Xəbərlər, H/N sənədlər, Ziyalılar
01 mart 2020

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

 

Şahlar ƏSGƏROV
Professor, Əməkdar elm xadimi,
Təhsi Nazirliyi yanında İctimai Şuranın sədri
Min illərdir ki, bəşəriyyət xoşbəxt gələcəyə doğru yol gedir. Bu yolda təhsil müstəsna əhəmiyyət daşıyır. Ağı qaradan, doğrunu yalandan, yaxşını pisdən, dostu düşməndən, xeyri şərdən ayırmaq üçün təhsil əvəzsiz vasitədir. Təhsilin bu unikal keyfiyyəti bir çox dövlətlər üçün dərk olunmuş həqiqətdir. Bu səbəbdən də bu ölkələrdə təhsilin bütün xərclərini dövlət öz üzərinə götürür. Sadə dillə desək, belə dövlətlərdə təhsil "pulsuzdur". 
İtirdiyimiz torpaqlarda qurulmuş qonşu dövlətlər tərəfindən ölkəmiz 100 ildir ki, təcavüzə məruz qalır. Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk, gücsüzləşirik. Bizi bu vəziyyətdən ancaq və ancaq təhsil çıxara bilər. Təhsil nəinki bilik öyrədir, ötürür, həm də düşüncəni kamilləşdirir.
Müxtəlif sahələrdə gənclərimizin qazandıqları uğurlar göstərir ki, Allah bizim də başımıza kifayət qədər ağıl qoyubdur. Biz ağlımızdan və təhsilin imkanlarından düz istifadə edə bilsək, bu çətin vəziyyətdən çıxa bilərik. Böyük Hüseyn Cavid demişkən: təhsildə ilahi güc var.  Adətən təhsildən məqsəd kimi istifadə edirik, ancaq ondan vasitə kimi istifadə etmək olar.
Məqsədimiz gənc nəsili təhsilli etməkdir. Ancaq təhsil subyektlərinin qüsurları keyfiyyəti artımağa imkan vermir. Üstəlik, təhsilin inzibati, iqtisadi və hüquqi bazasının kəsirlərinin də təsiri var. Bu qüsurlarla mübarizə ciddi aparılmır, sanki təhsil "yola" verilir.
Millət olaraq əgər məqsədimiz Qarabağ daxil itirilmiş torpaqları qaytarmaqdırsa, onda biz təhsilə baxışımızı dəyişməlik. Ona milli problemimizi həll etmək üçün unikal potensiallı vasitə kimi baxmalıyıq. Bu halda əsas məqsədimizə çatmaq üçün təhsildə keyfiyyət problemləri hökmən öz həllini tapmalıdır. İllər öncə söyləmişdim: "İnsanlar düzgün qərarlar qəbul etməklə şəxsiyyətə, dövlətlər düzgün qərarlar qəbul etməklə güclü dövlətə çevrilirlər".
Deməli, bizim üçün təhsilin məqsədi gənclərə düzgün qərarlar qəbul etməyi öyrətmək olmalıdır. Belə olan halda biz təhsilə məqsəd kimi yox, vasitə kimi baxmalıyıq.                                                                                       
Düzgün qərarın mahiyyətini başa düşmək üçün qərarın xətası (  Q) adlı yeni anlayış qəbul edək. Qərarın xətası deyəndə mütləq düz qərar ilə, fərdin qəbul etdiyi qərarın fərqi başa düşülür:
Q  = Qi   - Qf     (1)
Burada, Qi  -mütləq düz, başqa sözlə, ilahi qərar,  Qf  - isə fərdin qəbul etdiyi cari qərarıdır. Aydındır ki, qərarın xətası azaldıqca təhsildə keyfiyyət artacaq. Bu səbəbdən Allahın xoşuna gələn qərar mütləq düz qərardır. Peyğəmbərin qəbul etdiyi qərarların səhvi azdır. Kamil insanlar cahil insanlarla müqayisədə daha düzgün qərarlar qəbul edirlər. Deməli, qərarların xətası təhsilin keyfiyyətindən asılıdır. Keyfiyyəti artırdıqca daha düzgün qərar qəbul etmək mümkündür. Düzgün kadr təyinatlarının  sirri də burdadır.  
Təhsil trayektoriyası  
Təhsil trayektoriyasının əsas parçası şəkildə göstərilmişdir. Bu parça üzərində dəyər yaradan 5 nöqtə ulduzlar ilə işarə edilmişdir. Bu nöqtələrdə dövlətin xərclədiyi pul kamal attestatı, diplomlar və alimlik sənədlərində dəyərə çevrilir. Qəbul imtahanlarının yaratdığı dəyər tələbə biletidir.
Ali məktəbin bakalavr pilləsinə qədər təhsil trayektoriyası düz xətlidir. Magistr səviyyəsidə bu düz xətt davam edə də bilər, sına da bilər. Bu yeni təhsil sisteminin üstün cəhətidir. Sınmanın fəlsəfəsini başa düşməyə, üstünlüyünü dərk etməyə cəhd etmək lazımdır.  
Məlumdur ki, bütün təmiz elmlərin (pure science) tədqiqat obyekləri dalana yaxınlaşır. Fizika elmi nümünəsində deyə bilərəm ki, fiziklər təbiətin tərkib hissəsi olan qazlarda, mayelərdə, bərk cisimlərdə gedən prosesləri mükəmməl öyrəniblər. Beləliklə, tədqiqat obyekti tədricən tükənir. Ancaq fənlər arasında öyrənilməsi zəruru olan tədqiqat obyektləri çoxdur. Belə sahələr fizika ilə riyaziyyatın, fizika ilə kimiyanın, fizika ilə iqtisadiyyatın, kimya ilə biologiyanın, tarix ilə coğrafiyyanın və s. sərhədlərində vardır.
Riyaziyatçının gələcəkdə daha mükəmməl alim olması üçün ona şərait yaradılmalıdır ki, magistraturada fizikanı öyrənə bilsin. Beləliklə, kimyaçı magistraturada biologiyanı öyrənməkə həm yaxşı bioloq, həm də yaxşı kimyaçı ola bilər. Beləliklə, təhsil trayektoriyasının sınmasında böyük hikmət vardır. Biz buna maneə törətməməliyik, əksinə, zəruri hüquqi baza yaratmalıyıq. 
 

 

 
Təhsildə problemlər 
Təhsildə görünən və görünməz problemlər saymaqla bitməz. Keyfiyyəti aşağı salan əsas problemlərin bir neçəsini sadalayaq:
1. Orta məktəbin yuxarı siniflərində demək olar ki, dərslər qənaətbəxş deyil. Repetitorluq getdikcə genişlənir.
2. Ali məktəblərin diplomlarının keyfiyyətindən cəmiyyət razı deyil.
3. TEST nəticələrinə görə məzunların orta statistik balı illərdir ki, təqribən 300 bal ətrafındadır. İllər keçir, ancaq təhsildə irəliləmə hərəkətı yoxdur, fırlanma hərəkəti var.
Bu problemlərin varlığı onu göstərir ki, təhsil bizim üçün hələ dərk olunmamış həqiqətdir. 
Təhsil keçmişdə və bu gün 
Sovet dönəmində ölkəmizin orta təhsil sistemi çox güclü idi. Ali məktəblərimiz də zəif deyidi. Ancaq bu gün belə deyil. Səbəbini anlamaq üçün bugünkü təhsil ilə sovet təhsilini müqayisə etmək lazımdır.                                                
Sovet Təhsili. Sovetlər zamanında təhsil dövlətin monopoliyasında idi. Təhsil mükəmməl struktura malik idi. Qanunlar dəyişməz və stabil idi. Təhsilin bütün ehtiyaclarını dövlət təmin edirdi. Müəllim cəmiyyətin hörmətli üzvü idi. Dövlətin təyinat, təqaüd və yataqxana öhdəliyi var idi. Pedaqoji və sağlamlıq normalarına dövlət nəzarət edirdi. Gənclərin üçdə biri ali məktəblərdə oxuyurdular. Ali məktəblərə seçim ciddi aparılırdı. Fənlər ciddi tədris olunurdu, repetitorluğa ehtiyac yox idi. 
Təhsil sferası iki subyektli (öyrədən və öyrənən) sadə sistem idi. Ali məktəblərin  çıxışında da dövlət imtahanları ciddi aparılırdı. Diplomun dəyəri yüksək idi. Təhsil müqəddəs sahə sayılırdı. Bununla bağlı bir haşiyə çıxmaq istəyirəm:  
Haşiyə. Prof. N.Qocayev söyləyir: Azərbaycan Dövlət Universitetinin rektoru Mehdi Əliyevin yanında idim. Dövlət telefonu zəng vurdu. Danışan AKP MK katibi Cəfər Cəfərov idi. Cəfər müəllim dostcasına Mehdi müəllimə dedi ki, bir uşaq qəbul imtahanlarından 17 bal toplayıb, onu universitetə qəbul et. Mehdi müəllim: Cəfər (onlar dost idilər) stolumun üstində 18 balla konkursa düşən uşaq var. Onu qoyub 17 balı olanı necə qəbul edim? Cəfər müəllim: onu mən, MK-nın katibi deyir. Mehdi müəllim dedi: Cəfər 5-10 ildən sonra nə mən burda olacam, nə sən orda. Gələcəkdə bu günaha görə bizi bağışlayarlarmı ?
Ancaq 1960-cı illərdən təhsil maşını laxlamağa başladı. Keçən əsrin 80-cı illərində Moskva Aviasiya Akademiyasının rektoru, yaxından tanıdığım akademik Y.A.Rıjov çıxışlarının birində gileyli şəkildə qeyd etdi ki, biz mühəndis yox, onun müqəvvasını hazırlayırıq. 
Yeni Təhsil. Hal-hazırda təhsil dövlətin monopoliyasında deyil. Özəl məktəblər də mövcuddur. İnkişaf etməkdə olan ölkələrin çoxunda təhsilə biznes sahəsi kimi baxırlar. Dövlət təhsilə sosial sahə kimi baxır və gənclərin təhsil almasına kömək göstərir, dəstək verir, ancaq özünün əsas məsələsi saymır. Hesab edilir ki, övladına təhsil vermək valideynin borcudur.
Təhsil sistemi maraqlar arasında parçalanıb və ən azı üç (öyrədən, öyrənən və DİM, özəl qurumlar) subyektli sistemə çevrilib. DİM üçüncü subyekt kimi çıxış edir və təhsl sistemini mürəkkəbləşdirir. Bu səbəbdən də çox vaxt TN və DİM-in maraqları üst-üstə düşmür. Ali məktəblərə tələbə qəbulu mərkəzləşmiş şəkildə TEST ilə aparılır. Repetitorluq təhsil sistemini iflic edib. Ali məktəbin girişində nəzarət ciddi, çıxışında yumşaqdır. Təyinat yoxdur. Təhsilə qazanc yeri kimi baxan məmurlar da var. Təhsildə mənəvi mühit pozulubdur.  
İmtahan 
Klassik üsul. Müqəddəs Qurani Kərimdə ayə var: "Heç bilənlə bilməz bir olarmı?" Bu ayənin işığında təhsilə baxsaq, bu nəticəyə gələrik ki, təhsildə imtahan vacib prosedurdur. Klassik üsulla 100-lərlə və ya 1000-lərlə abituriyenti imtahan edib biləni bilməzdə ayırmaq mümkündür. Ancaq on minlərlə və daha çox gənci imtahan etmək üçün bu üsul iki səbəbdən əl vermir:  
a) çox zaman tələb edir;
b) çox xərc tələb edir.  
TEST üsulu. TEST üsulu klassik üsulun qüsurları səbəbindən tətbiq edilir və aşağıdakı üstünlüklərə malikdir:
a) operativdir; 
b) iqtisadi cəhətdən səmərəlidir.  
Qeyd etmək lazımdır ki, 1960-cı illərdən qabaq qəbul imtahanlarında obyektivlik çox yüksək olub. İnsan faktoru yox idi. Ancaq 2003-cü ilin qəbul imtahanları TEST-in obyektivliyini sual altına aldı. İnsan faktoru öz işini TEST-də gördü. 
Azərbaycanda TEST 
Qeyd edildiyi kimi, TEST mütərəqqi metoddur. Bu səbəbdən dünyada ondan geniş istifadə edirlər. TEST öz məqsədinə qulluq edəndə gözəldir, ancaq çevik və iqtisadi cəhətdən sərfəli omayanda əhəmiyyətini itirir. Məntiqlə, TN-nin sifarişi əsasında DİM gəncləri TEST-dən keçirməli və nəticələr həmən gün bəyan edilməlidir (Bu praktika Qazaxıstanda tətbiq olunur). Abituriyentlər liberal dəyərlərə uyğun olaraq TEST nəticələri əsasında ixtisasları özləri seçməlidirlər. 
Ölkəmizdə TEST-in özünəməxsusi cəhətləri var. Belə ki, ali məktəblərin girişində ondan monopol istifadə edilir, ancaq çıxışında isə istifadə edilmir. Nəticədə repetitorluq baş alıb gedir, diplomların keyfiyyəti isə çox aşağıdır. Amma girişdə qəbulu yumşaq, çıxışda isə dövlət imtahanları sərt TEST ilə aparılsa, milli əhəmiyyətli böyük nəticələrə nail olmaq olar. Dərsliklərdə olmayan,   əhəmiyyətsiz suallardan istifadə etməkdən imtina edilməlidir. Nəticədə, əvvala, repetitorluq sıradan çıxar, ikincisi də diplomların keyfiyyəti yüksələr. Bu xırda taktiki gedişat, böyük strateji əhəmiyyət kəsb edir. Müşahidələr göstərir ki, optimist ruhlu abituriyentlər çətin TEST-dən keçib yumşaq universitet mühitinə düşəndə pessimistləşirlər. Yaxşı ki, SABAH   qrupları ideyası tətbiq edildi, talantlı gənclər üçün optimist mühit qorundu.  
Ustadların nəsihəti 
Müsəlman dünyasından dəqiq elm sahəsində 3 nəfər Nobel mükafatı alıb. Onlar da İslam dünyasında elmin və təhsilin geri qalma səbəbləri haqqda daim düşünüblər.
Nobelçi Abdüs Salam hesab edirdi ki, istedadlı gənclərın itib-batmaması üçün onların elmi və texniki təhsil almalarını təşviq etmək lazımdır.
Digər nobelçi Əhməd Zevayıla görə: "Ölkə iqtisadiyyatının dirçəltmək üçün texniki məktəblərin həm sayı, həm də nüfuzu artırılmalıdır".
Üçüncü nobelçimiz Əziz Sancar (2015)  2019-cu ilin oktyabr ayında Özbəkistanda  olanda Türk dünyasının elmə çox ehtiyacı olduğunu söylədi.  
Müsəlman universitetlərinin heç birində nobelçi alim mühazirə oxumur. Dövlət rəhbərləri bunun fərqinə varmalıdırlar. Alimləri məmurlardan fərqləndirməyi bacarmaq lazımdır. Fərqinə varmalıyıq ki, himayədarlıq edib əsl alimin yerinə kvazialimi oturtmaqla geri qalmanı stimullaşdırırıq.
Bizim gənclərə öz "nobelçilərimiz" mühazirələr oxumalıdırlar. Gənclərimizə stimul verməliyik. Bu yolla talantlı gənclərin xaricə getməsinin qarşısını almaq olar. Əks halda onları öz əlimizlə Qərbə ərmağan edirik. Bunun da fərqinə varmaq lazımdır.  
Gənclərin biliyə görə paylanması 
Gənclər biliyə və ya İQ görə normal Qauss  paylanmasına tabedir və intellektual səviyyələri çox müxtəlifdir. İfrat talantlı, talantlı və orta səviyyəli gənclərlə bərabər, talantsız və gerizəkalı gənclərimiz də var.
 

 

 
Etiraf etməliyik ki, talantlı və valideynləri imkanlı gənclər ali təhsil almaq üçün xaricə üz tuturlar. Onların çoxu geri qayıtmır, bizim üçün onlar itirilmiş gənclikdir.  Gerizəkalıların və çox zəif biliklilərin isə ali məktəblərdə təhsil almasına ehtiyac yoxdur. Beləliklə, bizim ali təhsil verə biləcəyimiz potensial, gəncliyimizin təqribən 70%-ni təşkil edir.
Hal-hazırda gənclərimizin 49%-i subbakalavr və bakalavr təhsili alırlar. Çox sevindiricidir ki, bu göstərici on il öncədəkindən təqribən üç dəfə çoxdur. Məqsədimiz bu göstəricini 60%-ə çatdırmaq olmalıdır. TEST balı aşağı, amma intuisiyası güclü olan riyazi təfəkkürlü gənclər üçün ali təhsil əl çatan olmalıdır. Onlar universitetlərdən kənarda qalmamalıdırlar. Bu, milli maraqlara ziddir.
Dövlət talantlı gənclərin universitetlərdə  kənarda qalmamasına yol verməməlidir. 
Repetitorluq   
Orta məktəblərdə bu gün əsas problem repetitorluqdur. Bu fenomen təhsildə çoxlu fəsadlar törədir:   
* repetitorluq fərdin təhsilidir, 1920-ci ildən qabaqkı təhsildir, cəmiyyətin inkişafına mənfi təsir edir;
* repetitorluq dövlətin təhsil siyasətini aparmağa əngəldir;
* repetitorluq orta məktəblərin yuxarı siniflərini iflic edir, 
* repetitorluq tərbiyəyə və vətənpərvərliyə imkan vermir;
* repetitorluq biliyin mənimsəməsinə yox, əzbərçiliyə xidmət edir;
* bu imkandan istifadə edə bilməyən valideynlər dövlətdən narazı qalırlar;
* repetitorluq şəhər nəqliyyatında tıxac yaranmasına səbəblərdən biridir;
* repetitorluq təhsil sistemini böyük bir rüşvət və korrupsiya şəbəkəsinə çevirir. Kölgə iqtisadiyyatını alovlandırır. 
Bir çox mütəxəsislər hesab edirlər ki, repetitorluğun yaranmasının əsas səbəbi qüsurlu TEST suallarıdır. TEST imtahanlarının ruhu dövrün tələbinə uyğun gəlmir. Gənclərimizin millətin gələcəyi olduğunu unudulur. Nə qədər gənclərimiz təhsilli olsa, dövlətimiz bir o qədər qüdrətli olar. Biz gənclərin təhsil almasına maneçilik törətməməliyik, şərait yaratmalıyıq. Onları universitetlərdən kənarda saxlamağa çalışmamalıyıq. Elə TEST sualları var ki, onu hətta müəllimlər də çətinliklə cavablandıra bilirlər. Belə duyğusuz öhdəlik sovet dönəmində olub, indi buna ehtiyac yoxdur. TEST-lər sərtləşdikcə repetitorluq artar, sadələşdirdikcə azalar. Sualları elə tərtib etmək olar ki, qəbul zamanı bir nəfər də belə 700 bal toplamasın. Ancaq elə də tutmaq olar ki, "700 ballılar" yüzlərlə olsunlar. TEST balı biliyi birqiymətli əks etdirmir, insan faktorundan asılıdır. "Açıq test", "qapalı test", "bunker müəllimlər", qəbulun etaplarla keçirilməsi, aylarla uzanması və bunun kimi odioz addımlara  ehtiyac yoxdur. 
Təhsilin məzmunu  
Təhsilin yaşı Misir pramidalarının yaşından çoxdur. Türk dilində egitim (təhsil) sözü əymək mənasını verir. İngilis dilində education (təhsil) sözü "içəridən xaricə atmaq" mənasına gəlir. Deməli, təhsil vasitəsi ilə insanı dindar və ya ateist etmək olar. İnsanın daxilindəki potensialı təhsil vasitəsi ilə çölə çıxarmaq olar. Hər şey təhsilin məzmunundan asılıdır.
Təhsil insan oğlunu cahillikdən kamilliyə aparan vasitədir. Düşüncəmə görə, kamilliyin ölçü vahidi olaraq ictimai mənəfenin şəxsi mənafeyə nisbətini götürmək olar:               
K  =  İctimai Mənafe : Şəxsi  Mənafe  (2)
Təhsil proqramları elə tutulmalı, dərsliklər elə yazılmalıdır ki, düstur (2) - də kəsrin sürəti məxrəcindən qat-qat çox olsun. Bu zaman kamil gənclər yetişdirmək mümkündür. Deməli, vətənpərvərliyin açarı təhsilin məzmununda gizlədilibdir. Onu tapmağı bacarmaq lazımdır.
Hərbçilərin bir termini var: "distiplina". Bu anlayış: "hər hansı bir kollektivin bütün üzvləri üçün məcburi olan nizam-intizama tabe olmaq" - mənasına gəlir. Bu anlayışdan təhsil sistemində "fənn" mənasında istifadə edilir. Amma "distiplina" anlayışının daha dərin mənası var. "Distiplina" o fəndir ki, onu bütün şagirdlər bilməlidir. Misal üçün, xarici dil, riyaziyyat kimi fənlər hamı üçün distiplinadır. Bu yerdə nobelçi alim John Nashın bir fikrini yada salmaq istəyirəm: "riyaziyyatı yaxşı bilməyən toplumlarda ədalət  olmaz".  Diqqət verin, cəmiyyət üçün riyaziyyat nə qədər böyük əhəmiyyət kəsb edir. Xarici dil kimi riyaziyyat da gələcəkdə hər kəsə lazım ola bilən fəndir ki, orta məktəblərdə öyrədilməlidir. 
İnsanlar kamil olarsa, daha düzgün, cahil olarsa, səhv qərarlar qəbul edirlər. Düstur (2) - dən görünür ki, insanın kamilliyi (düzgün qərarlar qəbul etməsi) bu mənafelərin nisbətindən asılıdır. Yaxın tariximizə nəzər salaq. Təhsilin məzmunu qüsurlu olduğundan bizim kamillik səviyyəmiz arzu olunandan azdır. Uşaqların kiçik toylarında kirvənin sağlığına sərxoş olana qədər içiriksə, Novruz bayramında papağımızı qapılara atırıqsa və ya bizi ermənilərə satan general Qasım Süleymaniyə yas mərasimi saxlayırıqsa, biz  nə qədər kamilik? Düşüncəmiz kütləşibdir, kamilləşmək lazımdır. Bunun üçün təhsilin məzmunu koordinal dəyişməli, mükəmməl dərsliklər yazılmalıdır.
Tez-tez eşitdiyimiz çox zərərli və qorxulu bir misalda deyilir: "el üçün ağlayan göz kor olar". Aydındır ki, bu misal düşmənlər tərəfindən bizim şüurumuza yerləşdirilib və vətənpərvərliyə tam ziddir. Bu misal dövlətçiliyi yox, antidövlətçiliyi təbliğ edir.     
Biliyin qiymətləndirilməsi 
Təhsil sistemində çox təəssüf ki, biliyin qiymətləndirilməsinin vahidlik prinsipi pozulub. Sistemdə 5, 9, 10, 100 və 700 ballıq şkalalardan istifadə edilir. İnanmıram ki, hansısa digər bir dövlətdə belə pərakəndəlik ola. 5 ballı şkala dərk ediləndi və hər balın valideyin düşüncəsində aydın  yeri var. Misal üçün, şagird 4 alıbsa, valideyin onun yaxşı oxuduğunu aydın başa düşür. Ancaq 483 balın valideynin düşüncəsində yeri aydın deyil. Beləliklə, valideynlərin uşaq üzərində nəzarəti zəifləyir. Nəticədə təhsil prosesi nəzərətdən çıxır.
Formula  (2) - dən istifadə edərək biliyi qiymətləndirmək üçün daha dəqiq, yeni şkalası düzəltmək mümkündür. Bunun üçün fənnin mənimsənilən hissəsini (Lb) kəsrin sürətində, mənimsənilməyən hissəsini isə (Lm) məxrəcdə yazmaq lazımdır. Belə olan halda bildiyimizin bilmədiyimizə olan nisbətindən yeni meyar kimi istifadə etmək olar. Bu meyarı kamillik əmsalı adlandıraq:                                                                 
K  = Lb : Lm                 (2)                             
Ancaq min illərdi ki, qiymətləndirmədə  bildiyimizin (Lb) bilməli olduğumuza  (L0 = Lb  + Lm)  nisbətindən meyar kimi istifadə edilir. Bunu klasik meyar                                                 
adlandıraq. Əgər klassik meyar 0 ilə 1 arasında dəyişirsə, yeni meyar 0 ilə sonsuzluq  arasında dəyişir. Bu isə onun qat-qat üstünlüyünu göstərir. 
Direktorlarin seçimi 
Təhsil prosesində direktorlar müstəsna əhəmiyyət kəsb edir. Müharibə zamanı cəbhə komandiri hansı rol oynayırsa, dinc dövrdə də məktəb direktorları həmin rolu oynayır. Elə direktorlarımız var ki, özünü məktəbə qurban verir, ancaq elə direktorlar da var ki, məktəbi özünü qurban verir.
İdarəetmədə ancaq özünü məktəbə qurban verənlərdən istifadə etmək lazımdır. Tədrisdə isə məktəbi özünə qurban verənlərdən istifadə etmək olar. Bunların yeri səhv düşəndə müsibət başlayır. Məktəbi özünə qurban verənlərdən direktor kimi istifadə edilərsə, təhsil düzəlməz. Keçən il 162 nömrəli məktəbdə ölümlə nəticələnən hadisə baş verdi. Hamı direktoru müdafiə etdi. Məktəb gözdən düşdü. Belə yanaşma yolverilməzdir. Müvəqqətini (direktoru) yox, daimini (məktəbi) qorumaq lazım idi. 
Özünü məktəbə qurban verənləri, müəllim kütləsindən seçmək üçün iddiaçıları psixoloji testlərdən keçirmək kifayətdir. Məktəb direktorlarını ictimai mənafe daşıyıcılarının içərisindən seçməyin hikməti böyükdür. Bu yanaşma ali məktəb rektorlarının seçimi üçün də doğrudur. Məktəbdə mənəvi mühitin təminatçısı direktordur.  
Təhsilə baxış dəyişməlidir 
Pakistanın keçmiş iqtisadiyyat naziri Məhbub ül Həqqi illər öncə hökümət qarşısında hesabatını belə bir cümlə ilə bitirir: "Bizim dövlətin qarşısında üç problem durur: 1-ci problemimiz təhsildir; 2-ci problemimiz də təhsildir; bir az fasilədən sonra deyir ki, 3-cü problemimiz də təhsildir". Bununla Məhbub ül Həqqi  hökümətin bir nömrəli vəzifəsi təhsil olduğunu vurğulamışdır.
30 ildən sonra bu fikri Rusiyanın sabiq İqtisadi inkişaf və ticarət naziri, hazırda "Sberbank"ın direktoru olan German Qrefə (15.01.20) təkrar edir. Onun fikrincə, ölkənin birinci naziri maliyyə və iqtisadiyyat naziri deyil, təhsil naziridir. Mənim illər öncə dediyimi G.Qrefə daha qısa formada, daha geniş auditoriyada diqqətə çatdırıb.
Bu yaxınlarda Finlandiyanın xanım prezidenti bəyan etdi ki, inkişafın üç açar faktoru kimi təhsil, təhsil və yenə də təhsil çıxış edir.
Bizdə təhsilə sosial yox, daha ciddi təhlükəsizlik sahəsinin tərkibi kimi baxılmasına ehtiyac böyükdür. Təhsil həlli çətin problemləri həll etmək missiyasını daşımalıdır. Başqa sözlə, biz təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq. Gənclərə keyfiyyətli təhsil vermək dövlətin əsas vəzifəsi olmalıdır. Qarabağ probleminin həllində Təhsil nazirliyinin rolu Müdafiə nazirliyinin rolundan az deyil. Bu gəlişi gözəl söz deyil, çətin başa düşülən həqiqətdir. Eşitdiyimə görə, Yaponiyada təhsil nazirliyi güc nazirliyi sayılır. Məktəbdən yayınmaq, təqribən səngərdən yayınmaq kimi ciddi qiymətləndirilməlidir. 
Helsinki universitetində tədqiqat aparanda Finlandiya təhsili ilə qismən tanış oldum. Finlandiyada təhsil pulsuzdur. Yemək, ekskursiyalar, təhsilə aid hər şey pulsuzdur. Hər şey dövlət tərəfindən ödənilir. Bu ölkədə hesab edirlər ki, bulka sexi özəl ola bilər, ancaq məktəb dövlətin olmalıdır. Bu dünyagörüş fin cəmiyyətini dünyada birinci edib.
Bizim də təhsilə baxışımız təqribən fin modelinə bənzər olmalıdır. Gənclərə keyfiyyətli təhsilin verilməsini dövlət öz monopoliyasında saxlamalıdır. Dövlət  kiminsə övladını yox, özünün layiqli vətəndaşını yetişdirməlidir. Belə olan halda bu gün məişətdə müşahidə olunan biabırçılıqlar baş verməz. Xalq yazıçısı Çingiz Abdullayevin təhsillə bağlı fikirlərini eşitmək lazımdır. Heç kəs təhsilə gəlir gətirən sahə kimi baxmamalıdır, hər kəs təhsilə müqəddəs sahə kimi baxmalıdır.
YENİ TƏHSİL KONSEPSİYASININ ƏSAS MÜDDALARI
Təhsil sistemində gedən prosesləri təhlil edərək aşağıdakı müddəaları formalaşdırmaqmümkündür:
1. Təhsilin məqsədi düzgün qərar qəbul etmək bacarığını gənclərə öyrətmək olmalıdır. Bu məqsədə nail olmaq üçün təhsilə məqsəd kimi yox, vasitə kimi baxmaq lazımdır.
2. Təhsilin məzmunu elə mükəmməl olmalıdır ki, özünü yox, milləti sevən  gənclər yetişdirmək mümkün olsun. Təhsil kamil vətəndaş yetişdirməlidir. Vətənpərvərliyin açarı təhsilin məzmunundadır. Öz tarixini bilməyən gəncdən vətənpərvər olmaz. 
3. Təhsil subyektləri. Sovet dönəmində təhsil iki subyektli sadə sistem olub. İndiki dövrdə təhsil ən azı üç subyektli mürəkkəb sistemə çevrilib. Sistemlər nəzəriyyəsinə görə, sistemin elementlərinin sayı artdıqca idarəetmə çətinləşir. Bütün üçüncü subyektlər (həttda valideynlərin belə) təhsilə müdaxiləsi yolverilməzdir.
4. Məktəblərin forma və məzmunca eyniliyini, bərabərliyini mümkün qədər təmin etmək lazımdır. Belə olan halda heç kəs evinin yanındakı məktəbi qoyub, uşağını maşınla uzaq məktəblərə aparmaz.
5. Direktorların təyinatı. Müharibə zamanı cəbhə komandirləri hansı məsuliyyəti daşıyırsa, sülh dövründə də məktəb direktorları həmin məsuliyyəti daşımalıdırlar. Məktəb direktorlarını ictimai mənafe daşıyıcıları içərisindən seçilməlidir. Direktorlar nümunəvi əxlaq sahibi olmalıdır ki, məktəb müqəddəs yer sayılsın.
6. Repetitorluq. Repetitorluğa son qoymaq niyyəti ilə universitetlərin girişində testi yumşaldıb, gəncləri küçələrdən akademik mühitə gətirmək lazımdır. Universitetlərin çıxışında isə sərt TEST imtahanları keçirməyə ehtiyac böyükdür. Başqa sözlə, universitetlər giriş qapılarını gen, çıxış qapılarını dar açmalıdırlar.
7. Qəbul imtahanlarınin əhəmiyyətini qaldırmaq (və ya endirmək) təhsil siyasətinin məsələsidir. Sovet dönəmidə ciddi imtahana ehtiyac var idi. İndiki dönəmdə ciddi imtahanlara ehtiyac yoxdur. Çünki indi soyuq müharibə dövrü deyil, biz kosmonavt hazırlamırıq, işə təyinat yoxdur.
8. Ali təhsillə əhatə. Talantlı və riyazi təfəkkürlü gənclərin heç biri ali məktəblərdən kənarda qalmamalıdır. Dövlət gənclərin təhsil almasına qucaq açmalıdır. Gənclərin ali təhsillə əhatə əmsalını 60% qaldırmaq üçün, bir tərəfdən qəbul yerlərini artırmaq, digər tərəfdən TEST-i sadələşdirmək lazımdır. Abituriyentlərə seçim azadlığı verilməlidir.
9. İslam dünyası nobelçilərinin arzularını nəzərə alaraq, fundamental elmi və texniki ixtisaslara qəbul yerlərini artırmaq lazımdır. Başqa sözlə, maddi dəyər yarada bilən ixtisaslara üstünlük verilməlidir. Texniki təffəkkürü və icad etməni stimullaşdırmalıyıq.
10. Yataqxanasız universitet çolaq insana bənzəyir. Yataqxana təminatı vacibdir və gəncləri sosiallaşdıran mühitdir. Yataqxana şəraitində gəncləri daha asan tərbiyə və sosiallaşdırmaq mümkündür. Milli birliyin, vətənpərvərliyin toxumları yataqxanada əkilir. Özəl şirkətləri üçüncü subyekt kimi yataqxana inşasına cəlb edilməsi arzu olunan deyil.
11. Xaricdə təhsil. Əminliklə demək olar ki, biz bütün ixtisaslar üzrə bakalavr və çox ixtisaslar üzrə magistr səviyyəsində keyfiyyətli təhsil verə bilirik. Bu səbəbdən xaricdə təhsil almağa doktorantları göndərmək lazımdır. Doktorantlar geriyə dönəndə özü ilə həm də yeni elmi istiqamət gətirəcəklər. 
Sonda qeyd edim ki, inkişaf etməkdə olan ölkələr sırasıdan inkişaf etmiş ölkələr sırasına qalxmaq üçün təhsilə baxış dəyişməlidir. Təhsil ancaq dövlətin monopoliyasında olmalıdır. Ölkənin birinci naziri iqtisadiyyat və ya maliyyə naziri yox, təhsil naziri olmalıdır.
 dalidag.az 










Загрузка...
loading...

Həmçinin oxuyun:
Təhsildə keyfiyyət və inkişaf problemləri İlham Əhmədov

Təhsildə keyfiyyət və inkişaf problemləri İlham Əhmədov

"Repetitorluq təhsili içərisindən yeyir və xeyli fəsadların səbəbidir..." - Ekspert

"Şagirdlərə texnologiya fənnindən daha çox tarix dərsi vacib sayılmalıdır" - Ekspert

Professor Şahlar Əsgərov: Təhsilin bəşəri inkişafda rolu

Professor Şahlar Əsgərov: Təhsilin bəşəri inkişafda rolu

Direktorların əksəriyyəti

Direktorların əksəriyyəti "yuxarı"ların adamlarıdır - MÜSAHİBƏ

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

"Bal sistemi təhsilimizə zərbədir....Məqsəd nədir və bu qədər baş verənlər nəyə lazımdır bilinmir"

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək...

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək...

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək... -EKSPERTLƏR

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək... -EKSPERTLƏR

Şagirdlərimiz niyə oxumur?

Şagirdlərimiz niyə oxumur?

AMEA-nın direktorlarından deputatlara sərt CAVAB: “Onlar məsuliyyətsiz danışırlar”

AMEA-nın direktorlarından deputatlara sərt CAVAB: “Onlar məsuliyyətsiz danışırlar”

“Nəyisə ləğv edib, nəyisə bərpa etmək çıxış yolu deyil” - EKSPERT

“Nəyisə ləğv edib, nəyisə bərpa etmək çıxış yolu deyil” - EKSPERT

Təhsilə dövlət qayğısı büdcədə də öz əksini tapdı- Bu da...

Təhsilə dövlət qayğısı büdcədə də öz əksini tapdı- Bu da...

"Belə müəllimlər şagirdlərinə nə verə bilər?" - BDU-nun dosentindən AÇIQ MƏKTUB

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

Test üsulu ləğv edilir?

Test üsulu ləğv edilir?

"Bu, çox zərərli bir hadisədir və bunun ağrısını hələ çox çəkəcəyik"

"Millət öz uşaq və gənclərinin təlim və tərbiyyəsini heç bir xarici ölkəyə etbar etməməlidir"

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?