AzTehsil.com


Xəbərlər
13 may 2021
1 295


Zəhmətlə yazılan 75 illik ömür kitabı



Zəhmətlə yazılan 75 illik ömür kitabı

 

Azərbaycanda fundamental elm sahələri ilə müqayisədə ayrı-ayrı  fənlərin tədrisi me­todikası ilə bağlı araşdırmaların tarixi o qədər də çox deyil.
 
Fizikanın tədrisi me­to­dikası sahəsində elmi məktəbin yaradılması, fizikanın tədrisi metodikası ilə bağlı ilk araşdırmaların aparılması, dərslik və dərs vəsaitlərinin yazılması, Fizikanın tədrisi metodikası   kafedrasının təş­ki­li  SSRİ PEA-nın müxbir üzvü, professor Abasqulu Abaszadənin adı və yorulmaz fə­aliyyəti ilə bağlıdır. Bilavasitə onun elmi köməyi   və qayğısı sonrakı elmi nəsillər   for­ma­laş­­mışdır. Bu gün fizikanın tədrisi metodikası sahəsində araşdırmalar aparan, mü­hazirə oxuyan, seminar məşğələsi aparan,   fəlsəfə və elmlər doktoru dissertasiyası mü­dafiə edənlərin hamısı, bir mənalı olaraq, özlərini Abasqulu Abaszadə elmi mək­tə­binin davamçıları hesab edirlər. 

    Ömrünün 80-ci onilliyini yaşayan pedaqogika üzrə elmlər doktoru, professor  İsa Namaz oğlu İsmayılov da həmin elmi məktəbin ən layiqli və ləyaqətli nümayəndələrindən   biridir. İsa müəllim həm  elmi yaradıcılığında, həm də   şəxsi həyatında uğur qazanan dostlarımızdandır. O, tanınmış metodist alim, səmimi və xeyirxah dost, gözəl ailə başçısı,  ürəyi nəvələri  üçün tir-tir əsən baba, övladları ilə qürur duyan ata, tələbələrin sevimlisi olan müəllimdir.

     Hər bir kəs ömrünün müəyyən dönəmində -50, 60,70, 80 yaşlarında  dönüb arxaya baxmaq məcburiyyətində qalır, özü özünə sual verir: ötən günləri necə yaşamışam? Haradan  haraya gəlmişəm, İlahinin mənə bəxş etdiyi missiyanı yerinə yetirə bilmişəmmi? 
  İsa müəllimin ömür yolu indi Azərbaycanın hüquqi sərhədlərindən kənarda qalan qədim yurd yerimiz olan Dərəçicək mahalının, Axta rayonunun Axundov kəndindən başlayır. İkinci Dünya müharibəsinin qurtarmasında bir sonra- 26 may 1946-cı ildə el ağsaqqalı Namaz kişinin ailəsində dünyaya gəlib. Taleyi müharibə dövrünün uşaqlarının taleyindən  o qədər də fərqlənməyib. Müharibədən sonra doğulsa da, qanlı-qadalı illər onun da uşaq­lığını, çöhrəsindəki sevinc  hissini oğurlayıb, sıxıntılı günlər yaşayıb. Uşaq vax­tın­dan əməyə alışıb, böyüklərin köməkçisinə çevrilib. Gül-çiçəyə bürünmüş Axundov kənd məktəbində 5 il təhsil alıb. Həmin illər dinc quruculuq illərinin baş­lan­ğıcı  idi. Azərbaycanlılar  tədricən itkilərlə barışıb əzab-əziyyətli günləri unut­ma­ğa çalışırdı ki,  ermənilərin fitnəkarlığı nə­ti­­cəsində  azərbaycanlıların Ermənistan SSR ərazisindəki ta­ri­xi etnik tor­paq­ların­dan qovulmasının növbəti mərhələsi başlandı. Qərbi Azər­bay­canda yaşayan 400 mindən artıq azərbaycanlının xeyli hissəsi "könüllülük prin­sipinə əsasən" Azərbaycana köçürüldü. Bu proses 50-ci illərin sonu, 60-cı illərin əv­vəllərinə kimi davam etdi. İsa müəllimin ailəsi Saatlı rayonunun Xanlar kəndində məskunlaşmaq məcburiyyətində qaldı. O, 1958-1962-ci illərdə həmin kənddəki orta məktəbdə təhsilini davam etdirdi.   1962-1967-ci illərdə V.İ.Lenin adına ADPİ-nin   Fizika-riyaziyyat fakültəsinin tələbəsi oldu. Bir müddət təyinatla (1967-1970 ) Saatlı rayon Severski orta məktəbində fizika-riyaziyyat müəllimi işlədi. İşləyə-işləyə ikinci ixtisas almaq məqsədilə  1967-71-ci illərdə C.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Hidromelorasiya fakültəsində qiyabi təhsil aldı.

     Azərbaycan ETPEİ-nin Təlimin texniki vasitələri və proqramlaşdırılmış təlim laboratoriyasında fizikanın tədrisi metodikası ixtisası üzrə əyani aspiranturaya daxil olduğuna görə  Azərbaycan Politexnik İnstitutunu bitirə bilmədi. Aspiranturada təhsil aldığı illərdə (1970-1973-ci illər) Moskva Hərbi Siyasi Akademiyasının  kafedra müdiri professor, general İ.İ.Tixonovun rəhbərliyi altında elmi axtarılar aparıb. 1973-1974-cü illərdə Kalinin şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra  ADPİ-də Ümumi texniki fənlər kafedrasında laborant kimi əmək fəaliyyətinə başlayıb. 1975-ci ildə prof.İ.İ.Tixonovun köməyi ilə institutun nəzdində Respublikada ilk dəfə yaradılmış "Avtomatlaşdırılmış AKKORD sinfi”ndən ibarət proqramlaşdırılmış təlim laboratoriyasının müdiri vəzifəsində çalışıb. 1980-ci ildə "Orta məktəbdə fizika təliminin effektliyinin yüksəldilməsində texniki vasitələrdən və proqramlaşdırılmış materiallardan kompleks istifadə problemi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1983-1985-ci illərdə ADPİ-nin Fizikanın tədrisi metodikası kafedrasında müəllim, 1985-1989 - cu illərdə baş müəllim, 1989-2016-cı  illərdə dosent vəzifəsində  çalışıb. 2011-ci ildə ADPU-da "Ümumtəhsil məktəblərində fizikanın tədrisində yeni informasiya  texnologiyalarından istifadənin nəzəri və praktik problemləri” mövzusunda doktorluq dissertasiyası   müdafiə edib. 2017-ci ildən ADPU-nun Fizikanın tədrisi metodikası kafedrasının professorudur. 

        Elmi uğurları ilə seçilən  İsa müəllim həm də xeyirxah insandır. 2003-cü ildə mən doktorluq dissertasiyası müdafiə edəndə Dissertasiya Şurasının elmi katibi olan İsa müəllimdən səmimiyyət, diqqət və qayğı görmüşəm. Tale elə gətirdi ki, İsa müəllimin doktorluq disser­ta­siyasının müdafiəsi sədri olduğum Dissertasiya Şurasında baş tutdu. Müdafiə prosesində bir daha hiss etdim ki, mütəxəssislər arasında  yüksək nüfuza malik olan İsa müəllim öz sahəsinin peşəkarıdır. Dissertasiya işini uğurla müdafiə etdi, tez də təsdiqini aldı. 

     İsa müəllim ADPİ-də  "Bilik” cəmiyyətinin məsul katibi (1978-1982), institut Metodik Şurasının katibi (1985), ADPU-nun  Aspirantura, doktorantura və magistratura şöbəsinin müdiri (1997-2004), ADPU-nun Elmi Metodik Şurasının sədr müavini (2014-2018), "Testlərin keyfiyyətinə nəzarət və qəbulu” komissiyasının  sədri (2007-2016), "Fizika və  texnologiya” Fakültəsinin Metodik Şurasının sədri (2016-2017) vəzifələrində çalışmışdır.   Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının  Fəlsəfə, pedaqogika, psixologiya və fənlərin tədrisi metodikası üzrə ekspert şurasının üzvü (2013-2015; 2017- 2018-ci illərdə) olmuşdur. 

     12 monoqrafiya, kitab və kitabçanın, 14 metodik göstəriş və tədris proqramı, 170-dən çox elmi məqalə və  20 tezisin müəllifidir.  "Təlimin texniki vasitələri və yeni informasiya texnologiyaları, tədrisdə onlardan istifadə metodikası” (2006), "Ümumtəhsil məktəblərində fizikanın tədrisində yeni informasiya texnologiyalarından istifadə üzrə işin sistemi” (2009), "Ümumtəhsil məktəblərində fizika təliminin müasir texnologiyaları” (2012), "Ümumtəhsil məktəblərində fizikanın tədrisində yeni informasiya texnologiyalarından istifadənin nəzəri və praktik problemləri” (2013), "Fizikanın tədrisi metodikasının müasir problemləri” (2016), "Fizikanın tədrisində yeni informasiya texnologiyalarından istifadə (laboratoriya praktikumu) dərs vəsaiti” (2017), "Fizikanın tədrisi metodikası” (2018) adlı dərslik və dərs vəsaitlərinin müəllifidir. 8 kitabın tərtibçisi, 20-yə yaxın metodik göstəriş və proqramın elmi redaktoru və rəyçisi olub. Əsərləri Bakı, Moskva, Voronej, Kursk, Novosibirsk, Almatı,  Ankara, Astana, Minsk, Mahaçqala, Dərbənd şəhərlərinin nüfuzlu jurnallarında və elmi məcmuələrində çap edilib. 

      Rəhbərliyi ilə 1 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almış,  1 nəfərin elmlər doktoru dissertasiyasının elmi məsləhətçisidir. 1997-2003-cü illərdə ADPU-da fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsil tarixi ixtisası üzrə Dissertasiya Şurasının elmi katibi olub. ADPU-nun "Təhsildə İKT”, Az.TU-nun "Elmi əsərləri”, "Pedaqogika”   elmi-metodik jurnalların redaksiya heyətinin üzvüdür. Elmi-pedaqoji fəaliyyəti ilə əlaqədar müxtəlif sertifikatlara, mükafat və təltiflərə layiq bilinib. ADPU-da  keçirilən "İlin alimi” müsabiqəsində pedaqoji elmlər üzrə I yer (2012), III yer (2011) və II yerə (2013) layiq görülmüşdür. Təhsil Nazirliyinin kollegiyasının qərarı ilə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub (2012), ADPU rəhbərliyinin təşəkkürnaməsinə layiq bilinib (2016). 

       Bu sadaladıqlarım  fakt və rəqəmlər professor İsa Namaz oğlu İsmayılovun  75 illik ömür kitabının yadda qalan anlarıdır. Onun yaşadığı ömrü xəyalında canlandıraraq  fəxr etməyə, qürurlanmağa mənəvi haqqı var. Çünki bu ömür kitabının hər səhifəsi əziyyətlə, zəhmətlə, şərəf  və ləyaqətlə yazılıb.

Fərrux RÜSTƏMOV, 

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi.



Загрузка...
Həmçinin oxuyun:
ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Professor Abuzər Xələfov vəfat edib

Professor Abuzər Xələfov vəfat edib

Universitetin professoru vəfat etdi

Universitetin professoru vəfat etdi

Təhsil Nazirliyinə ən real namizəd

Təhsil Nazirliyinə ən real namizəd

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

ADPU rəhbərliyi Nailə Mirməmmədlinin ailəsi və yaxınlarına baş sağlığı verir

ADPU rəhbərliyi Nailə Mirməmmədlinin ailəsi və yaxınlarına baş sağlığı verir

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı

Plan yerləri daha çox boş qalan universitetlər - SİYAHI

Plan yerləri daha çox boş qalan universitetlər - SİYAHI

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

Harvardın 30 yaşlı azərbaycanlı professoru...

Harvardın 30 yaşlı azərbaycanlı professoru...

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

40 illik pedaqoji təcrübəsi olan müəllim döş nişanı ilə  təltif edildi

40 illik pedaqoji təcrübəsi olan müəllim döş nişanı ilə təltif edildi

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının növbəti elmi seminarı keçirilmişdir

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının növbəti elmi seminarı keçirilmişdir

Prezident alimin vəfatı ilə əlaqədar başsağlığı verdi

Prezident alimin vəfatı ilə əlaqədar başsağlığı verdi

Fizika və texnologiya fakültəsində “Praktik Bacarıqlar Mərkəzi” fəaliyyətə başladı

Fizika və texnologiya fakültəsində “Praktik Bacarıqlar Mərkəzi” fəaliyyətə başladı