AzTehsil.com


Xəbərlər
06 iyun 2017
3 082


"Bu, çox zərərli bir hadisədir və bunun ağrısını hələ çox çəkəcəyik"



"Bu, çox zərərli bir hadisədir və bunun ağrısını hələ çox çəkəcəyik"

 

Ali məktəblərə qəbul imtahanın pullu olması insanların təqribən çox böyük hissəsini ali təhsildən uzaqlaşdıracaq
 
Millət vəkili Vahid Əhmədov Milli Məclisin bir neçə gün əvvəlki iclasında  ali məktəblərə qəbul və sınaq imtahanların pull olmasının əleyhinə çıxmışdı. Deputat imtahanların pullu olmasıyla imkansız və istedadlı gənclərin ali təhsildən kənarda qalacağını əsas gətirərək, imtahanlara görə ödənişin ləğv edilməsini təklif etmişdi. Millət vəkilinin bu təklifi ictimai dəstək qazanmaqdadır. 

Aztehsil.com xəbər verir ki, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov da Moderator.az-a açıqlamasında Vahid Əhmədovun fikrinə dəstək çıxdığını bildirib. Ş.Əsgərov da çoxları kimi o qənaətdədir ki, imtahanların ödənişli olması bir çox gəncin imtahanda iştirakını əngəlləyir:

"Bu barədə mən əvvəl də danışmışam ki, bu, qətiyyən yolverilən məsələ deyil. Hər bir şəxsin ən azı bir dəfə pulsuz imtahan verməsi üçün dövlət şərait yaratmalıdır. Əgər birinci il imtahandan keçə bilməyib ikinci il gələrsə bunu ödənişli etmək olar. Ali məktəblərə qəbul imtahanın pullu olması insanların təqribən çox böyük hissəsini ali təhsildən uzaqlaşdıracaq. Onsuz da təhsil göstəricilərinə görə dünyada zəif yer tutan biz bir qədər də zəifləyəcəyik”. 

Professor, həmçinin məsələnin həlli yollarını da sadalayıb:

"Bu məsələnin müxtəlif həlli yolları var. Həlli yolunun birini elə Vahid Əhmədov sələndirib, ödəniş ləğv edilsin. İkinci həlli odur ki, imtahan pulunu Təhsil Nazirliyi ödəsin. Üçüncü yolu da belədir ki, dövlət büdcəsi tutulanda DİM-nə imtahan götürmək üçün pul ayrılsın. 
Bu, çox zərərli bir hadisədir və bunun ağrısını hələ çox çəkəcəyik. Heç bir yerdə bu ola bilməz ki, orta məktəbi qurtarmış gənc pulla imtahan versin. Dövlət marağında deyilmi ki, öz gəncləri savadlı olsun, savadlı mütəxəssisləri olsun?! Marağındadırsa, nəyə görə həmin maraqlara zidd addımlar atılır?

Hər bir xidmət pullu olmalıdır, ancaq təhsilin pulunu dövlət ödəməlidir. Necə ki, Sovet dövlətində imtahan pullu idi, ancaq bundan bizim heç xəbərimiz yox idi. Çünki dövlət bizim əvəzimizdən o pulu ödəyirdi. Hansısa uşaqdan 20 manat pul almaq vacibdir, yoxsa gələcək nəslin, cəmiyyətin təhsilli, daha kamil olması? Əlbəttə ki, cəmiyyətə daha kamil olmaq, təhsilli olmaq vacibdir. Ona görə də bu xərci dövlət özü çəkməlidir. Necə ki, sərhədlərimizi dövlət qoruyur, tələbələrimizi də dövlət savadlandırmalıdır”.



Загрузка...
Həmçinin oxuyun:
Növbəti  dilemma qarşısında qalmışıq...

Növbəti dilemma qarşısında qalmışıq...

Jurnalistlər Məleykə Abbaszadə ilə razılaşmadılar

Jurnalistlər Məleykə Abbaszadə ilə razılaşmadılar

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Məleykə Abbaszadədən sərt açıqlama: "Məni siyasi müstəviyə çəkirlər"

Məleykə Abbaszadədən sərt açıqlama: "Məni siyasi müstəviyə çəkirlər"

“Ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır”

“Ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır”

Ali məktəbləri bağlamaqdansa rəhbərliyi dəyişsinlər-Şahlar Əsgərov

Ali məktəbləri bağlamaqdansa rəhbərliyi dəyişsinlər-Şahlar Əsgərov

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

Aprelin 1-dən abituriyentlər üçün ödənişli elektron sınaq imtahanları keçiriləcək

Aprelin 1-dən abituriyentlər üçün ödənişli elektron sınaq imtahanları keçiriləcək

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

Nazir müavini: Abituriyentlərin imtahanda 2 dəfə iştirak etmək hüququ var

Nazir müavini: Abituriyentlərin imtahanda 2 dəfə iştirak etmək hüququ var

Təhsilin 4-cü problemi-Şahlar Əsgərov yazır

Təhsilin 4-cü problemi-Şahlar Əsgərov yazır

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

DİM: "İmtahanların ödənişli olması ərizə verənlərin sayının azalmasına səbəb olub"

DİM: "İmtahanların ödənişli olması ərizə verənlərin sayının azalmasına səbəb olub"

İmtahanların iki dəfə keçirilməsi başlıca səbəbi, "Həm ziyarət, həm ticarət"-Nadir İsrafilov

İmtahanların iki dəfə keçirilməsi başlıca səbəbi, "Həm ziyarət, həm ticarət"-Nadir İsrafilov

Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı

Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

"Bu qədər saxta diplom niyə üzə çıxarılmayıb?" -Şahlar Əsgərov

"Bu qədər saxta diplom niyə üzə çıxarılmayıb?" -Şahlar Əsgərov

5 abituriyentin imtahan nəticələri ləğv edildi

5 abituriyentin imtahan nəticələri ləğv edildi

Mikayıl Cabbarov kurikulumu ləğv edir

Mikayıl Cabbarov kurikulumu ləğv edir

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

Ali məktəblərə qəbul imtahanlarının sayı artırıla bilər

Ali məktəblərə qəbul imtahanlarının sayı artırıla bilər