AzTehsil.com
RU


Xəbərlər / Ekspert
21 may 2020
1 385


Etibar Əliyev: Tələbələr təhsil haqlarını ödəməlidirlərmi?



Etibar Əliyev: Tələbələr təhsil haqlarını ödəməlidirlərmi?

 

Cəmiyyətdə Pandemiyanın təhsil sisteminə təsiri barədə fikirlər birmənalı deyil. Konkret olaraq ali təhsildə nə baş verir? Pandemiya Ali məktəblər qarşısında eyni zamanda 3 problem yaratdı.

Birincisi və ən əsası: Mövcud vəziyyəti nəzərə almaqla təhsil prosesini təşkil etmək və keyfiyyətli təhsil verməyə nail olmaq. İkincisi: Virtual məkanda işləmək bacarıqları olmayan müəllimlərə dəstək durmaq, 3-cüsü çıxılmaz vəziyyətlə üzləşən tələbələrə dəstək durmaq. Distant təhsil ətrafında geniş imitasiyalar mövcuddur. Burda bütün universitetlər və bütün tələbələrlə bağlı universal qərar qəbul etmək mümkün deyil. Bütün dünyada belədir. Tələbələrin distant təhsilin keyfiyyətinə verdiyi qiymət fərqlidir. Ali məktəblər prosesi fərqli şəkildə həyata keçirirlər. Müşahidələrimiz göstərir ki, Universitet var ki, günə 900 distant dərs təşkil edir.

Təhsil nazirliyi və müstəqil ekspertlər təhsilin bu növünü yetərincə yüksək səviyyədə təşkil edənləri və təşkil edə bilməyənləri aşkar etməlidirlər. Sual yaranır. Ali məktəblər distant təhsilə keçdikləri zaman təhsil haqlarına baxılmalıdırmı? Ali məktəblərin yeganə gəlir mənbəyi olan Təhsil haqlarının 83-85 faizi əmək haqlarına sərf olunur. Bu il Dövlət sifarişli yerlər 16.000 nəfər artırılıb. Ödənişli təhsil alan tələbələr də təhsil nailiyyətlərinə görə təqaüd alırlar. Nazirlər Kabinetinin "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı 20 mindən artıq tələbəni əhatə edir. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb. Bütün bunlar tələbələr üçün yüksək güzəştlərdir. Ali məktəb rəhbərləri də pandemiyanın tələbələrin təhsilinə təsirini yumşaltmaq məqsədilə müxtəlif güzəştlər həyata keçirirlər. Bununla yanaşı Biz müəllimləri də düşünməliyik. Pandemiya dövründə ən böyük fədakarlığı həkimlər və müəllimlər etdilər. Lakin həkimlər illər ərzində gördüyü işi, müəllimlər isə heç vaxt görmədikləri yeni işi etdilər: Distant dərslər apardılar.


Təhsilin pütün pillələrində çalışan müəllimlər bu dövr ərzində müxtəlif vasitələrlə dərs deməyə çalşdılar. Əlbəttə ki, bilik qazanmaq istəyi olan tələbələrin böyük kəsimi bundan bəhrələndilər. Tələbələrin kursadan-kursa keçmələri məsələsində problem yaradılmamlıdır. Distant təhsilin təşkili ənənəvi təhsildən qat-qat çətindir. Buna görə də tələbələr və valideynlər təhsil haqlarının ödənilməsinə anlayışla yanaşmalıdırlar. Bu yük də dövlətin üzərinə düşməməlidir. Dövlətin dəstəyi ilə vətəndaşın dəstəyi uzlaşmalı və vəhdət təşkil etməlidir. "Birlikdə güclüyük” paradiqması isə bunun fəlsəfəsini təşkil etməlidir.



Загрузка...
Həmçinin oxuyun:
Tələbələrin təhsil haqlarının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Tələbələrin təhsil haqlarının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

20 mindən artıq tələbənin təhsil haqqını dövlət ödəyəcək - Nazirlik

20 mindən artıq tələbənin təhsil haqqını dövlət ödəyəcək - Nazirlik

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

Həssas qruplardan olan tələbələr üçün yeni onlayn imkan

Həssas qruplardan olan tələbələr üçün yeni onlayn imkan

Təhsil nazirinin müşaviri  tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərardan danışıb.

Təhsil nazirinin müşaviri tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərardan danışıb.

Tələbələrin təhsil haqları belə ödəniləcək - RƏSMİ

Tələbələrin təhsil haqları belə ödəniləcək - RƏSMİ

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Nazir: Ali məktəblər vəsaitlərinin 80 faizini əmək haqlarının ödənilməsinə sərf edirlər

Nazir: Ali məktəblər vəsaitlərinin 80 faizini əmək haqlarının ödənilməsinə sərf edirlər

Təhsil haqqından hansı tələbələr azad ediləcək – Qərarı Elnur Məmmədov şərh edib

Təhsil haqqından hansı tələbələr azad ediləcək – Qərarı Elnur Məmmədov şərh edib

“Tələbələrin təqaüdləri artırılmalıdır” - Deputat Milli Məclisə təkliflər verdi

“Tələbələrin təqaüdləri artırılmalıdır” - Deputat Milli Məclisə təkliflər verdi

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

"Təhsil haqqının dövlət tərəfindən ödənilməsi alqışalayiq addımdır" RƏY-ÖZƏL

"Təhsil haqqının dövlət tərəfindən ödənilməsi alqışalayiq addımdır" RƏY-ÖZƏL

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

Ümummilli liderin təhsil sevgisi – Nadir Israfilov

Ümummilli liderin təhsil sevgisi – Nadir Israfilov

İqtisad Universiteti evlərdən distant təhsilə başlayır

İqtisad Universiteti evlərdən distant təhsilə başlayır

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

"Distant təhsili  olmayan universitetin  beynəlxalq nüfuzu ola  bilməz"-İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov

İctimai Şuradan təhsil ictimaiyyətinə MÜRACİƏT

İctimai Şuradan təhsil ictimaiyyətinə MÜRACİƏT

Cəmiyyət haradan olursa-olsun kəsib təhsilə xərcləməli, gənc müəllimə kömək etməlidir

Cəmiyyət haradan olursa-olsun kəsib təhsilə xərcləməli, gənc müəllimə kömək etməlidir

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Bu tələbələrə   yardım ediləcək.

Bu tələbələrə yardım ediləcək.

UNEC dekanları tələbələrlə görüşür

UNEC dekanları tələbələrlə görüşür