AzTehsil.com


Xəbərlər / Loborant / Dünya
09 aprel 2020
1 836


Koronavirusun hüceyrələrdə necə yayıldığı görüntüləndi



 

Dünyanı cənginə alan koronavirusun necə yayıldığı ilk dəfə görüntülənib.

"Report” "CNN Türk”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu edib.

Məlumata görə, ABŞ-da koronavirusa yoluxan bir xəstədən alınan hüceyrələr laborator tədqiqata aparılıb.

İnstitutun paylaşdığı şəkillərdə koronavirusun hüceyrələrdə yayılması elektron mikroskop vasitəsilə görüntülənib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 362 000-i ötüb. Bunların 293 655 nəfəri sağalıb, 76 340 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
 

 





Загрузка...