AzTehsil.com


Xəbərlər / Müəllim
30 sentyabr 2021
994


Konservatizm və təhsildə innovasiyalar



 

                                 
 Bu gün tələbələr Ali məktəblərdə ənənəvi dərslərə başlayırlar. Onlara Uğurlar diləyirik. Millət vəkili, təhsil eksperti Etibar Əliyev Feysbuk səhifəsində bu mövzuda status yazıb. Bu statusdakı bütün fikirlərlə, xüsusən də aşağıda verdiyim bu sitatdakı fikirlərlə tam razıyam : "Universitetlər dünyada elm və təhsil sahəsində baş verən yeniliklərlə ayaqlaşmalıdırlar. Gecikmələr öz dərin təsirini göstərib. Yəqin ki heç kim tərəddüd etməz: universitetlərimizin əksəriyyətində durğunluq hökm sürür. Cəmi 2-3 universitetdə islahatların aparılması, yeniliklərə imza atılması müqayisədə aşağı göstəricidir".

Ali təhsil sistemimizdə həqiqətən böhran var. Bunun bəzi səbəblərini qeyd edək:

1. TN-nin ali təhsil sahəsində qurduğu siyasətin səmərəsizliyi,

2. Reallaşan layihələrin sistematik olaraq monitorinqi və ictimai müzakırələrinin aparılmaması, ictimai hesabatlığın yoxluğu. Hərçənd cənab Prezident İlham Əliyev ictimai nəzarətin zəruriliyini dəfələrlə qeyd etmişdi.

3. TN-nin yerlərdən olan təşəbbüslərə heç bir dəstək verməməsi. Şəxsın mən son 15 ildə TN məqalələr, müsahibələr və yazılı müraciətlər formasında onlarca təklif vermişəm, o cümlədən 20 il əvvəl ölkədə distant təhsil sisteminin yaradılması barədə təkliflər vermişəm. Amma heç 2 illik pandemiyanın olması və yaranmış zərurət də bu təkliflərin reallaşmasına kömək edə bilmədi, görünür bu sahədəki konservatizm təhsil innovasiyalarının yolunu ciddi bloklayıb. Bu təkliflərin, layihələrin icrasına maliyyə lazım olduğundan TN bu təklifləri heç vaxt qəbul etməyib. Bəs təhsilin inkişafına dair dövlət proqramlarına ayrılan 100 milyonlar hara xərclənir? TN niyə ictimaiyyətə bu barədə hesabat vermir? Bəlkə bunlar dövlət sirridir?

4. Niyə bu günə qədər bizim Sahibkar Universitetlərimiz yoxdur, universitetlərimiz niyə pul qazana bilmirlər? Vəzifədən azad edilən bəzi rektorların fəaliyyətinin sonrakı təhlili göstərir ki, bizdə əsasən Sahibkar rektorlar formalaşır. Universitetlərin elə də zəngin büdcəsi yoxdur ki, həm özü, həm də rektoru sahibkar olsun, rektorlar isə bəzən seçimi öz biznesləri üzərində saxlayırlar.

5. "Distant təhsilin keyfiyyətinin ənənəvi təhsilə yaxınlaşdırılması istiqamətində" Distant təhsilin keyfiyyəti reallıqda ən yaxşı halda ənənəvi təhsilə yaxınlaşa bilər. Dərd budur ki, bizdə ənənəvi təhsil də keyfiyyətsizdir axı, distant təhsiln keyfiyyəti nəyə yaxınlaşsın? Belə bir mayak yoxdur bizdə.

6. Universitetlərdə "müasir universitet necə olmalıdır?" sualının cavabını bilən kadrların azlığı, müasir biliklərə və düşüncəyə sahib kadrların azlığı. Buna görə universitetlərdə rəqəmsallaşma, distant təhsil, strateji inkişaf, keyfiyyətin təminatı kimi müasir istiqamətlərdə irəliləyiş yoxdur. Vaxtı ilə "Qafqaz" universitetində bu sahədə ciddi işlər gedirdi, sonralar məlum səbəbdən dayandırıldı.

Ümid edirik ki, bu tədris ilində, qeyd edilən problemlər qismən də olsa həll edilər.

Dos. İlham Əhmədov



Загрузка...
Həmçinin oxuyun:
Niyə bizim distant  təhsil  keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

Niyə bizim distant təhsil keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

Distant  təhsil pandemiyanın nəticəsi deyil: Dosent  İlham Əhmədov

Distant təhsil pandemiyanın nəticəsi deyil: Dosent İlham Əhmədov

Rəqəmsal iqtisadiyyatın inkişafı və universitet təhsili-Dosent  İlham Əhmədov

Rəqəmsal iqtisadiyyatın inkişafı və universitet təhsili-Dosent İlham Əhmədov

Ölkədə 50-dən çox ali məktəb var, amma...dosent İlham Əhmədov

Ölkədə 50-dən çox ali məktəb var, amma...dosent İlham Əhmədov

Distant  təhsil  bizdən niyə  distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

"Təhsilimizin  inkişafının kadr təminatı"-Dosent İlham Əhmədov

"Təhsilimizin inkişafının kadr təminatı"-Dosent İlham Əhmədov

Universitetlər  yeni dərs ilinin əvvəlindən  yenə distant təhsildən istifadə  edəcəklərmi?-Dosent  İlham Əhmədov

Universitetlər yeni dərs ilinin əvvəlindən yenə distant təhsildən istifadə edəcəklərmi?-Dosent İlham Əhmədov

"Distant təhsili  olmayan universitetin  beynəlxalq nüfuzu ola  bilməz"-İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov

UNEC rektoru: “Distant təhsilin rəsmi tətbiqi vaxtının çatdığına inanırıq”

UNEC rektoru: “Distant təhsilin rəsmi tətbiqi vaxtının çatdığına inanırıq”

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Ceyhun Məmmədov : Tədrisin təşkilinə nail olunsa da, bir sıra çətinliklər də müşahidə olundu.

Ceyhun Məmmədov : Tədrisin təşkilinə nail olunsa da, bir sıra çətinliklər də müşahidə olundu.

Təhsilə  həsr edilmüş ömür.

Təhsilə həsr edilmüş ömür.

İlham Əhmədov : Universitetlərin  potensialı müəllim və tələbələrin səviyyəsi ilə müəyyən edilir.

İlham Əhmədov : Universitetlərin potensialı müəllim və tələbələrin səviyyəsi ilə müəyyən edilir.

Təhsilimizi qlobal trendlərə uyğunlaşdırmaq gərəkdir.

Təhsilimizi qlobal trendlərə uyğunlaşdırmaq gərəkdir.

Təhsildə keyfiyyət və inkişaf problemləri İlham Əhmədov

Təhsildə keyfiyyət və inkişaf problemləri İlham Əhmədov

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi   "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq  Distant  Təhsil  ideyalarını təbliğ edir.

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq Distant Təhsil ideyalarını təbliğ edir.

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Məktəblərlə bağlı mühüm açıqlama - VİDEO

Məktəblərlə bağlı mühüm açıqlama - VİDEO

Təhsilin, innovasiyaların, iqtisadi tərəqqinin açarı

Təhsilin, innovasiyaların, iqtisadi tərəqqinin açarı

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov: Ənənəvi təhsil hazırki təhsildən daha vacibdir

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov: Ənənəvi təhsil hazırki təhsildən daha vacibdir

Etibar Əliyev: Tələbələr təhsil haqlarını ödəməlidirlərmi?

Etibar Əliyev: Tələbələr təhsil haqlarını ödəməlidirlərmi?