Xəbərlər, Ziyalılar
06 fevral 2021

Beynini Amerikaya, meyitini Azərbaycana bağışlayan Lütfi Zadə

 

Belə bir siyasi fənd mövcuddur: dirilərin heykəli qoyulmur, adına küçə verilmir, nailiyyətləri əbədiləşdirilmir. Çünki, demək olar, dünyanın hər yerində heykəli qoyduran, küçəni adlandıran hakimiyyətdir.

Sağ məşhur isə partlamamış bombadır, o, hər an mövqeyini dəyişə bilər. Məsələn, hakimiyyətə əks mövqe tuta bilər, bu hakimiyyətə böyük zərbə olar. Ən əsası, sağ adamın adı ona görə əbədiləşdirilmir ki, o hələ sağdır və hər an qatı cinayətkar, terrorist ola biləcək potensiala məxsus bir canlıdır - insandır. Buna görə yaşayan məşhurların adının əbədiləşdirilməsi məsələsi bütün dövlətlərdə hakimiyyətin yüz ölçüb bir biçərək qərar verdiyi məsələdir.

Şərqdə isə sağ məşhurla mərhum məşhura münasibət təkcə siyasi ideoloji müstəvidə deyil, həm də mənəvi, fəlsəfi plastda həll olunur.

Şərqli təfəkküründə istənilən uğurlu adam potensial rəqibdir. Sanki həmin adamın uğur qazandığı yöndə bircə yer var, o da yeddibaşlı əjdaha bulağa çökən kimi həmin yerə sahib çıxıb. Həmin uğurlu şəxs müflis olsa, bütün imtiyazlardan məhrum edilsə, onun yeri boşalacaq və bizim o yerə qalxmağımız üçün şərait yaranacaq. Bu təkəbbürlü təfəkkür ucbatından Şərq, Qafqaz ölkələrində intriqa daha kəskindir.

Atası Möhsün qədər olmasa da, yetərincə uğur qazanan İran rejissoru Samirə Məhməlbalfın "Günortadan sonra, saat 5...” filmində səhrayla gedən ailə qatırı ölmüş bir qoca əfqanla rastlaşır. Qoca əfqan ölkənin ucqarından paytaxt Kabilə getdiyini deyir. O, 4 aydır yoldadır və az öncə qatırı susuzluqdan ölüb.Məşəqqətli yolda addımlamasının səbəbi isə şərqli təkəbbüründən alayı bir məna vermir: "Üsamə bin Laden yaxalanıb. Onu özümüz cəzalandırmalıyıq, yoxsa ABŞ-a təhvil verməliyik? Bu suala cavab tapmaq üçün səsvermə olacaq paytaxtda. Mən də gedirəm, öz fikrimi çatdırım onlara”.

Qoca əfqan özünün önəmli adam olduğunu hiss etdirmək üçün 4 ay səhrayla yol gəlir, zülm çəkir, qatırı ölür...

Şərqli və qərblinin müqayisəsində ilk gözə çarpan cəhət bizim liderliyə daha çox can atmağımızdır. Müsəlman ölkələrində "ikinci”lik dəbdə deyil. Vəzir olmaq istəyən yoxdur. Hərçənd ən çox iş görən də, ölkəni idarə edən də vəzirdir.

Zəlilcəsinə birinciliyə mübtəla olmaq bizi tamam əldən salıb. Təbii, birinci olmağı hamı istəyir, bizimki isə istək yox, xəstəlikdir. Hədəfimiz problemin həll olunması yox, həmin problemi özümüzün həll etməyimizdir.

Lütfi Zadə kim idi? - Dahi alimin tərcümeyi-halı (FOTOLAR)

"Allah”lığa cəhd Şərq insanını xoşbəxt olmağa qoymamaqla yanaşı, uğurlu adamlara qarşı qısqanclıq, nifrət hissi yaradır. Məşhur ətriyyatçı Murad Məsudun təbirincə desək, bizimkilərin xoşbəxt olmaq dərdi yoxdur, başqalarının xoşbəxtliyini özlərinə dərd edirlər.

Bütün uğurlu adamları potensial rəqib görməyimiz ucbatındadır ki, bizdə insanlara öləndən sonra daha çox dəyər verirlər. Düzdür, bu tendensiya - ölüyə sevgi hər yerdə mövcuddur. Bizdə isə sanki insanları sevmək üçün onların ölümünü gözləyirlər.

Şərqlilər rəhmətlikləri sağ insanlara rəğmən ona görə çox sevir ki, onlar haqqında keçmiş zamanda danışaraq həm də öz yazıçılıq, hekayətçilik yanğılarını öldürür. Bütün yaradıcılıqlarını ölən insanların ocaq yerində qalayır, tonqala bir az da gop ataraq alovu şölələndirir.

Şərqlinin indiyə, insanın özünə deyil, xatirələrə dəyər verdiyini, baş daşı ilə fetiş yaşadığını həssaslıqla duyub, başqa məsələlərdə olduğu kimi sözügedən plastda da topu doqquzluğa göndərən şəxs Lütfi Zadədir – bizim dildə Lütfəli Ələsgərzadə.

Sağlığında Azərbaycandan çox da danışmayan alim vəsiyyətinə uyğun Bakıda dəfn edildi. Bu vəsiyyət yurd sevgisi ilə əlaqəli olsaydı, o, doğulduğu Novxanı kəndində dəfn olunmasını istəməli idi. Sözügedən vəsiyyət alimin iti zəkası ilə bağlıdır, o, beyninin məhsulunu Azərbaycanda, İranda uğurla tətbiq edə bilməyəcəkdi, çünki onun nəzəriyyəsi bizə lazım deyildi, Firəngistanda uğur qazanıb bizə məşhur bir meyit gətirməsi vacib idi ki, onu da Lütfi Zadədən gözəl kimsə bacarmadı.

Nəhəng alim beyninin bütün məhsulunu elmin qədrini bilən insanlara həvalə etdi, meyitini xatirələrə dəyər verən bizə təslim qıldı.

Lütfi Zadənin anası yəhudi, atası azərbaycanlıdır. Yəhudilər nəsli ana xətti ilə davam etdirdiklərinə görə Lütfi Zadəni yəhudi hesab edir, biz isə əksinə, onu ərdəbilli Rəhim kişinin oğlu kimi sevirik!

Kaliforniyada "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılıb.

Bakıdakı qəbrinin üstündə isə mötəbər bir abidə ucaltmışıq. Neapol dairəsindən üzü Babək prospektinə gələn küçəyə də Lütfi Zadə adını vermişik.

Başqa neyləməliyik?kulis.az






Загрузка...
loading...

Həmçinin oxuyun:
Nazir, görkəmli alimlə bağlı fikirlərini bildirib

Nazir, görkəmli alimlə bağlı fikirlərini bildirib

Lütfi Zadənin 100 illiyi qeyd ediləcək

Lütfi Zadənin 100 illiyi qeyd ediləcək

Komandiri ilə bərabər şəhid olan Oktayın həyat hekayəsi: Altı il idi sevdiyi vardı, nişanlanacaqdılar - FOTO

Komandiri ilə bərabər şəhid olan Oktayın həyat hekayəsi: Altı il idi sevdiyi vardı, nişanlanacaqdılar - FOTO

"Bu adam indiyə kimi heç bir təhsil naziri ilə yola getməyib, bilirsiniz niyə..?"

Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir - Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ

Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir - Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ

Azərbaycan təhsilinə  lağ edən adam oturub ocaq başında.

Azərbaycan təhsilinə lağ edən adam oturub ocaq başında.

Tələbə Türkiyədə itkin düşüb

Tələbə Türkiyədə itkin düşüb

Xarici ölkələrdə şagirdlərin zəif qiymət alması uşağın savadsız olması anlamına gəlmir.

Xarici ölkələrdə şagirdlərin zəif qiymət alması uşağın savadsız olması anlamına gəlmir.

Dahi Lütfi Zadə - 97 il tamam oldu

Dahi Lütfi Zadə - 97 il tamam oldu

Nəyə görə uğurlu insanların məsləhəti dinlənilmir?

Nəyə görə uğurlu insanların məsləhəti dinlənilmir?

Hər kəsə “müəllim” deyə bilərikmi…

Hər kəsə “müəllim” deyə bilərikmi…

Lütfi Zadənin Bakıda dəfni Azərbaycana nə verdi?

Lütfi Zadənin Bakıda dəfni Azərbaycana nə verdi?

Lütfi Zadəyə qəbirüstü abidə niyə qoyulmur?

Lütfi Zadəyə qəbirüstü abidə niyə qoyulmur?

Lütfi Zadə haqqında bilmədikləriniz: “Xanımının külünü evdə saxlayırdı” - MÜSAHİBƏ (VİDEO)

Lütfi Zadə haqqında bilmədikləriniz: “Xanımının külünü evdə saxlayırdı” - MÜSAHİBƏ (VİDEO)

Tanınmış alimin ETİRAZI

Tanınmış alimin ETİRAZI

Lütfi Zadənin rəqəmlərdən imtina edən inqilabi nəzəriyyəsi- Sözlə hesablama

Lütfi Zadənin rəqəmlərdən imtina edən inqilabi nəzəriyyəsi- Sözlə hesablama

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Dünya şöhrətli alim Lütfi Zadə vəfat edib

Dünya şöhrətli alim Lütfi Zadə vəfat edib

Lütfi Zadənin ölüm xəbəri yalan çıxdı

Lütfi Zadənin ölüm xəbəri yalan çıxdı

"Lütfi Zadə ilə bir neçə saat bundan əvvəl danışdıq, hər şey qaydasındadı”- Rafiq Əliyevdən DƏQİQLƏŞDİRMƏ

Professor Lütfi Ə.Zadənin 96 yaşı qeyd olunub – FOTO

Professor Lütfi Ə.Zadənin 96 yaşı qeyd olunub – FOTO

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Vətən,Millət və Din - Kamran Əhmədov

Vətən,Millət və Din - Kamran Əhmədov

Direktor olmaq istəyənlər .......Liderlik nədir  ?

Direktor olmaq istəyənlər .......Liderlik nədir ?