AzTehsil.com


Xəbərlər
07 aprel 2020
1 572


Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! – XALQA SEVGİ NÜMUNƏSİ



Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! – XALQA SEVGİ NÜMUNƏSİ

 

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva xalqımıza kronavirusla bağlı bir neçə dəfə müraciət edib.

Sonuncu müraciətində Mehriban Əliyeva vətəndaşlarımıza rəsmi dövlət adamı kimi deyil, bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət ünvanlayıb.

"Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm! Xahiş edirəm, bunu mütləq zərurət və vəzifəniz kimi qəbul edin – NÖVBƏTİ 20 GÜN ƏRZİNDƏ HAMI EVDƏ QALMALIDIR. AİLƏLƏRİNİZLƏ BİRLİKDƏ. XAHİŞ EDİRƏM, VACİB ZƏRURƏT OLMADAN EVLƏRİNİZİ TƏRK ETMƏYİN!”
Cəmiyyətdə birmənalı şəkildə xalqa səmimi sevgi nümunəsi kimi dəyərləndirilən bu çağırış tanınmış simalar tərəfindən də böyük rəğbətlə qarşılanıb.
 

Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! – XALQA SEVGİ NÜMUNƏSİ

 

Milli Məclisin deputatı Vahid Əhmədov düşünür ki, Birinci vitse-prezidentin çağırışı insanların indiki vəziyyətdə sağlamlığının qorunmasına  hesablanıb:

"Çünki qaydalara riayət edilmədikcə, ətrafdakı insanlar xəstələnəcək. Ona görə də evdə qalmaq lazımdır. Hesab edirəm ki, hər kəs bu çağırışa qoşulmalı və əməl etməlidir. Mən özüm də bu çağırışa qoşuluram. Təbii ki, vətəndaşlar evdə nə üçün qaldıqlarını anlamalıdırlar. Dövlət koronavirusdan az zərərlə çıxmaq üçün addımlar atır. Biz də dövlətimizə dəstək olmalıyıq ki, az zərərlə çıxaq. İnsanlar sağlam olsalar, vəziyyətimiz daha da yaxşı olacaq. Bu çağırışı yüksək qiymətləndirirəm. Mehriban xanımın bu çağırışı ondan ibarətdir ki, evdə oturmaqla, övladlarımıza, ailə başçılarımıza kömək edə bilərik. Hesab edirəm ki, "evdə qal” kampaniyasını verilən müddətə qədər davam etdirmək lazımdır”.

Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! – XALQA SEVGİ NÜMUNƏSİ

 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, məşhur ürək cərahı Rəşad Mahmudov müraciətin çox təsirli olduğunu deyib:

"Son günlərdə hər kəsin evində eyni məsələ müzakirə olunur. Dünyada çox böyük qorxu var. Bəşəriyyət çətinlik qarşısındadır. Koronavirus bəşəriyyətə qorxu və narahatlıq gətirməklə yanaşı, həm də unutduğumuz bir çox dəyərlərimizi də bizə qaytarıb. Sərhədlər bağlı olsa da dünya insanları biri-birinə bu qədər yaxın olmamışdı. Hər bir dövlət öz vətəndaşını qorumağa çalışsa da, dünya bir yerdədir. İnsanlar eyni sonluq, eyni arzu üçün  dua edir.
Birinci Vitse-prezident Mehriban Əliyeva bir ana, bir nənə kimi evdən çıxmamaqla bağlı xalqımıza müraciət edib. Müraciət  çox təsirlidir. Hər kəs bu müraciətin bizdə hansı hisslər buraxdığının fərqindədir. Hesab edirəm ki, Mehriban xanımın çağırışı çox vacib və əhəmiyyətlidir. Bu çağırış bizim sağlamlığımıza hesablanıb. Ona görə də "evdə qal”aq. Biz birlikdə güclüyük. Biz buna inanırıq”.
 

Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! – XALQA SEVGİ NÜMUNƏSİ

 

Xalq artisti, muğam ustası Mənsum İbrahimov Birinci Vitse-prezidentin səsinə səs verdiyini qeyd edib:


 "Mehriban xanım bir ana, bir Azərbaycan qızı kimi xalqımıza çağırış edib. Mən də Mehriban xanımın bu çağırışına səs verirəm. Əziz xalqımız, özünüzü qoruyun! Mən də bir neçə dəfə xalqımıza "evdə qal” çağırışı etmişəm. Hamımız bu milləti sevirik və bu millətin övladlarıyıq. Xalqımızın bu bəladan az itki ilə çıxmasına çalışmalıyıq. Hər  birimizin ətrafında doğmalarımız, yaşlılarımız, sevdiklərimiz var. Düşünürəm ki, zərurət olmadıqca insanlarımız çölə çıxmasınlar. Evdən çıxmaqla yaşlıları, uşaqları yoluxdura bilərlər. Ona görə də bu məsələdə hər kəs diqqətli olmalıdır. Bu vəziyyətdə bir-birimizə dəstək olmalıyıq”.

 

 

Gənclər və İdman Nazirliyinin  idman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov Mehriban Əliyevanın çağırışına ürəklə qoşulduğunu bildirib:

"Dünyanı bürüyən koronavirus bəlası ölkəmizdən də yan keçməyib. Dövlət başçımız qabaqlayıcı tədbirlər görür. Hesab edirəm ki, biz vətəndaşlar da evdə qalmalıyıq. Bir idmançı kimi biz də evdə qalıb idman edirik. Çalışmalıyıq ki, qoyulan qaydalara əməl edək. Bu yolla dövlətimizə dəstək ola bilərik. Bu gün qaydalara nə qədər riayət etsək, virusun yayılması o qədər azalacaq. Əgər biz bu çağırışa əməl etməsək, xalq olaraq bizim üçün yaxşı olmaz.  Birinci vitse-prezident Mehriban Əliyevanın evdə qalmaqla bağlı çağırışına ürəklə qoşuluram və  hər kəsi bu çağırışa əməl etməyə çağırıram. Bəlkə də bu bir fürsətdir ki, biz doğmalarımızla, əzizlərimizlə daha çox vaxt keçirə bilək. Bu günlərdə uşaqlarımızın necə böyüməsini, həyat yoldaşımızın mətbəxdə gördüyü işləri, eləcə də digər məqamları görə bilirik. Ən azından bu günlərdə evimizdə qalaq və doğmalarımızla vaxt keçirək. Bu virusun məhv olması üçün dövlətimizə dəstək olaq”. modern.az 




Загрузка...
Həmçinin oxuyun:
UNEC tələbələrindən Prezidentin çağırışına dəstək: “Biz birlikdə güclüyük!”

UNEC tələbələrindən Prezidentin çağırışına dəstək: “Biz birlikdə güclüyük!”

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

Birinci vitse-prezident Mehriban Əliyeva müəllimləri təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva müəllimləri təbrik etdi

Birinci vitse-prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Mehriban Əliyeva 113 saylı tam orta məktəbin təmiri ilə bağlı göstəriş verdi

Mehriban Əliyeva 113 saylı tam orta məktəbin təmiri ilə bağlı göstəriş verdi

Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

Mehriban Əliyeva Könül Xasıyevaya ev hədiyyə etdi

Mehriban Əliyeva Könül Xasıyevaya ev hədiyyə etdi

Mehriban Əliyeva şahmatçı Aydın Süleymanlını təbrik edib

Mehriban Əliyeva şahmatçı Aydın Süleymanlını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Pirşağıdakı 10 saylı internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Birinci vitse-prezident Mehriban Əliyeva Pirşağıdakı 10 saylı internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub

Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub

Tarix müəllimi Mehriban Əliyevaya müraciət ünvanladı- "Yeganə ümidim sizsiniz"

Tarix müəllimi Mehriban Əliyevaya müraciət ünvanladı- "Yeganə ümidim sizsiniz"

Mehriban Əliyeva: Hədəfimiz universitetlərdə tədrisin keyfiyyətini artırmaqdır

Mehriban Əliyeva: Hədəfimiz universitetlərdə tədrisin keyfiyyətini artırmaqdır

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

Karantin rejimində evdə necə vaxt keçirməliyik? - Psixoloq açıqladı...

Karantin rejimində evdə necə vaxt keçirməliyik? - Psixoloq açıqladı...

Birinci vitse-prezident körpələr evində - FOTOLAR

Birinci vitse-prezident körpələr evində - FOTOLAR

Azərbaycanın “xeyirxah ledisi”

Azərbaycanın “xeyirxah ledisi”

İbrahim Məmmədov: “Evdə və digər şəraitdə tədris edilən dərslər də dayandırılmalıdır”

İbrahim Məmmədov: “Evdə və digər şəraitdə tədris edilən dərslər də dayandırılmalıdır”

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Milli Məclis koronavirusla bağlı qanun qəbul edə bilər

Milli Məclis koronavirusla bağlı qanun qəbul edə bilər

“Ümidvaram ki, həmin proqramlar müvəffəqiyyətlə həyata keçiriləcək” - Mehriban Əliyeva

“Ümidvaram ki, həmin proqramlar müvəffəqiyyətlə həyata keçiriləcək” - Mehriban Əliyeva

Mehriban Əliyeva “Cırtdan” istirahət və sağlamlıq mərkəzinin açılışında -FOTOLAR

Mehriban Əliyeva “Cırtdan” istirahət və sağlamlıq mərkəzinin açılışında -FOTOLAR

Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara müraciət edib - "Təşvişə ehtiyac yoxdur"

Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara müraciət edib - "Təşvişə ehtiyac yoxdur"

Göyçayda nə baş verir ? - Məktəb direktoru ilə vətəndaş arasında 7 min manatlıq qalmaqal VİDEO

Göyçayda nə baş verir ? - Məktəb direktoru ilə vətəndaş arasında 7 min manatlıq qalmaqal VİDEO