Nəyə görə ABŞ-da bu qədər çox dahi alim var?
Mən onu bilirəm ki, ABŞ digər ölkələrdən ən pis təhsil sisteminə görə fərqlənir. Amerikalı məzunların biliyi hətta üçüncü dünya ölkələrindən də aşağıdır. Bəs necə olur ki, ABŞ-ın elmi elitası ən yüksək mövqeyi hələ də öz əlində saxlayır, çökmür?! Bu necə olur, axı biz axmaq bir nəsil yetişdiririk... Bizim TV-lərə, realiti şoulara baxın!
Və mən bunun səbəbini sizə deyirəm: Amerikanın bir gizli silahı var - "Əcnəbi alimlər üçün Viza!".
Unudun Google`u, Silikon Vadisini - bütün bunları amerikalılar yox, miqrantlar yaratdı. ABŞ dünyanın - Hindistanın, Çinin, Rusiyanın, Avropanın ən yaxşı beyinlərini özünə çəkir. Özümüz isə ancaq axmaqlar yetişdiririk".
Miçio Kaku (1947) yapon əsilli amerikalı fizik,