Tariximizi öz dilimizdə tədris etməliyik - Emin Əmrullayev
Rus bölmələrində Azərbaycan tarixi fənninin Azərbaycan dilində tədris olunması pilot layihədir. Fikrimcə, tariximizi öz dilimizdə tədris etməliyik.
Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
Nazir əlavə edib ki, məktəbdaxili nizam-intizam qaydaları hələ tətbiq edilməyib:
“Bu qaydalar ictimai müzakirədədir. Biz də istəyirik ki, vətəndaşlar qaydalarla bağlı fikirlərini bildirsinlər. İkinci yarım ildən bu qaydalar 300 məktəbdə pilot layihə şəkildə tətbiq olunacaq”.