərbaycan SSR-in yeni Dövlət bayrağı təsdiq olundu və onun təsviri Azərbaycan SSR-in 1953-cü il 18 avqust tarixli Qanunu ilə Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanun) 152-ci maddəsinə daxil edildi: 

"Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət bayrağı iki üfüqi yerləşən rəngli zolaqlardan ibarətdir: qırmızı rəngli üst zolaq bayrağın eninin ¾-nə bərabər ölçüdədir, göy rəngli alt zolaq bayrağın eninin ¼-nə bərabər ölçüdədir, qırmızı zolağın yuxarı sol küncündə bayraq sapı tərəfdə qızılı oraq və çəkic, onlardan yuxarıda qızılı xətlə haşiyələnmiş qırmızı beşguşəli ulduz yerləşdirilib. Eninin uzununa nisbəti 1:2-dir. "
1956-cı il may ayının 5-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə" təsdiq edildi.  Burada bayraq üzərində oraq, çəkic və ulduzun mövqelərini təkrarlayan və onların dəqiqləşdirilmiş təsvirləri aşağıdakı kimi verilirdi:

"...Oraq və çəkic tərəfi bayraq eninin ¼-nə bərabər olan kvadratın içərisinə yerləşdirilir. Orağın şiş ucluğu kvadratın üst tərəfinin ortasına düşür, orağın və çəkicin dəstəkləri kvadratın alt künclərinə dirənir. Çəkicin dəstəyi ilə bir yerdə uzunluğu kvadratın diaqonalının uzunluğunun ¾-ni təşkil edir. Beşguşəli ulduz kvadratın yuxarı tərəfinə bitişik diametri bayraq eninin 1/8-nə bərabər olan çevrəyə yerləşdirilir. Ulduzu, orağı və çəkici ortadan bölən şaquli ox bayraq sapından bayraq eninin 1/3-i qədər məsafədə yerləşir. Bayrağın yuxarı kənarından ulduzun mərkəzinə qədər məsafə bayraq eninin 1/8-i qədərdir. "
Bu dəyişikliklərin nəticəsində oraq və çəkic təsvirlərinin ölçüsü SSRİ Dövlət bayrağı üzərindəki təsvirlərlə uyğunlaşdırılmış, yəni kiçildilmişdir, 1952-1956-cı illərdəkinə nisbətən bayrağın sapından bir az uzaqlaşdırıldı.  Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 16 mart tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan SSR Dövlət bayrağı haqqında Əsasnamə"nin yeni redaksiyasında Azərbaycan SSR Dövlət bayrağının təsviri 1956-cı ildəki təsviri ilə müqayisədə dəyişilməz qalmış, lakin bayraq haqqında Əsasnaməyə əlavədə Azərbaycan SSR Dövlət bayrağının əks tərəfinin rəsmi təsdiq olunmuşdu, buradan oraq, çəkic və ulduz təsvirləri çıxarılmışdı. 
5 fevral 1991-ci il tarixli Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Qanunu ilə Azərbaycan Respublikasının Dövlət bayrağının yeni təsviri təsdiq edilmişdir.



Загрузка...
Həmçinin oxuyun:
"Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik ?

"Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik ?

“Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” nə bilirik ?

“Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” nə bilirik ?

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Müəllim Andı

Müəllim Andı

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Təhsil müəssələrində kargüzarlıq işinin aparılması qaydaları..

Təhsil müəssələrində kargüzarlıq işinin aparılması qaydaları..

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmr

Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmr

2016-2017-ci Tədris ili üçün TƏDRİS PLANI təsdiq edildi

2016-2017-ci Tədris ili üçün TƏDRİS PLANI təsdiq edildi