Xəbərlər / Dünya
13 aprel 2020
1 286


Harvardın 30 yaşlı azərbaycanlı professoru...

 

Elm dünyasının məşhur simalarından olan Nima Ərkani Hamid barədə maraqlı məlumatları təqdim edirik:

Elm dünyasında kanadalı-amerikalı fizikaçı kimi tanınan Nima Ərkani Hamid əslən azərbaycanlıdır. Ərkaninin valideynləri Təbriz şəhərində doğulub. Hamidin özü kimi hər iki valideyni də fizikdir. Atası Cəfər Ərkani Hamid Tehran Texnologiya Universitetinin Fizika fakültəsinin dekanı olub, daha sonra Kanadanın Monreal MakGill Universitetində kosmos elmlərindən mühazirələr deyib.

Nima Ərkani Hamid 1972-ci ildə ABŞ-ın Texas ştatında (Hyuston) doğulub. O, simli nəzəriyyə, kvant nəzəriyyəsi, kosmologiya və ya fizika sahələrində ixtisaslaşmış bir elm adamıdır. Prinston Universitetində çalışan Ərkani Hamid Harvard və Kaliforniya universitetlərində işlədiyi dövrlərdə professor elmi dərəcəsinə yüksəlib.

1993-cü ildə Kanadanın Toronto Universitetini bitirib. 1997-ci ildə Kaliforniya Universitetində "Supersimmetriya və iyerarxiya” sahəsində fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya müdafiə edib. Bundan sonra Stanford Universitetində doktorantura elmi dərəcəsinə yüksəlib. 1999-2001-ci illərdə Berklidə Kaliforniya Universitetinin Fizika fakültəsində çalışıb. 2002-2007-ci illərdə Harvard Universitetində işləyərək 30 yaşında professor elmi dərəcəsi alıb. 2008-ci ildən etibarən Prinston Ətraflı Tədqiqatlar İnstitutunun professorudur. 2009-cu ildən ABŞ İncəsənət və Elmlər Akademiyasının üzvüdür.

O, ayrıca, Çində Pekin Gələcək Yüksək Enerji Fizikası Mərkəzinin (CFHEP) direktorudur.

Ərkani Hamid 2003-cü ildə Avropa Fizika Cəmiyyətinin "Qribov” medalını qazanıb. 2005-ci ildə isə Harvardda olarkən mükəmməl tədrisə görə "Phi Beta Kappa” mükafatına layiq görülüb. 2008-ci ildə İsrailin Təl-Əviv Universitetində fizika sahəsinə fundamental töhfələr verən gənc alimlərə verilən "Raymond and Beverly Sackler” mükafatını qazanıb. 2010-cu ildə Kornell Universitetində mühazirələr deyib. Hazırda həmin universitetdə böyük elmi mütəxəssisdir

2012-ci ildə fizik Yuri Milnerin fəaliyyətinə həsr olunmuş "Fizika Mükafatı”nın təqdimat mərasiminin açılış nitqini edib. 2013-cü ildə mükafat qazanan "Particle fever” sənədli filmində haqqında bəhs olunan altı fizikdən biri idi. 2017-ci ildə ABŞ Milli Elmlər Akademiyasına seçilib.
Teleqraf.com
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək

Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək

Dünyanın müxtəlif nüfuzlu universitetlərində, tədqiqat mərkəzlərində  çalışan azərbaycanlı alimlərin  uğurları hər birimiz üçün iftixar  mənbəyidir.

Dünyanın müxtəlif nüfuzlu universitetlərində, tədqiqat mərkəzlərində çalışan azərbaycanlı alimlərin uğurları hər birimiz üçün iftixar mənbəyidir.

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb

Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb

Prezident alimin vəfatı ilə əlaqədar başsağlığı verdi

Prezident alimin vəfatı ilə əlaqədar başsağlığı verdi

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

Hacıbala Abutalıbov AMEA-da bu vəzifədə çalışacaq

Hacıbala Abutalıbov AMEA-da bu vəzifədə çalışacaq

Dünyanın yaşayan ən zəkalı insanları

Dünyanın yaşayan ən zəkalı insanları

Nobel mükafatı qadın alimlərdən niyə üz döndərib?

Nobel mükafatı qadın alimlərdən niyə üz döndərib?

Texniki Universitetə yeni prorektor təyin olundu

Texniki Universitetə yeni prorektor təyin olundu

Təhsil Nazirliyinə ən real namizəd

Təhsil Nazirliyinə ən real namizəd

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

Aziz Sancar İqtisad Universitetində azərbaycanlıları nəyə çağırdı? - İBRƏT DƏRSİ...

Aziz Sancar İqtisad Universitetində azərbaycanlıları nəyə çağırdı? - İBRƏT DƏRSİ...

Nazirlikdə yeni şöbə müdiri təyinatı- Novruzov kimdir?

Nazirlikdə yeni şöbə müdiri təyinatı- Novruzov kimdir?

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

Gənclər üçün Prezident mükafatçısı Hökumətlərarası Təqaüd Proqramının məzunudur

Gənclər üçün Prezident mükafatçısı Hökumətlərarası Təqaüd Proqramının məzunudur

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur

Ziya Məmmədovun qardaşı Texniki Universitetin prorektoru təyin olundu

Ziya Məmmədovun qardaşı Texniki Universitetin prorektoru təyin olundu

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA