Xəbərlər / Ekspert
23 aprel 2021
1 323


Distant təhsil pandemiyanın nəticəsi deyil: Dosent İlham Əhmədov

Distant  təhsil pandemiyanın nəticəsi deyil: Dosent  İlham Əhmədov

 

Distant  təhsil pandemiyanın nəticəsi deyil Dosent  İlham Əhmədov (təhsil eksperti)

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov "Post-COVİD müddətində ali təhsil və tədqiqat” mövzusunda keçirilən vebinarda ali təhsilin gələcəyi ilə bağlı  maraqlı və aktual məsələlərə toxunmuşdur. Bu çıxışın  tezisləri   onun  "Distant təhsil universitetlərin inkişafı baxımından ciddi çağırış yaratdı”  adlı məqaləsində öz əksini tapıb. 

Qeyd edilən  məqalədə ali təhsilimizin gələcəyi baxımından ciddi məsələlərə toxunulmuşdur. Əslində bu qlobal çağırışlar 25 ildir ki, qlobal təhsil məkanında səslənir. Amma bizim aidiyyatı qurumlar  bu çağırışlara hələ də  biganədir. 

Hesab edirik ki, 14 ay davam edən  pandemiya dövründə təhsilin təşkilində yaranan xeyli sayda problemlərin araşdırılması və onların həlli yollarının müəyyən edilməsi, ölkədə distant təhsil sisteminin yaradılması istiqamətində real addımlar atılması  bu gün TN-nin prioritet vəzifəsi olmalı idi. Təəssüf ki, biz belə addımları  müşahidə etmədik. Amma belə  audit-monitorinq xarakterli araşdırmalara ciddi ehtiyac var. Bu bir daha ölkədə aparılan təhsil islahatlarının  ciddi  elmi bazaya söykənmədiyi   göstərir. Ölkədə bu müddətdə tətbiq edilən psevdo distant təhsil, təbii ki, pandemiyanın təhsilə vurduğu ziyanların qarşısını ala bilməzdi. Ən pisi isə  odur ki, hələ sonu görünməyən pandemiyanın  nə qədər davam edəcəyi və təhsilimizin bu müddətdə nə qədər çökəcəyi bizə məlum deyil. Bununla  belə TN  hələ də ölkədə DT sistemi yaratmaq haqqında düşünmür. 

Adı çəkilən həcmcə məqalədə bir sıra vacib məsələlərə toxunulub. Tezis şəklində onları  qeyd etmək istərdik:  

Təhsil birmənalı dəyişməlidir. Bu, ilk növbədə yeni texnologiyaların inkişafı, qloballaşma və rəqəmsallaşma ilə bağlıdır. 
Distant təhsilin tətbiq edilib-edilməməsi müzakirə predmentinə çevrilməməlidir. Distant təhsilin keyfiyyəti bizi düşündürməlidir”.  
Pandemiya dövründə tətbiq edilməyə başlayan distant təhsil, cəmiyyətdə bu təhsil haqqında mənfi rəy yaradıb, indi ən ciddi problem cəmiyyətdə formalaşmış "Distanddırsa keyfiyyətsizdir” rəyini  dəyişməkdir.
 
 
Distant dediyimiz təhsilə keçid həm də o demək idi ki, böhranla üz-üzə qalan ənənəvi təhsil öz funksiyasını yerinə yetirə bilmədi,  ənənəvi təhsil öz inkişaf potensialının tükəndiyini göstərdi. Bu böhran distant təhsilin böhranı deyil, əksinə, distant təhsil ənənəvi təhsilin üzləşdiyi və həll edə bilmədiyi problemin  həlli yolu kimi tətbiq edilməyə başladı.
Distant təhsil yeni və fərqli təhsil formasıdır, nə əyani, nə də qiyabi təhsildir. Ona görə də distant təhsili əyani təhsillə müqayisə etmək doğru deyil. Tam əminliklə demək olar ki, distant təhsilə xas olan keyfiyyətləri ənənəvi təhsildə axtarsaq, distant təhsillə müqayisədə dəfələrlə çox qüsurları ənənəvi təhsildə tapmaq olar.
Distant təhsil təhsilin inkişafı baxımından əhəmiyyətli olsa da, universitetlərin inkişafı baxımından ciddi çağırışlar yaratdı. Distant təhsil ilk növbədə universitetlərdə elmi-tədqiqatların sanki arxa plana keçdi, distant təhsilə adekvat tədqiqat və sahibkarlıq universiteti modeli post pandemiya dövründə həllini gözləyən ən ciddi problemlərdəndir.

Hesab edirəm ki, TN-nin məmurları rektorun  bu  məqaləsinə  diqqət  yetirməli, təhlil etməli, məqalənin distant  təhsil mütəxəssisləri ilə birgə  müzakirəsini təşkil etməlidir. Pandemiya müddətində biz də  distant təhsilin ölkədə təhsili problemlərinə dair 20-dən çox məqalə yazmışdıq, amma TN tərəfindən problemə heç bir maraq olmadı, görünən odur ki, buz hələ tərpənmir.     
 
Hələ  20 il əvvəl ADİU bu sahədə ilk addımlarını atmağa cəhd etdi. Amma onda (elə indi də) TN bu təşəbbüsə dəstək vermədi. Yadımdadır, o illərdə TN-də olan tədbirdə rəhbərlikdə təmsil olunan bir məmur dedi ki, bizə distant təhsil lazım deyil. Müasir təhsildən anlayışı olan hər bir pedaqoq bilir ki, distant təhsil hər hansı ölkədə təhsilin inkişaf səviyyəsinin mühüm göstəricisi, indikatorudur. .... Düzü bir il əvvəl pandemiya elan ediləndə ümid var idi ki, ölkədə nəhayət DT inkişafına yaşıl işıq yandıracaqlar. Təəssüf ki, hətta fövqəladə vəziyyət də heç nəyi dəyişmədi. Bizdə DT pandemiyanın törəməsi kimi baxanlar var. DT pandemiyadan 25 il əvvəl dünyada var idi. Avropa, MDB ölkələrində (Türkmənistan, Tacikstan və Azərbaycan istisna olmaqla) xeyli vaxtdır DT tətbiq edilir. DT hər hansı ölkənin təhsil siyasətindən və təhsili yönləndirənlərin arzu və istəyindən asılı olmayaraq ölkədə təhsilin kütləviliyi, əlyetərliyi və keyfiyyətinin yüksəldilməsi naminə çoxdan yaradılmalı idi, bu ümummilli əhəmiyyət daşıyan məsələdir. Bu kütləvilik və nəticədə təhsil haqqının  ucuz olması, gənclərimizin gələcəyi üçün yaxşı şans verə bilərdi. Hər halda  TN-nin missiyası belə milli  təhsil mühiti yaratmaq idi, əksinə yox.   Bu işin hələ də bilərəkdən (ya bilməyərəkdən) ləngidilməsi, bu sahədəki 20 +1 illik fəaliyyətsizlik təhsilin inkişafını əngəlləmək kimi başa düşülür. Görünür hansısa çox ciddi səbəblər var ki, ölkədə distant təhsilə belə qəti qadağa qoyulub. Yoxsa necə olar ki, ölkədə 4 nazir dəyişdi, amma DT-ə  embarqo qüvvədə qaldı, DT imkan yaradılmadı ? Bu qadağaların səbəbi bilinsəydi, digər inkişaf etmiş ölkələrə bildirərdik, onlar da öz səhvlərini başa düşər, distant təhsili ölkələrində ləğv edərdilər.

Hesab edirik ki, DT sahəsində 21 illik sükut və fəaliyyətsizlikdən sonra ölkədə nəhayət ki, distant təhsilin yaradılması və inkişafı məqsədi ilə "Milli distant təhsil mərkəzi” yaradılmalıdır.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ölkədə 50-dən çox ali məktəb var, amma...dosent İlham Əhmədov

Ölkədə 50-dən çox ali məktəb var, amma...dosent İlham Əhmədov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Universitetlər  yeni dərs ilinin əvvəlindən  yenə distant təhsildən istifadə  edəcəklərmi?-Dosent  İlham Əhmədov

Universitetlər yeni dərs ilinin əvvəlindən yenə distant təhsildən istifadə edəcəklərmi?-Dosent İlham Əhmədov

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Niyə bizim distant  təhsil  keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

Niyə bizim distant təhsil keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Nadir İsrafilov: Biz distant təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq.

Nadir İsrafilov: Biz distant təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq.

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Distant  təhsil  bizdən niyə  distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?

"Distant təhsili  olmayan universitetin  beynəlxalq nüfuzu ola  bilməz"-İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Elçin Əfəndi: “Distant təhsilə tam keçid edilərsə, qiyabi təhsil formasına ehtiyac qalmayacaq”

Elçin Əfəndi: “Distant təhsilə tam keçid edilərsə, qiyabi təhsil formasına ehtiyac qalmayacaq”

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Ceyhun Məmmədov – Daha mükəmməl tədris prosesini  qurmaq və normativ hüquqi baza yaratmaq istiqamətində səylər gücləndirilməlidir.

Ceyhun Məmmədov – Daha mükəmməl tədris prosesini qurmaq və normativ hüquqi baza yaratmaq istiqamətində səylər gücləndirilməlidir.

Salyanda bir sinif distant təhsilə keçdi

Salyanda bir sinif distant təhsilə keçdi

Dərslərin ənənəvi qaydada keçirilməsi mart ayına qədər gözlənilmir - Ekspert

Dərslərin ənənəvi qaydada keçirilməsi mart ayına qədər gözlənilmir - Ekspert

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi   "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq  Distant  Təhsil  ideyalarını təbliğ edir.

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq Distant Təhsil ideyalarını təbliğ edir.

Distant  təhsilə  doğru ilk  kövrək  addımlar.

Distant təhsilə doğru ilk kövrək addımlar.

Koronavirusa görə bağlanmış məktəblərin sayı dördə çatdı – RƏSMİ

Koronavirusa görə bağlanmış məktəblərin sayı dördə çatdı – RƏSMİ

Distant təhsillə bağlı yeni layihəyə start verilir

Distant təhsillə bağlı yeni layihəyə start verilir

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır