Xəbərlər, Müəllim
26 iyul 2021

UNEC rektoru: “Distant təhsilin rəsmi tətbiqi vaxtının çatdığına inanırıq”

UNEC rektoru: “Distant təhsilin rəsmi tətbiqi vaxtının çatdığına inanırıq”

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov yeni tədris ilində dərslərin necə təşkil olunacağı barədə rəsmi Facebook səhifəsində öz fikirlərini paylaşıb.

"2020-ci ilin martından başlayaraq Azərbaycanda da distant təhsil alternativsiz yeganə çıxış yolu kimi qəbul edildi. Bütün dünyada olduğu kimi, minlərlə tələbə auditoriyalardan ekran və monitorların arxasına keçdi. Minlərlə müəllim öz mühazirə və məşğələlərini online formada keçirdi. Bu zaman ən çox səslənən fikirlərdən biri ondan ibarət oldu ki, online təhsilə keçid üçün mövcud olmuş bütün maneələrin aradan qalxmasına artıq heç bir problem yoxdur.

Həqiqətdə nə baş verdi? Doğrudur, distant təhsilə keçid texnoloji olaraq baş verdi. Amma metodoloji keçid baş vermədi. "Dünən” və "bu gün” arasında seçim etdik. Ali təhsilin "sabahı” bu gün diqqət mərkəzindədir. Bu gün də təhsillə bağlı böyük əksəriyyəti düşündürən əsas sual pandemiyanın nə vaxt bitəcəyidir. Bu sualın cavabı, şübhəsiz ki, ənənəvi təhsilə qayıdıb-qayıtmamaqla bağlıdır.

Bu baxımdan iki məsələnin vacib olduğunu düşünürük. Birincisi, artıq böyük əksəriyyət qəbul edir ki, əvvəlki formada ənənəvi təhsilə qayıdış mümkün deyil. Heç lazım da deyil.

Bəs necə olsun?

Bu suala artıq cavab da bəllidir. Yəni, yeni təhsilin hibrid formada təşkil edilməsi daha məqsədəuyğundur. Hibrid formada dərslərin təşkilinə keçidin mərkəzləşdirilmiş, yoxsa universitetlər tərəfindən ayrılıqda həyata keçiriləcəyi məsələsi ən qısa vaxt ərzində həllini tələb edir. Hər iki halda müvafiq qərara ehtiyac var. Hətta pandemiyanın davam edəcəyi halda üz-üzə dərslərin təşkilini mümkün edən yanaşmaya da ehtiyacın olduğunu düşünürük. Dərslərin başlayacağı 15 sentyabra az vaxtın qalması bu məsələnin aktuallığını artırır.

İkincisi, distant təhsilin gələcəyinə də aydınlıq gətirmək vaxtıdır. Əminik ki, distant təhsil də dəyişəcək, son üç semestrdə tətbiq edilən distant təhsildən forma və məzmun baxımından əhəmiyyətli dərəcədə fərqli olacaqdır (olmalıdır!). Söhbət ilk növbədə təhsilalanların fərdi təhsil trayektoriyasının təhsilin əsas keyfiyyət amilinə çevrilməsindən gedir. Düşünürük ki, distant təhsillə bağlı da müvafiq yanaşmanın rəsmiləşdirilməsi tələb olunur və burada gecikmək arzuolunmazdır. Ali təhsilin gələcəyi baxımından distant təhsil qarşısında hər hansı bir ciddi maneə görünmür. Distant təhsilin rəsmi tətbiqi vaxtının çatdığına inanırıq. Burada da distant təhsilə keçidin mərkəzləşdirilmiş, yoxsa universitetlər tərəfindən ayrılıqda təmin edilməsi əsas sualdır. Keyfiyyətli distant təhsilin həm də eksperimentlər, vaxt, resurs tələb etdyini və bu sahədə beynəlxalq təhsil rəqabətində sürətin həlledici amil olduğunu nəzərə alaraq, hazırkı mərhələdə mərkəzləşdirilmiş keçid məqsədəuyğun görünmür”.


Загрузка...
loading...

Həmçinin oxuyun:
Sədr müavini -

Sədr müavini - "Dəfələrlə rəsmi qaydada da bəyan edilib ki, yoluxma sayı azalan anda dərhal ənənəvi təhsilə keçməyin tərəfdarıyıq."

Əyani tədrisin qismən bərpa edilməsi barədə qərarı mübahisələndirmək üçün elə də ciddi bir əsas görmürəm-Sədr müavini

Əyani tədrisin qismən bərpa edilməsi barədə qərarı mübahisələndirmək üçün elə də ciddi bir əsas görmürəm-Sədr müavini

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək - RƏSMİ

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək - RƏSMİ

Distant  təhsil pandemiyanın nəticəsi deyil: Dosent  İlham Əhmədov

Distant təhsil pandemiyanın nəticəsi deyil: Dosent İlham Əhmədov

Məktəblərlə bağlı mühüm açıqlama - VİDEO

Məktəblərlə bağlı mühüm açıqlama - VİDEO

Azərbaycanda daha iki məktəb koronavirusa görə bağlandı

Azərbaycanda daha iki məktəb koronavirusa görə bağlandı

Salyanda bir sinif distant təhsilə keçdi

Salyanda bir sinif distant təhsilə keçdi

Nadir İsrafilov: Biz distant təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq.

Nadir İsrafilov: Biz distant təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq.

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Distant dərslərin müşahidəsi davam edir

Distant dərslərin müşahidəsi davam edir

Nazirlər Kabineti distant təhsillə bağlı qərar qəbul etdi – RƏSMİ

Nazirlər Kabineti distant təhsillə bağlı qərar qəbul etdi – RƏSMİ

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Elçin Əfəndi: “Distant təhsilə tam keçid edilərsə, qiyabi təhsil formasına ehtiyac qalmayacaq”

Elçin Əfəndi: “Distant təhsilə tam keçid edilərsə, qiyabi təhsil formasına ehtiyac qalmayacaq”

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

UNEC-də distant dərslərin evdən tədrisinin statistikası

UNEC-də distant dərslərin evdən tədrisinin statistikası

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

Postkoronavirus dövrünün ali təhsilinə baxış - Ədalət Muradov

Postkoronavirus dövrünün ali təhsilinə baxış - Ədalət Muradov

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

İlk distant təhsil məktəbi

İlk distant təhsil məktəbi

İqtisad Universiteti evlərdən distant təhsilə başlayır

İqtisad Universiteti evlərdən distant təhsilə başlayır

İmtahanların da distant keçirilməsi mümkündür

İmtahanların da distant keçirilməsi mümkündür

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək