Xəbərlər / Səhiyyə
10 may 2020
1 747


Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir - Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ

Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir - Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ

 

Tanınmış uroloq həkim, tibbi bloger Vasif İsmayıl Azərbaycanda insanların karantin tədbirləri yumşalandan sonra koronavirusa olan inamı və yoluxmaqdan qorxusunun tamamilə itməsi və daha da laqeyd olmasının yarada biləcəyi acı fəsadlardan yazıb.

Həkim pandemiyadan yorulan və əvvəlki həyat rejiminə birdən-birə və tez qayıtmasını istəyən insanların böyük səhv etdiyini bildirib.

Həmin yazını təqdim edirik:

"Azərbaycan insanı pandemiya şərtlərində tətbiq edilən karantin tədbirlərindən yoruldu. Bunu ölkənin müxtəlif informasiya vasitələrini, eləcə də sosial şəbəkələri izləyərək görmək olar. İnsanlar sosial məsafəni qorumaq istəmir, banklarda, mağazalarda, növbədə bir-birinə çox yaxın məsafədə, adətən rusların bir deyimində olduğu kimi, "qutudakı siyənək" kimi davranırlar.

Bu şərtlər daxilində bizi nələr gözləyir?

Əvvəla, onu deyim ki, belə davranan tək xalq biz deyilik. Bizim kimi davranan cəmiyyətlər çoxdur.

Amma bizdən daha ağıllı davranan cəmiyyətlər də var. Bu cəmiyyətlərin həm evlərinə, həm maşınlarına, həm səhiyyə sistemlərinə, artıq həm də sosial məsafə və qaydalara uyma davranışlarına da həsədlə baxırıq.

Əziz azərbaycanlılar!

Bir həkim olaraq - sizin içinizdən çıxmış bir həkim olaraq, sizin içinizdə yaşayan bir həkim olaraq sizə bunları izah edim, lütfən.

Bu koronovirus pandemiyası həqiqətdir!

Sizə kim nə deyir, hansı sosial şəbəkədən hansı möhtərəm insanı dinlədiniz, vacib deyil - pandemiya həqiqətdir.

Bu virus hamını öldürmür, çox zəif mikrobdur. Amma...hamıya yoluxur. Bu gün öldürücülük dərəcəsi 1-6 % arasında dəyişir. Rəqəmlər kiçikdir, razıyam, amma biz də çoxuq. Bu gün Azərbaycan üçün 1 % haradasa 100 min adam deməkdir.

Anlayıram, hamınız bezmisiniz, amma bu mikrob qarşısında dünyanın ən böyük dövlətləri, alimləri, sehrbazları və falçıları acizdir. Bu virus bir təbii fəlakət kimi, dünya tarixində dəfələrlə olduğu kimi, indi də öz qaydaları ilə oynayacaq və öz qaydaları ilə də gedəcək.

Mütləq gedəcək.

Getdiyi zaman bizlərin əksəriyyəti sağ qalacaq, rahat olun.

O zaman niyə karantin tədbirləri görürlər? Niyə camaatı evlərinə həbs edir, bəzən isə çölə buraxırlar?

Yaxın oturun, izah edirəm.

Biz insanlar indiyə qədər bədənimizdə yaşayan və bizə heç bir zərər törətməyən digər mikrobar kimi buna da öyrəşəcəyik. Bu gün çəkisi 70 kg olan insanın bədənində təqribən 1 kg mikrob var. Bu bir kiloqram mikroba öyrəşmək üçün əcdadlarımız milyonlarla tələfat verib, amma bəziləri yaşayıb və biz dünyaya gəlmişik. Öyrəşdiyimiz hər mikrob bizim bədənimizi öz həyat sahəsi kimi görür. Biz insanlar düzənlikləri, çay, dəniz sahillərini, dağları, təpələri bölüşdürüb yaşamırıqmı? Bu mikroblar da bizi öldürə-öldürə, axırda bizimlə barışıq bizim dağlarımızda, təpələrimizdə....yəni orqanlarımızda məskən salıb yaşayırlar.

Bu koronovirus da bizdə məskən salacaq və bizimlə birlikdə sakit yaşamağı öyrənəcək.

Yaxşı, nələr baş verir?!

Bu gün cəmiyyətdə 3 qrup insan var? Heç vaxt koronovirusa yoluxmamış, hazırda koronovirusa yoluxmuş və koronavirusa yoluxaraq sağalmış.

Sizə 3 sxem göstərəcəm.
 
Azərbaycanda... nəinki biz, bütün dünyada karantin tədbirləri ideal aparılsa idi, yəni heç kəs evindən-eşiyindən kənara çıxa bilməsə idi, 1 ay sonra vəziyyət aşağıdakı kimi olacaqdı.

Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir - Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ

 

Virus daşıyan hər kəs xəstəxana və digər karantin müəssisələrində (otellər və s.) olacaq və cəmiyyətdə ortalıqda ancaq yoluxmamış, ya da artıq yoluxub sağalmış insanlar dolaşacaqdı.

Bu ssenari artıq mümkün deyil, əzizlərim. Biz bu qatarı 2019-un son ayında artıq qaçırdıq.

Elə isə indiki vəziyyətə nəzər yetirək.
 

Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir - Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ


 Gördüyünüz kimi, virus daşıyan insan hər yerdə var. Virus daşıyan bir insan həyat normal davam edərsə, 14 günə virusu 1 000 adama daha yoluxduracaq. Bunlardan da 10 nəfəri


öləcək... əlbəttə, şərtlər ideal olarsa.


Siz buna hazırsınızmı?


Amma bundan sonra ikinci, hətta üçüncü dalğa da gələcək və axırda aşağıdakı kimi mənzərə yaranacaq.


Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir - Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ

 

Hamı yoluxub və hamı sağalıb.

O zaman biz bu virusdan artıq qorxmayacağıq. O zaman normal həyat yaşanacaq. O zaman biz yenə günəşə, soyuğa, qar və yağışa sevinəcəyik.

İndilik nə edək?

Operativ Qərargahın dediklərinə əməl edək. Sevməsək də, əməl edək. Etiraz etsək də, əməl edək.

Çünki, bu gün dünyada bu virus səbəbilə itirilmiş 300 min insan bu qədər qısa müddətə xəstələnməsəydi, biz onların əksəriyyətini sağalda bilərdik. İtirilən insanların əksəriyyəti yaşlılıqdan, xroniki xəstəlikdən deyil, adi aparat çatışmazlığından öldü.

Dünyada heç bir ölkənin səhiyyə potensialı bu qədər xəstəni eyni anda qəbul etməyə hazır deyil.

Onsuz da axırda bu imtahandan sağ çıxacayıq, yetər ki, üzü ağ çıxaq! Saglamolun.Az
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Nevropatoloq və psixiatrlara müraciətlər çoxalacaq” - Karantinin 36-cı gününün psixoloq MƏSLƏHƏTİ

“Nevropatoloq və psixiatrlara müraciətlər çoxalacaq” - Karantinin 36-cı gününün psixoloq MƏSLƏHƏTİ

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

Səhər tezdən ağız və burnunu günəşə verən kimi virus ölüb gedir – Rəşid Mahmudovla MÜSAHİBƏ

Səhər tezdən ağız və burnunu günəşə verən kimi virus ölüb gedir – Rəşid Mahmudovla MÜSAHİBƏ

Bu tarixdən etibarən karantin rejim yenidən sərtləşdirilə bilər - XƏBƏRDARLIQ

Bu tarixdən etibarən karantin rejim yenidən sərtləşdirilə bilər - XƏBƏRDARLIQ

Həkimdən şok: Səhv etdik, ikinci dalğa ola bilər

Həkimdən şok: Səhv etdik, ikinci dalğa ola bilər

Almaniyalı professor koronavirus yalanlarını ifşa etdi

Almaniyalı professor koronavirus yalanlarını ifşa etdi

Dünyada iki növ koronavirus var

Dünyada iki növ koronavirus var

Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! – XALQA SEVGİ NÜMUNƏSİ

Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! – XALQA SEVGİ NÜMUNƏSİ

“Psixoloji gərginlik, stress pozuntusu hələ bir müddət qalacaq” - Tanınmış psixoloqla #evdəqal SÖHBƏTİ

“Psixoloji gərginlik, stress pozuntusu hələ bir müddət qalacaq” - Tanınmış psixoloqla #evdəqal SÖHBƏTİ

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciət edib

Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciət edib

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

Karantin rejiminin uzadılması ilə bağlı operativ qərargaha TƏKLİF

Karantin rejiminin uzadılması ilə bağlı operativ qərargaha TƏKLİF

Gəncləri intihara sürükləyən SƏBƏBLƏR nədir? -PSİXOLOQ

Gəncləri intihara sürükləyən SƏBƏBLƏR nədir? -PSİXOLOQ

Övladınızın davranışı xoşunuza gəlmirsə, səhvi özünüzdə axtarın- DİQQƏT

Övladınızın davranışı xoşunuza gəlmirsə, səhvi özünüzdə axtarın- DİQQƏT

İndi hər kəsin gözləntisi - 31 may tarixindən sonra nə baş verəcək?

İndi hər kəsin gözləntisi - 31 may tarixindən sonra nə baş verəcək?

“Əgər millətimin və dövlətimin mənə ehtiyacı varsa, əlimdən gələni etməyə hazıram”

“Əgər millətimin və dövlətimin mənə ehtiyacı varsa, əlimdən gələni etməyə hazıram”

4 maydan sonra 9-11-ci siniflərdə dərslər o halda başlaya bilər ki…

4 maydan sonra 9-11-ci siniflərdə dərslər o halda başlaya bilər ki…

Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ

Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ

Azərbaycanda məhdudiyyətlər yaya qədər davam edəcək – AÇIQLAMA

Azərbaycanda məhdudiyyətlər yaya qədər davam edəcək – AÇIQLAMA

Epidemiyanın sonu nə vaxt çatır: faktlar və proqnozlar

Epidemiyanın sonu nə vaxt çatır: faktlar və proqnozlar

“Mayda koronavirusun təsiri itməyə başlayacaq” - Psixoloqdan faydalı MƏSLƏHƏT

“Mayda koronavirusun təsiri itməyə başlayacaq” - Psixoloqdan faydalı MƏSLƏHƏT

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət