AzTehsil.com


Xəbərlər / Ziyalılar
07 iyun 2021
1 210


Elmdə çevriliş yaradan dahi azərbaycanlı...



Elmdə çevriliş yaradan dahi azərbaycanlı...

 

Təhsil aldığım orta məktəbin fizika kabinetinin qarşı divarında dünyanın dahi şəxsiyyətlərinin portretləri yerləşir. Hər dəfə də bu şəxsiyyətlərin arasında dünya elminə böyük töhfələr vermiş azərbaycanlı alimlərin adları diqqətimi çəkir. Sanıram, o sırada Lütfi Zadə ad-soyadını görmək hər kəs üçün çox  qürurvericidir. Elmə, savada qiymət verənlər və bu çətin, həm də şərəfli yolla gedənlər üçün dahi Lütfi Zadənin fikirlərini məqamındaca qeyd etmək istərdim: "Yalnız savad kifayət etmir, zəhmət və uğur da çox vacibdir. Uğur formulu budur: qabiliyyət, zəhmət, israr. Uğurun elementləri bunlardır”...

Bəs, kimdir Lütfi Zadə?! Təbii ki, bu gün onu tanımayan yoxdur. Bununla belə, 100 illik yubileyi qeyd edilən bu dahi şəxsiyyətin həyat və yaradıcılığına yenidən nəzər salmaq onu bir örnək kimi görməyə imkan verir.

Dünyada süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı olan Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakının Novxanı kəndində dünyaya gəlib. Onun atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərindən olub. Lütfi Zadə öncə 16 saylı orta məktəbdə ibtidai təhsil alıb. Lakin 1932-ci ildə Sovet İttifaqı İran vətəndaşı olan azərbaycanlılarla bağlı qərar verir. Yəni onlar sovet vətəndaşlığını qəbul etməli, əks təqdirdə ölkəni tərk etməli idilər. Lütfi Zadənin atası Rəhim Ələsgərzadə bu səbəbdən ailəsi ilə birlikdə İrana köçür. Lütfi Zadə də Tehranda amerikalıların təhsil müəssisəsi olan "Alborz” kollecində orta təhsilini davam etdirir. O, həmin məktəbdə oxuyarkən  sovet və Amerika məktəbləri arasındakı çox böyük fərqi görür. Elmin inkişafı üçün yaradılmış şərait onu hələ məktəb illərindən Amerikaya çəkir. Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsini bitirən Lütfi Zadə 1944-cü ildə Birləşmiş Ştatlara köçür və orada Massaçusets Texnologiya İnstitutuna daxil olur.

Lütfi Zadə 1946-cı ildə ali təhsilini başa vuraraq magistr dərəcəsi alır. Amerikalılar üçün isə onun ad-soyadını tələffüz etmək çətin idi. Buna görə də onu Lotfi.A.Zadeh kimi çağırırdılar. Qeyd edək ki, Lütfi Zadə elmi əsər və məqalələrini bu imza ilə yazıb və dünyada da həmin adla tanınır.

Kolumbiya Universitetinin aspiranturasına daxil olan Lütfi Zadə orada fəlsəfə elmləri üzrə doktor elmi dərəcəsini alır. O, 1952-ci ildə  diskret sistemlər üçün Z-çevirmə metodunu işləyir. Xatırladaq ki, bu, diskret, rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin əsasını qoyan bir metoddur.

1957-ci ildə Lütfi Zadə elektrik mühəndisliyi sahəsində Kolumbiya Universitetinin professoru olur və məşhur alim Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya köçür. 1959-cu ildən Berkli Universitetində professor kimi çalışan Lütfi Zadə 1963-cü ildən "Elektrik mühəndisliyi və kompüter elmləri” kafedrasına rəhbərlik edir. Xüsusi olaraq qeyd edək ki, o, məşhur alman alimi Maks Plankdan sonra dünyada yeganə alimdir ki, hələ sağlığında özünün və nəzəriyyəsinin adını daşıyan Elmi Mərkəz var.

Lütfi Zadə 1965-ci ildə  qeyri-səlis çoxluqlara  aid məqalə çap etdirir. Olduqca böyük tarixi əhəmiyyətə malik olan, elmdə yeni bir istiqamətə təkan verən bu məsələ dünyada rezonans doğurur. Lütfi Zadə alternativ riyaziyyatın, yəni qeyri-səlis riyaziyyatın da yaradıcısıdır. Elmin dili, qeyri-müəyyənlik ölçüsü dəyişdiyindən,  qeyri-səlis fizika, qeyri-səlis kimya və s. qeyri-səlis elmlər yaranır. Qeyd edək ki, qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, avtomobillər, qatarlar, vakuum kimyəvi təmizləyicilər istehsalında, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edilir.

Lütfi Zadə dünya elminə qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə, beş fundamental nəzəriyyə də bəxş edib.  Və dünyanın ən məşhur aparıcı şirkət və firmaları da onun nəzəriyyələrinə, elmi ideyalarına əsaslanırlar. Belə ki, Yaponiyanın "Hitachi”, "Mitsubishi”,  "Sharp”, "Nissan”, "Canon”, "Toshiba”, "Sanyo”, "Fuji”,  eləcə də Amerikanın "General Motors”, "Motorola”, "Kodak” və yüzlərlə ölkənin neçə min sənaye şirkəti  onun elmi nəzəriyyələrindən bəhrələnərək inkişaf edirlər. Lütfi Zadənin elmi nəzəriyyəsindən  iqtisadiyyatda, psixologiyada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.

Qürurverici haldır ki, Lütfi Zadənin adı idarəetmə sahəsinə əvəzsiz elmi töhfələr bəxş etmiş və beynəlxalq qurumların fəxri qızıl medallarına layiq görülmüş dörd nəfərin sırasına daxil edilib. 2016-cı ildə isə onun nəzəriyyəsi əsasında yapon alimləri ilk dəfə olaraq süni intellektə malik robot hazırlayıb. Alter adlı həmin robot  Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib.

Elmi nəzəriyyələri, ixtiraları, axtarış və yenilikləri ilə dünya elmində inqilab yaradan böyük alim, görkəmli şəxşiyyət 1965 və 2008-ci illərdə Bakıya gəlib. Qeyd edək ki, dahi alim hələ sağlığında Bakıda dəfn olunmasını vəsiyyət etmişdi. O, doğma vətəninə son dəfə 2017-ci il tarixində, bu dəfə əbədilik gəlir. 6 sentyabr tarixində ABŞ-ın Kaliforniya ştatında dünyasını dəyişən dünya şöhrətli alim I Fəxri Xiyabanda torpağa tapşırılır.

Bu ilin may ayında məktəbimizin rəhbərliyi daxil olmaqla nümayəndə heyəti görkəmli alimin 100 illik yubileyi münasibətilə onun məzarını ziyarət edib. Oxuduğum məktəbi təmsil edən nümayəndə heyəti Lütfi Zadənin məzarını ziyarət etməklə bu dahi şəxsiyyətin elmə verdiyi sonsuz və saysız-hesabsız töhfəyə ehtiramını bildirib.

Artıq neçənci dəfədir ki,  məktəblilər arasında keçirilən və maraqla qarşılanan Lütfi Zadə adına Məntiq Olimpiadası da onun elmi axtarışlarının yetişən nəslin timsalında davamlı olacağını sübut edir. Mən də bütün şagirdlərin maraq və həvəslə qoşulduğu həmin olimpiadada iştirak etməklə qürur duymuşam. Onu da qeyd etmək yerinə düşər ki, Məntiq Olimpiadasında fərqlənərək yüksək nəticə göstərən şagirdlər oxuduğum məktəbin fəxridir.

Dahi alimin qeyd etdiyi kimi,  uğur qazanmağın formulu olan qabiliyyətlə, zəhmət və israrla gələcəyin qurucuları olacaq biz məktəblilər dünyamızı inkişaf etdirə, ona öz töhfəmizi verə bilərik. Dünyanın elm nəhənglərinin sırasında əbədilik yer tutan Lütfi Zadənin örnək hesab etdiyimiz həyat və yaradıcılığı buna əyani və təqdirəlayiq sübutdur.
Yeva FƏRƏCOVA,
Bakıdakı 53 nömrəli tam orta məktəbin IX sinif şagirdi



Загрузка...
Həmçinin oxuyun:
Dahi Lütfi Zadə - 97 il tamam oldu

Dahi Lütfi Zadə - 97 il tamam oldu

Dünya şöhrətli alim Lütfi Zadə vəfat edib

Dünya şöhrətli alim Lütfi Zadə vəfat edib

Lütfi Zadənin 100 illiyi qeyd ediləcək

Lütfi Zadənin 100 illiyi qeyd ediləcək

Lütfi Zadənin ölüm xəbəri yalan çıxdı

Lütfi Zadənin ölüm xəbəri yalan çıxdı

Professor Lütfi Ə.Zadənin 96 yaşı qeyd olunub – FOTO

Professor Lütfi Ə.Zadənin 96 yaşı qeyd olunub – FOTO

Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası yarışı təxirə düşdü

Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası yarışı təxirə düşdü

BDU-nun tələbəsi Lütfi Zadə adına təqaüdə layiq görüldü

BDU-nun tələbəsi Lütfi Zadə adına təqaüdə layiq görüldü

Nazir, görkəmli alimlə bağlı fikirlərini bildirib

Nazir, görkəmli alimlə bağlı fikirlərini bildirib

Lütfi Zadə haqqında bilmədikləriniz: “Xanımının külünü evdə saxlayırdı” - MÜSAHİBƏ (VİDEO)

Lütfi Zadə haqqında bilmədikləriniz: “Xanımının külünü evdə saxlayırdı” - MÜSAHİBƏ (VİDEO)

Lütfi Zadənin rəqəmlərdən imtina edən inqilabi nəzəriyyəsi- Sözlə hesablama

Lütfi Zadənin rəqəmlərdən imtina edən inqilabi nəzəriyyəsi- Sözlə hesablama

Lütfi Zadəyə qəbirüstü abidə niyə qoyulmur?

Lütfi Zadəyə qəbirüstü abidə niyə qoyulmur?

"Lütfi Zadə ilə bir neçə saat bundan əvvəl danışdıq, hər şey qaydasındadı”- Rafiq Əliyevdən DƏQİQLƏŞDİRMƏ

"Lütfi Zadə ilə bir neçə saat bundan əvvəl danışdıq, hər şey qaydasındadı”- Rafiq Əliyevdən DƏQİQLƏŞDİRMƏ

Lütfi Zadənin Bakıda dəfni Azərbaycana nə verdi?

Lütfi Zadənin Bakıda dəfni Azərbaycana nə verdi?

Beynini Amerikaya, meyitini Azərbaycana bağışlayan Lütfi Zadə

Beynini Amerikaya, meyitini Azərbaycana bağışlayan Lütfi Zadə

BMU- nun Doktorantura şöbəsinin müdiri intihar edib

BMU- nun Doktorantura şöbəsinin müdiri intihar edib

Məntiq olimpiadasının ilk turunun nəticələri açıqlanıb

Məntiq olimpiadasının ilk turunun nəticələri açıqlanıb

Bakı məktəbliləri arasında məntiq olimpiadası keçiriləcək

Bakı məktəbliləri arasında məntiq olimpiadası keçiriləcək

Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turu keçirilib

Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turu keçirilib

II Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb

II Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb

Final mərhələsinin vaxtı açıqlanıb

Final mərhələsinin vaxtı açıqlanıb

Tanınmış alimin ETİRAZI

Tanınmış alimin ETİRAZI

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Harvardın 30 yaşlı azərbaycanlı professoru...

Harvardın 30 yaşlı azərbaycanlı professoru...

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq