Təhsil Nazirliyinə ən real namizəd
Mikayıl Cabarovun Vergilər naziri təyin olunmasındna sonra TN vəzifəsi boş qalıb.
Aztəhsil.com xəbər verir ki, bu posta ən real namizəd Nərgiz Paşayeva hesab olunur.
Paşayeva Bakı şəhərində ziyalı ailəsində anadan olub.
AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektorudur.
Qeyd edək ki, Nərgiz Paşayeva 13 dekabr 1962-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1986-cı ildə "M.Sabirin novatorluğu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək 1987-ci ildə filologiya elmləri namizədi, 2004-cü ildə "Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki” (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında) mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alıb.
1987-ci ilin mart ayından BDU-nun filologiya fakültəsinin "Azərbaycan ədəbiyyatı tarixi” kafedrasında (2004-cü ildən adı "Klassik Azərbaycan ədəbiyyatı” kafedrasına dəyişdirilib) assistent, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 2005-ci ildən "Klassik Azərbaycan ədəbiyyatı” kafedrasının professoru və müdiridir. 1994-cü ilin oktyabr ayından Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının "Dil və ədəbiyyat” kafedrasının professoru və müdiridir.
2006-cı ildən BDU-da fəaliyyət göstərən filologiya elmləri doktoru və namizədlik dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının (D.02.181) sədridir. 2006-2008-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ilin iyun ayından M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rəhbəridir.
3 monoqrafiyanın, 4 kitabın, dərsliklərin, elmi və dövri mətbuatda çapdan çıxan onlarla məqalənin müəllifidir. Özəl "ÜNS” yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri, "Azərbaycan mədəniyyətinin dostları” xeyriyyə fondunun İdarə heyətinin üzvü, "Azərbaycan-İrs” jurnalının ədəbi şöbəsinin redaktoru, İngiltərə-Azərbaycan cəmiyyətinin həmsədridir.