AzTehsil.com


Xəbərlər / Mədəniyyət
11 noyabr 2017
2 342


İlham Əliyev tanınmış alimi təltif etdi



Prezident İlham Əliyevin bu gün "Tərəqqi” medalı ilə təltif etdiyi Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Məsiağa Məhəmmədi elm sahəsində tanınmış simalardandır.


Aztəhsil.com xəbər verir ki, o, şərqşünas-alim və tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru (1991), Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.


M.Məhəmmədi Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra– 1985-1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi hərbi xidmətdə olub. 1987-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda laborant, kiçik elmi işçi, böyük elmi işçi, bölmə müdiri, direktor müavini vəzifələrində çalışıb.


2004-cü ildən həmin institutun İran filologiyası şöbəsinin müdiridir.


1991-ci ildə dünya şöhrətli şərqşünas, professor Rüstəm Əliyevin rəhbərliyi altında "Saib Təbrizinin lirikası və farsdilli poeziyada "hind üslubu” problemi” mövzusunda dissertasiya müdafiə etmiş, həmin tədqiqat təkcə Azərbaycanda deyil, Rusiya, Özbəkistan, Gürcüstan, İran və Almaniyada yaşayan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Dissertasiyada ilk dəfə olaraq, "hind üslubu”nun təkamül mərhələləri, ideoloji və estetik əsası müəyyən edilmişdir.


Bundan əlavə, Nizami, Sədi, Xacu, Hafiz, Füzuli, Tərzi Əfşar, Kəlim Kaşani, Şəhriyar və s. kimi şairlərin yaradıcılığı haqqında elmi yeniliyi ilə seçilən araşdırmaların müəllifidir.


Məqalələri Bakıdan əlavə, Moskvada, Sankt-Peterburqda, Daşkənddə, Təbrizdə, Tehranda çap olunub.


Elmi fəaliyyətinin mühüm bir istiqaməti də mənbəşünaslıqdır. "Qızılbaşlar tarixi” adlı anonim mənbəni, Yusif Qarabağinin "Yeddi bağ” risaləsini geniş şərhlərlə fars dilindən Azərbaycan dilinə tərcümə və çap edib. Həmçinin İmam Qəzzalinin "Kimiyayi-səadət” əsərindən müəyyən parçaları, Əbu Səid Əbül-Xeyr, Baba Kuhi Bakuvi, Şəms Təbrizi, Cəlaləddin Rumi, Şeyx Məhəmməd Xiyabani yaradıcılığından müəyyən nümunələri dilimizə çevirib. Müasir İran və Əfqanıstan ədəbiyyatından tərcümələr də etmişdir, xüsusən fars şairi Söhrab Sepehridən etdiyi tərcümələr elmi-ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.


2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin ekspertidir.




Загрузка...
Həmçinin oxuyun:
Tanınmış alimin 90 illik yubileyi qeyd olundu

Tanınmış alimin 90 illik yubileyi qeyd olundu

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

Nizami Gəncəvi fars şairidir? FAKTLAR

Nizami Gəncəvi fars şairidir? FAKTLAR

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Gürcüstan Yazıçılar Birliyində Azərbaycan bölməsi açıldı

Gürcüstan Yazıçılar Birliyində Azərbaycan bölməsi açıldı

Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək

Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək

"Rafiq Əliyev öz şərəfli ömründə elmə, elmi ilə də millətinə qulluq edib"

"Rafiq Əliyev öz şərəfli ömründə elmə, elmi ilə də millətinə qulluq edib"

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

Əlyazmalar İnstitutu Xətainin nəvəsinin “Divan”ının surətini əldə edib

Əlyazmalar İnstitutu Xətainin nəvəsinin “Divan”ının surətini əldə edib

"Bəxtiyar Vahabzadə ev dustağı edilmişdi" -Müsahibə

"Bəxtiyar Vahabzadə ev dustağı edilmişdi" -Müsahibə

Azərbaycanda məktəb direktoru Beynəlxalq mükafat alıb

Azərbaycanda məktəb direktoru Beynəlxalq mükafat alıb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

Nazirlikdə yeni şöbə müdiri təyinatı- Novruzov kimdir?

Nazirlikdə yeni şöbə müdiri təyinatı- Novruzov kimdir?