AzTehsil.com

Xəbərlər / Ziyalılar
03 may 2021
1 479

“Universitetlərin 3 missiyası” QLOBAL reytinq sıralaması

DOSENT ILHAM ƏHMƏDOV

"UNIVERSITETLƏRIN 3 MISSIYASI” QLOBAL REYTINQ SIRALANMASI 

Məlum olduğu kimi müasir universitetlərin 3 mühüm missiyası var: TƏHSİL, ELM və CƏMİYYƏTƏ TƏSİR İMKANI. 
Son illər dünya universitetlərinin reytinqi cədvəlinin yeni formatı yaradılıb. Bu "Universitetlərin 3 Missiyası” reytinq cədvəlidir. Bu reytinqlənmə Rusiya Federasiyasında aparırlar. Bu reytinqləmədə 3 missiyanın hər biri üzrə ayrılıqda qiymətləndirmə aparılır. 2020-ci il üçün "Universitetlərin 3 Missiyası” reytinqinə 97 ölkədən 1500 universitet daxil edilmişdir. Təəssüf ki, bu reytinq sıralamasında da universitetlərimiz təmsil oluna bilməyib. 

Bu reytinqin İlk 100-lüyündə yer alan Rusiya universitetlərinin sayı və mövqeyi ötən illə müqayisədə yüksəlmişdir. Moskva Dövlət Universiteti 22-ci yerdən 21-ci yerə, Sankt-Peterburq Dövlət Universiteti 41-dən 40-a yüksəldi. MFTİ 51-ci yerdən 46-cı yerə yüksəlmişdir. Reytinqləmədə yer alan universitetlərin əksəriyyəti Avropadandır. Reytinqdəki universitetlərin üçdə biri (% 33, 493 universitet) Avropa, üçdə biri Asiya universitetləridir. Rusiya universitetləri ümumi sayının yalnız 7% -ni təşkil edir. Latın Amerikası da eyni nəticəyə sahibdir.
Ümumən 101 Rusiya universiteti 2020-ci ilin bu reytinqləmə cədvəlində yer tutmuşdur. 

Digər ölkələrin reytinqdə yer alan universitetlərinin sayı belədir: 

ABŞ-dan 220 universitet, Çin-dən 122 universitet, Birləşmiş Krallıq -98 universitet, Yaponiya- 93 universitetlə təmsil edilir.
1. Universitetlərin Birinci missiyası: təhsil
Avropadan 13 universitet (Lomonosov Moskva Dövlət Universiteti daxil olmaqla) və ABŞ-dan 13, Çindən iki və Yaponiya və Hong Kongdan hərəsindən bir universitet "təhsil" meyarına görə ilk 30-a daxil edilmişdir. Avropalı tələbələr beynəlxalq olimpiadalarda Amerikalılardan 4 dəfə daha uğurla çıxış etmişlər. 
Reytinqdəki Amerika universitetləri daha yaxşı maliyyələşir: onlar bir tələbə üçün Rusiyaya nisbətən 4 dəfə çox vəsait ayırır. Ali Təhsil səviyyəsi tələbə və müəllim sayının nisbətindən də asılıdır. Rusiyada bir müəllimə 9 tələbə düşür, Almaniya və Çində də 1 müəllimə 9 tələbə düşür. Bu, İngiltərədəkindən bir qədər yaxşıdır (hər müəllimə 11 tələbə), amma Amerikadan daha pisdir. ABŞ-da 1 müəllimə 8 tələbə düşür.

2. Universitetlərin İkinci missiyası: elm
Reytinqin Elm bölümündə ilk 30-luqda ən çox universitet ABŞ, Kanada, İngiltərə və Avstraliyadandır. Rəsmi dilinin İngilis dili olmayan ölkələr arasında yalnız Technion universiteti (Haifa şəhərindəki İsrail Texnologiya Universiteti) ilk otuzluğa daxil olub. 
Elmin səviyyəsi də maliyyələşmədən asılıdır və burada da yenə amerikalılar liderdir. ABŞ universitetləri tədqiqat üçün İngiltərə universitetlərindən 4 dəfə, Alman universitetlərindən 2,2 dəfə, Yaponiyadan 2,5 dəfə çox pul cəlb edirlər. Bu özünü nəticədə göstərir: sıralamadakı Amerika universitetlərinin elmi nəşrləri dünya ortalamasından orta hesabla 1,3 dəfə yüksəkdir. 
Rusiya mövqeyini tədricən yaxşılaşdırır: keçən il elmdə ilk 100-lükdə bir dənə də olsun rus universiteti yox idi, bu il Moskva Dövlət Universiteti daxil oldu. M.V. Lomonosov adına MDU 100-cü yeri tutdu.

Universitetlərin üçüncü missiyası: cəmiyyətə təsir imkanı.
Bu kriteriyaya görə ilk 30-a ABŞ, Kanada, Meksika, Braziliya, Rusiya, Böyük Britaniya, Yaponiya, Çin, Hong Kong, Tayvan və Avstraliya universitetləri daxildir.
"Universitetlərin 3  Missiyası" reytinqləməsi, koronavirus pandemiyası səbəbindən dünya təhsilindəki dəyişikliklərə cəld reaksiya verən ilk qlobal reytinqlərdən oldu. Ümid edək ki, gələcəkdə ali təhsil sistemimizdə dərin islahatlar aparılacaq və bunun nəticəsi olaraq milli universitetlərimizdən heç olmasa biri bu sıralamada olan 1500 universitetdən biri olacaq.

Məlum olduğu kimi müasir universitetlərin 3 mühüm missiyası var: TƏHSİL, ELM və CƏMİYYƏTƏ TƏSİR İMKANI.  
Son illər dünya universitetlərinin reytinqi cədvəlinin yeni  formatı yaradılıb. Bu "Universitetlərin 3  Missiyası” reytinq cədvəlidir.  Bu reytinqlənmə  Rusiya  Federasiyasında aparırlar. Bu reytinqləmədə 3 missiyanın hər biri üzrə ayrılıqda  qiymətləndirmə aparılır. 2020-ci il üçün "Universitetlərin 3  Missiyası” reytinqinə 97 ölkədən 1500 universitet daxil edilmişdir. 

Bu reytinqin  İlk 100-lüyündə yer alan Rusiya universitetlərinin sayı və mövqeyi  ötən illə müqayisədə artmışdır. Moskva Dövlət Universiteti 22-ci yerdən  21-ci yerə, Sankt-Peterburq Dövlət Universiteti 41-dən 40-a yüksəldi. MFTİ 51-ci yerdən  46-cı yerə yüksəlmişdir. Reytinqləmədə  yer alan  universitetlərin əksəriyyəti Avropadandır. Reytinqdəki universitetlərin üçdə biri (% 33, 493 universitet) Avropa, üçdə biri  Asiya  universitetləridir. Rusiya universitetləri ümumi sayının yalnız 7% -ni təşkil edir. Latın Amerikası da eyni nəticəyə sahibdir.

Ümumən 101 Rusiya universiteti 2020-ci ilin bu   reytinqləmə cədvəlində yer tutmuşdur. 

Digər ölkələrin reytinqdə yer alan universitetlərinin sayı belədir:   
ABŞ-dan  220 universitet, Çin-dən  122 universitet, Birləşmiş Krallıq -98 universitet,   Yaponiya- 93 universitetlə təmsil edilir.
1.Universitetlərin Birinci missiyası: təhsil
Avropadan 13 universitet (Lomonosov Moskva Dövlət Universiteti daxil olmaqla) və ABŞ-dan 13, Çindən iki və  Yaponiya və Hong Kongdan hərəsindən bir universitet  "təhsil" meyarına görə ilk 30-a daxil edilmişdir. Avropalı tələbələr beynəlxalq olimpiadalarda Amerikalılardan  4  dəfə daha uğurla çıxış etmişlər.  
Reytinqdəki Amerika universitetləri daha yaxşı maliyyələşir: onlar bir tələbə üçün Rusiyaya nisbətən 4 dəfə çox vəsait ayırır. Ali Təhsil  səviyyəsi tələbə və müəllim sayının nisbətindən də  asılıdır. Rusiyada bir müəllimə 9 tələbə düşür, Almaniya və Çində də 1 müəllimə 9  tələbə düşür. Bu, İngiltərədəkindən bir qədər yaxşıdır (hər müəllimə 11 tələbə), amma Amerikadan daha pisdir. ABŞ-da 1  müəllimə 8 tələbə düşür.

2.Universitetlərin İkinci missiyası:  elm
Reytinqin Elm  bölümündə ilk 30-luqda ən çox universitet ABŞ, Kanada, İngiltərə və Avstraliyadandır. Rəsmi dilinin İngilis dili olmayan ölkələr arasında yalnız Technion universiteti (Haifa şəhərindəki İsrail Texnologiya Universiteti) ilk otuzluğa daxil olub. 
Elmin səviyyəsi də maliyyələşmədən asılıdır və burada da yenə amerikalılar liderdir. ABŞ universitetləri tədqiqat üçün İngiltərə universitetlərindən 4 dəfə, Alman universitetlərindən 2,2 dəfə, Yaponiyadan 2,5 dəfə çox pul cəlb edirlər.  Bu özünü nəticədə göstərir: sıralamadakı Amerika universitetlərinin elmi nəşrləri dünya ortalamasından orta hesabla 1,3 dəfə  yüksəkdir.  

Rusiya mövqeyini tədricən  yaxşılaşdırır: keçən il elmdə ilk 100-lükdə bir dənə də olsun rus universiteti yox idi, bu il Moskva Dövlət Universiteti daxil oldu. M.V. Lomonosov adına  MDU  100-cü yeri tutdu.

Universitetlərin  üçüncü missiyası:  cəmiyyətə təsir imkanı.
Bu kriteriyaya görə ilk 30-a ABŞ, Kanada, Meksika, Braziliya, Rusiya, Böyük Britaniya, Yaponiya, Çin, Hong Kong, Tayvan və Avstraliya universitetləri daxildir.
"Üç Universitet Missiyası", koronavirus pandemiyası səbəbindən dünya təhsilindəki dəyişikliklərə cəld  reaksiya verən ilk qlobal reytinqlərdən oldu.

Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanın bu ali məktəbi dünya üzrə 150 ən gənc universitetdən biri seçildi

Universitetlərin təhsil istiqaməti üzrə reytinqi müəyyənləşib

Azərbaycanın 2 universiteti dünya reytinqində

"Bizdə bu məsələ bir neçə dəfə gündəmə gəlsə də, hələ də həllini tapmayıb”

Azərbaycanın 6 universiteti dünya reytinqində

Pandemiya reytinqə necə təsir edib?

Pandemiya reytinqə necə təsir edib?

AzMİU dünyanın ən yaxşı universitetləri siyahısına düşüb

Bakıda Amerika təhsil sərgisi keçirilib- FOTOLAR

Dünyada ən çox universiteti olan ölkələr və Azərbaycan - SİYAHI

Ən çox milyarder məzunu olan dünya universitetləri- İlk üçlük

Azərbaycanda diplomu tanınan universitetlərin adları açıqlandı – SİYAHI

Milli ali təhsil sistemlərinin reytinqi açıqlanıb

UNEC uniRank dünya universitetlərinin reytinqində birinci olub

Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt

Daha bir universitet təhsil haqlarını aşağı saldı

ABŞ-ın bəzi universitetləri təhsil haqlarını azaldıb

Azərbaycanın 6 universiteti dünyanın  ən yaxşı 200 universitet sırasına daxil edilib.

Ən çox Nobel alan universitetlər - SİYAHI

90 illik yubileyində UNEC-in daha bir uğuru

UNEC-in 9-cu ikili diplom proqramı

UNEC-in 9-cu ikili diplom proqramı

"Əks halda Azərbaycanın heç bir universitetinin adını nəinki dünyanın ən güclü 10, heç 50 universiteti arasında da görmək indiki nəsilə müyəssər olmayacaq"

BDU beynəlxlaq reytinq siyahısında 154 pillə irəliləyib

Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərin səfəri