Xəbərlər / Yazarlar / Ziyalılar / Ekspert
28 avqust 2020
2 071


Niyə bizim distant təhsil keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

Niyə bizim distant  təhsil  keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

 

Yeni dərs ilinin əvvlindən  universitetlərimizdə  distant  təhsildən istifadə nəzərdə  tutulur.  Biz  hələ  5  ay  əvvəldən mətbuatda  və sosial  şəbəkələrdə  bildirmişdik  ki,  çox ehtimal   yeni dərs ilində də distant təhsildən istifadə  etməli olacağıq, ona  görə  buna indidən (yəni, mart- aprel ayından)  hazırlaşmalıyıq. Təəssüf ki, biz 20  ili  itirdikdən sonra  hələ 5 ay da  əlavə itirdik, distant təhsilə   hazırlıq  işləri  görmədik.
   
Son günlər  KİV-lərdə   distant təhsilin keyfiyyəti məsələsi  gündəmə gəlib, tələbə  və  valideynlər  bu texnologiyanın  təhsilin  keyfiyyətinə   mənfi  təsir etməsindən şikayət edir,  bu  barədə  geniş  müzakirələr aparılır.    
Keyfiyyət nədir?  Keyfiyyət  hər hansı  məhsulun, xidmətin (prosesin)  əvvəlcədən  müəyyən  edilmiş  standartlara,  etalonlara  uyğunluq  dərəcəsidir.  Məgər bizim TN  distant  təhsilin keyfiyyət standartlarını müəyyən edib ki, indi onun keyfiyytindən danışırıq.   Əslində bizim  heç əyani təhsilimizdə  də keyfiyyət yoxdur,   indi  onlayn təhsilimizdə  nə  keyfiyyət axtarırıq?  

 Universitetlərdə  təhsilin  keyfiyyət   meyarları     "Keyfiyyətin menecmenti sistemi”    adlı  mexanim və standartlarla   müəyyən edilir.  Bu Boloniya Prosesinin   ən  mühüm  tələbidir.  Universitetlərimizin  əksəriyyətində  formal  olaraq  belə  bir şöbə yaradılsa da,   onların fəaliyyəti hələ  keyfiyyətə  təsir edə bilməyib.  Çünki TN Boloniya prosesinə qoşulduğumuz 15 il  ərzində bu mexanizmi yarada bilməyb.   Hansı universitetimiz  "Keyfiyyət üzrə Beynəlxalq Agentliyin”  akkrediytasiyasından keçib? Deyilənlərə görə TN-nin nəznində son  illər   " Təhsildə Keyfiyyət üzrə Agentlik” yaradılıb. Amma hələki  onun da  fəaliyyəti hiss edilmir.

Distant təhsilin keyfiyyəti iki  parametr üzrə müəyyənləşə bilər:  1) Təlimin elektron  idarə edilməsi sisteminin keyfiyyəti (LMS-in keyfiyyəti), 2) məzmunun keyfiyyəti  (kontentin keyfiyyəti). 
1-ci parametr  üzrə  ölkəmizdə  təcrübə yoxdur,  bu  sahədə hələ  10 il işləməliyik. Amma 2-ci parametr üzrə  təcrübəmiz var. Bu təcrübə isə ondan ibarətdir ki, bizdə təhsilin məzmunu və tədris metodik bazası çox  bərbad haldadır. Maraqlıdır, ali təhsilin məzmunu və  müasir  tələblərə cavab verən dərsliklərin, elektron dərsliklərin, tədris  metodik komplekslərin,  ali  təhsil  üzrə  portalların hazırlanması  üzrə  TN və   universitetlər  nə iş görüb, bu sahəyə nə qədər  vəsait  sərf   ediblər? 

Ən yaxşı universitetlərimizdə  də biz  hələ normal distant təhsil sistemi qura bilməmişik.  Niyə?  Deyilənlərə  görə  universitetlərimizin buna   maddi  imkanı yoxdur,  universitetlərimiz pul qazana bilmir.  Bəs niyə  xarici universitetlər  milyard dollarla pul qazandığı  halda   bizim universitetlərimiz   belə kasıbdır?  Bu ərəfədə  ölkənin  aparıcı universitetinin  əksi rektorunun  yüz  milyonlarla  dollar  dəyərində    olan şəxsi biznesi barədə gözqamaşdırıcı sensasion    məlumatlar  verilir.  
 
 
Sual olunur: belə kasıb universitetin rektoru necə oldu ki, qeyri-rəsmi  milyoner oldu? Çünki, universitetin inkişafına yönlənməli   olan  milyonlar,  bu  rektorun şəxsi biznesinin inkişafına  yönəlib. Bu proses  10 illər ərazində davam edib.  Bəs bunu görən, nəzarət edən qurumlar niyə göz yumub buna?  Bax bu səbəbdən  bizim hətta aparıcı universitetimizdə  də distant təhsil yoxdur,  olanlar da  çox  keyfiyyətsizdir. 
Bir tərəfdə  dünyanın  tanınmış, lider və  maddi cəhətdən  zəngin universitetlərinin  kasıb rektorları,  digər tərəfdə  isə  bizim geridə qalan, deqradasiyaya uğrayan kasıb universitetin zəngin rektoru. 
Bir tərəfdə dünyanın zəngin "Sahibkar Universitetləri” və kasıb rektorları, bir tərəfdə bizim kasıb universitetimiz və  sahibkar  rektorumuz.
Deyəsən biz neft kapitalını insan kapitalına çevirmək haqqında  illər  ərzində müzakirələr  apardığımız  müddətdə,   bəziləri  asanlıqla  neft kapitalını rektor kapitalına çevirə biliblər.

İndi bildinizmi niyə bizim distant  təhsilin keyfiyyətsizdir?


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Universitetlər  yeni dərs ilinin əvvəlindən  yenə distant təhsildən istifadə  edəcəklərmi?-Dosent  İlham Əhmədov

Universitetlər yeni dərs ilinin əvvəlindən yenə distant təhsildən istifadə edəcəklərmi?-Dosent İlham Əhmədov

"Distant təhsili  olmayan universitetin  beynəlxalq nüfuzu ola  bilməz"-İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov

Distant  təhsil  bizdən niyə  distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Təhsildə keyfiyyət və inkişaf problemləri İlham Əhmədov

Təhsildə keyfiyyət və inkişaf problemləri İlham Əhmədov

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

Distant  təhsilə  doğru ilk  kövrək  addımlar.

Distant təhsilə doğru ilk kövrək addımlar.

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Elnur Məmmədov: “Mədəniyyət” kanalı BBC kanalı ilə teledərslərin qısa müddətdə təşkil edilməsi sahəsində öz təcrübəsini bölüşə bilər

Elnur Məmmədov: “Mədəniyyət” kanalı BBC kanalı ilə teledərslərin qısa müddətdə təşkil edilməsi sahəsində öz təcrübəsini bölüşə bilər

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi   "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq  Distant  Təhsil  ideyalarını təbliğ edir.

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq Distant Təhsil ideyalarını təbliğ edir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılır

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılır

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

UFAZ-da 538 bakalavr distant tədris prosesinə qatılıb

UFAZ-da 538 bakalavr distant tədris prosesinə qatılıb

Şagirdlərimiz niyə oxumur?

Şagirdlərimiz niyə oxumur?

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir