AzTehsil.com


Xəbərlər / Ziyalılar
10 iyul 2018
2 744


Mehriban Əliyeva: Hədəfimiz universitetlərdə tədrisin keyfiyyətini artırmaqdır



 

 
 
Bakı Konqres Mərkəzində "SABAHın məzunu” mərasimi keçirilib.

AzTehsil.com Oxu.Az-a istinadən xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, I vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, rektorlar, media kapitanları və tələbələr iştirak ediblər.

Mərasimdə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın "SABAHın məzunu” mərasiminin iştirakçılarına ünvanladığı müraciət oxunub.

Müraciəti Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, I vitse-prezidentin köməkçisi Y. Məmmədəliyev oxuyub.

"Yaradılmış bu şəraitdən yararlanaraq məzun olmaq bir uğurdur və sizin peşəkar inkişafınızda müstəsna rol oynayacaq. Əminəm ki, sizin hər biriniz bu imkandan düzgün şəkildə istifadə edərək arzuladığınız peşəkar fəaliyyətlə məşğul olacaqsınız. Əminliklə deyə bilərəm ki, təhsil strateji və prioritet sahə olmaqla dövlətimizin daim diqqət mərkəzindədir.

Prezident İlham Əliyev tərəfindən 2013-cü ildə imzalanmış "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, ölkəmizdə təhsil sahəsində bir sıra əsaslı islahatlar keçirilib və bu proses indi də davam edir. Bizim əsas hədəflərimizdən biri universitetlərdə tədrisin keyfiyyətini artırmaq və qlobal əmək bazarının tələblərinə cavab verən məzunlar yetişdirməkdir.

"Təhsil millətin gələcəyidir” - məhz bu fikri əsas tutaraq ölkə rəhbərliyinin başçılığı ilə son illərdə təhsil sahəsində bir sıra yüksək göstəricilərə nail olmuşuq. Bu gün Azərbaycanda savadlılıq demək olar ki, 100 faiz təmin olunub. Belə bir mühit ilk növbədə sizə-gənclərə çoxsaylı imkanlar yaradır. Təbii ki, ölkəmiz son illər ərzində bütün sahələr üzrə inkişaf edir.

Prezident İlham Əliyevin söylədiyi kimi, biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün isə əlbəttə ki, gənclər bilikli olmalıdır. Bu fikir şübhəsiz bizim gələcəyə baxışımızı və hədəflərimizi müəyyən edir”.
 

Mehriban Əliyeva: Hədəfimiz universitetlərdə tədrisin keyfiyyətini artırmaqdır

 





Загрузка...
Həmçinin oxuyun:
Yeni Təhsil naziri məlum oldu

Yeni Təhsil naziri məlum oldu

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

İnnovasiya ekosistemi və ali təhsil

İnnovasiya ekosistemi və ali təhsil

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

Heydər Əliyev  məzun  oldu.

Heydər Əliyev məzun oldu.

"Bizim büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil" - İlham Əliyev

"Bizim büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil" - İlham Əliyev

Mehriban Əliyeva Musiqi Məktəbinin yeni binasının açılışında

Mehriban Əliyeva Musiqi Məktəbinin yeni binasının açılışında

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Birinci vitse-prezident: Məktəb illəri silinməz iz qoyur – FOTO

Birinci vitse-prezident: Məktəb illəri silinməz iz qoyur – FOTO

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Nazirlikdə yeni şöbə müdiri təyinatı- Novruzov kimdir?

Nazirlikdə yeni şöbə müdiri təyinatı- Novruzov kimdir?

Müəlllimlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya məktubu

Müəlllimlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya məktubu

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

Boş qalan yüksək dövlət vəzifələri - SİYAHI

Boş qalan yüksək dövlət vəzifələri - SİYAHI

Mehriban Əliyeva Könül Xasıyevaya ev hədiyyə etdi

Mehriban Əliyeva Könül Xasıyevaya ev hədiyyə etdi

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

Təhsil Nazirliyi hesabat tədbiri keçirib

Təhsil Nazirliyi hesabat tədbiri keçirib

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Azərbaycanda oxu bacarığı nə durumdadır? - STATİSTİKA

Azərbaycanda oxu bacarığı nə durumdadır? - STATİSTİKA

Yeni təhsil naziri - Fərəh Əliyeva olacaq

Yeni təhsil naziri - Fərəh Əliyeva olacaq

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR