Emin Əmrullayev: Rus bölmələrində Azərbaycan tarixi fənninin öz dilimizdə tədris olunması pilot layihədir
Rus bölmələrində Azərbaycan tarixi fənninin Azərbaycan dilində tədris olunması pilot layihədir. Fikrimcə, tariximizi öz dilimizdə tədris etməliyik.
Bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 25-də keçirilən brifinqdə deyib. Nazir əlavə edib ki, məktəbdaxili nizam-intizam qaydaları hələ tətbiq edilməyib: “Bu qaydalar ictimai müzakirədədir. Biz də istəyirik ki, vətəndaşlar qaydalarla bağlı fikirlərini bildirsinlər. İkinci yarım ildən bu qaydalar 300 məktəbdə pilot layihə şəkildə tətbiq olunacaq”.