Müasir məktəb idarəetməsi
Müasir idarəetmə elminin formalaşdırma zərurəti haliyədə 2 səbəbdən, dünyada sürətlə genişlənməkdə olan qloballaşmadan və cəmiyyətin tələblərindən asılı olaraq qarşıya çıxır.
Məktəbin idarə olunmasının effektiv təşkili, müəllimlərin iş fəaliyyətinin necə təşkil etməsi ,şagirdlərdən bu fəaliyyət çərçivəsində gözlənilən vəya əldə olunan nəticələri ilə müəyyən edilir. Bu gün müasir idarəetmə nəzəriyyəsi və düşüncəsi məktəbin daha çox sahələrin idarə olunmasından bəhs edir. Müasir məktəb idarəçiliyi aşagıdakı məqsədlərə xidmət edir;
● Məktəbin missiyası, məqsədi və yeni baxışlarını ifadə etmək
● Tədrisin keyfiyyətli idarə olunmasını təşkil etmək
● Tədrisin səmərəliliyi, təhlükəsizliyi və etibarlıgını təmin etmək.
● Şagirdlərin məktəb mühiti ilə qarşılıqlı əlaqəsini yaxşılaşdırmaq.
● Şagirdlərin akademik nəticələrinin irəliləməsinə nəzarət etmək.
● Müəllimlərin peşəkar inkişafını idarəetmə sistemi ilə əlaqələndirmək.
● İcmanın demokratik təhsil mühitində yaşamasını təmin etmək.
Məktəb idaredicisi- daim öyrənən, özünü yetişdirən , müəssədən kənar baş verənləri izləyə bilən, tabeliyində olanların öyrənməsi və bir məqsəd ətrafında birləşərək komandada çalışa bilmələrinə nail olan liderdir. Məktəbin müsair idarəolunması özündə aşagıdakı məqsədləri daşıyır
1. İnzibati təşkilatı gücləndirmək, iş məsuliyyətlərini qorumaq və iş səmərəliliyini artırmaq.
2. Kadr idarəçiliyini gücləndirmək , işçilərin motivasiyasını artırmaq
3. Məktəbin fiziki mühitini planlaşdırmaq, iş şəraitini yaxşılaşdırmaq və pedaqoji kollektivin peşə ruhunu yüksəltmək.
4. Cəmiyyətin maraq və ehtiyaclarını əks etdirən yeni məzmunlu tədris proqramları tətbiq etmək.
5. Tərbiyə işlərini effektiv şəkildə yerinə yetirmək və mentorluq bacarıqlarını inkişaf etdirmək.
6. Müəllim peşəsinin şərəf və məsuliyyətini tədqiqat, təcrübə və yeniliklərə yönəltmək.
7. Tədris avadanlıqlarını artırmaq və sosial mənbələrdən səmərəli istifadə etmək.
8. Şagirdlərin istedadlarına uygun olaraq onların bacarıqlarını artırmaq.
9. Xüsusi təhsil xidmətlərinin planlaşdırılması və tədris olunmasına diqqət yetirmək.
10. Məktəbi cəmiyyətin inkişaf mərkəzinə çevirmək üçün icmalarla münasibətləri gücləndirmək və sosial resutslardan istifadə edərək məktəbin hərtərəfli inkişafına nail olmaq.
Təhsil elminə giriş kitabından.