Xəbərlər
09 aprel 2020
3 054


Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

 

AzTehsil.com baku.ws-ə istinadən xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla belə düşünür. O deyir ki, koronavirusun sürətlə yayılmasının qarşısı alınarsa, 2 ay müddətində təmamən yoxa çıxa bilər.

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Transplantologiya kafedrasının professoru vaksin olmadığından virusdan qorunmaq yolunu ancaq karantin rejiminə ciddi əməl etmədə və şəxsi gigiyanaya riayət etməkdə görür:

"Dünya təcrübəsi göstərdi ki, sosial izolyasiya və şəxsi gigiyena tədbirlərinə əməl etmək virusun canlı hüceyrələrdə bəslənmə şanslarını itirir. Əlləri isti su altında 30 san tez-tez diqqətlə yumaq, canlı insanla təmaslardan qaçmaq (sosial izolyasiya, antikommunikasiya), maska taxmaq, immun sistemi gücləndirmək, fiziki fəallığı artırmaq əsas görəcəyimiz işlər olmalıdır!

Yoluxma üçün ekspozisiya (təmas) müddəti və buna bağlı virus yüklənməsi də xüsusi önəm kəsb edir. Həkimlər arasında ölüm hallarının bir səbəbi də bununla izah olunur. Gizli dövr, orta hesabla 14 gün, son məlumatlara görə, bəzən 28-29 günə qədər tərəddüd edə bilər”.

Hər il dünyada qrip infeksiyasından ölənlərin statistikasını nümunə gətirən A.Qeybulla insanları panika və təşvişə düşməməyə çağırır:

"Mənə bir həkim kimi olan çoxsaylı zənglərdən görürəm ki, insanlar panika və təşviş içindədirlər. Kütləvi psixoz durumu yaranıb.
İnsanları təşviş keçirməməyə çağırırıam.

Düzgün təsəvvürlərin yaranması üçün bir statistikanı nəzərinizə çatdırım: hər il dünyada qrip infeksiyası (H1N1) fonunda ölüm halları (ya yanaşı xəstəliklərdən, ya da virusun yaratdığı birbaşa bakterial və septik ağırlaşmalardan) COVID-19-dan dəfələrlə çox olur. Koronovirusların diğər təhlükəli növləri sayılan SARS və MERS COVID-19-dan daha ağır gedişə malik olub yüksək ölüm faizinə malikdir: uyğun olaraq 11% (SARS) və 35-50% (MERS).

İnfeksiyadan dünyasını dəyişənlərin təhlili göstərir ki, əksər hallarda infeksiya yaşlı və yanaşı ağır xəstəlikləri (co-morbid vəziyyət) olanlar arasında bir provakasiya rolunu oynayıb. Onsuz da dünyada hər il insanlar bu patologiyaların ağırlaşmasından dünyasını dəyişirlər.

İnfeksiya ətrafında yaranmış ajiotaj infeksiyanın mahiyyətinə qəti adekvat deyil. Şayiə xarakterli informasiyalara inanmayın! Qətiyyən qorxmayın və əndişə keçirməyin! Unutmayın ki, qorxu da immuniteti aşağı salır. Qorxu heç nəyi həll etmir! Əksinə laqeyd də qalmaq olmaz! Ehtiyatlı və diqqətli olmaq isə şərtdir”.

O deyir ki, koronavirusa yoluxanların əksəriyyəti xəstəliyi yüngül keçirir:

"COVID-19 hər 4 adamdan 1-də tam asimptomatik (subklinik formada) keçir. Xəstəlik yüngül gedişli soyuqdəymə əlamətləri ilə, həyati təhlükəsiz bakterial və ya virus pnevmoniyası ilə, kəskin respirator distres sindromu ilə, ağ ciyər çatmazlığına gətirən ağır atipik pnevmoniya ilə və bu fonda yaranmış septiki şok və poliorqan çatmazlığı ilə müxtəlif gedişlərlə müşahidə oluna bilər”. 

Adil Qeybulla COVID-19 pandemiyasının dünya düzənini, siyasi və iqsidai coğrafiyanı dəyişməyə doğru hədəfləndiyini düşünür:

"Bunun arxasında həm də ciddi maraqların dayandığı göz önündədir… Bu məsələlər bizim iradəmiz xaricindədir, təəssüf ki… Allah millətimizi qorusun!”
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

Uşaqların koronavirusdan qorumağın yolları AÇIQLANDI

Uşaqların koronavirusdan qorumağın yolları AÇIQLANDI

Epidemiyanın sonu nə vaxt çatır: faktlar və proqnozlar

Epidemiyanın sonu nə vaxt çatır: faktlar və proqnozlar

Tarixin gözəgörünməz düşmənləri.

Tarixin gözəgörünməz düşmənləri.

Qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub

Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub

Bakı Dövlət Universitetinin Psixoloji Yardım Sektoru: təşvişə düşməmək üçün nə etməli

Bakı Dövlət Universitetinin Psixoloji Yardım Sektoru: təşvişə düşməmək üçün nə etməli

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

Bu müəllimlər məcburi tibbi müayinədən keçəcək - QƏRAR

Bu müəllimlər məcburi tibbi müayinədən keçəcək - QƏRAR

Ukraynada virus səbəbindən məktəblər bağlandı

Ukraynada virus səbəbindən məktəblər bağlandı

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

Almaniyalı professor koronavirus yalanlarını ifşa etdi

Almaniyalı professor koronavirus yalanlarını ifşa etdi

Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara müraciət edib - "Təşvişə ehtiyac yoxdur"

Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara müraciət edib - "Təşvişə ehtiyac yoxdur"

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

Koronavirusla bağlı SON STATİSTİKA

Koronavirusla bağlı SON STATİSTİKA

Azərbaycanda bu xəstəliklər niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda bu xəstəliklər niyə artıb? - ARAŞDIRMA

Koronavirusun hüceyrələrdə necə yayıldığı görüntüləndi

Koronavirusun hüceyrələrdə necə yayıldığı görüntüləndi

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

İsti hava koronavirusla mübarizədə nə dərəcədə önəmli olacaq

İsti hava koronavirusla mübarizədə nə dərəcədə önəmli olacaq

Nazirlər Kabinetindən əhaliyə ÇAĞIRIŞ

Nazirlər Kabinetindən əhaliyə ÇAĞIRIŞ

Tibbi maskadan istifadə zamanı bu qaydalara əməl olunmalıdır

Tibbi maskadan istifadə zamanı bu qaydalara əməl olunmalıdır

Koronavirus təşvişindən necə xilas olmalı?-MƏSLƏHƏTLƏR

Koronavirus təşvişindən necə xilas olmalı?-MƏSLƏHƏTLƏR