AzTehsil.com


Xəbərlər / Psixoloq
10 mart 2021
2 622


Psixoloqlar məktəb direktorlarına çay daşımaqla məşğuldur... - Məktəbli intiharları ilə bağlı ÇAĞIRIŞ



Psixoloqlar məktəb direktorlarına çay daşımaqla məşğuldur... - Məktəbli intiharları ilə bağlı ÇAĞIRIŞ

 

"2020-ci il martından sonra tədris prosesinin onlayn qaydada keçirilməsi, şagirdlərin bütün günü evə qapadılması və dostlar arasında ünsiyyətin azadılması onlarda çox ciddi psixoloji gərginlik yaradıb".

Bunu Sfera.az-a təhsil eksperti Kamran Əsədovbildirib. K.Əsədov müxtəlif səbəblərin cari və ötənilki tədrisə ciddi təsir etdiyini vurğulayıb:

"Bu il 11-ci sinif şagirdləri bir gün belə məktəbə getmədən məzun olacaqlar. Onların yaş xüsusiyyətlərini nəzərə alsaq, bu halın mənfi təsir yaratması danılmazdır. Bu gün biz bir çox hallarda görürük ki, imtahan prosesi şagirdlərin əksəriyyətində ciddi gərginlik yaradır. Həm pandemiya həm də zəfərlə başa çatan müharibə şəraiti dərslərin keçirilməsinə öz təsirini göstərdi. Hesab edirəm ki, biz bu amili mütləq nəzərə almalı, uşaqlarla individual qaydada çalışmalıyıq".

Təhsil eksperti qonşu ölkələrdə məktəb psixoloqlarının fəaliyyətini yüksək qiymətləndirib. K.Əsədov Türkiyə məktəblərində psixoloqların işindən nümunə də gətirib:

"Əksər ölkələrdə məktəb psixoloqlarının üzərinə pandemiya dövründə ciddi məsuliyyət qoyulub. Məsələn, qardaş Türkiyədə psixoloqlar şagirdlərin psixoloji durumunu öyrənmək üçün onlarla testlər keçirir, sorğular aparır. Amma bizdə şagirdlərlə bu istiqamətdə heç bir iş görülmür. Hesab edirəm ki, məktəb psixoloqları mütləq şəkildə şagirdlərlə işləməlidir. Çox təəssüf ki, indi psixoloqların çoxu məktəblərdə direktora çay daşımaqla ya da kargüzarlıqla məşğuldur.

Məktəblərin mütləq əksəriyyətində psixoloq ştatına ayrılan yer də çox azdır. 100 şagirdi olan məktəbə də bir yer ayrılır, 1000-2000 şagirdi olan məktəbə də... Bundan əlavə psixoloqlarımızın təcrübə və təhsilləri də yerində olmur. 3-5 ay kurs oxuyan biri gəlib, məktəbdə psixoloqluq etməməlidir. Qeyd etdiyim ki, qonşu ölkələrdə psixoloqların üzərində çox ciddi məsuliyyət və nəzarət var".

"Artıq həyəcan təbili çalmağın vaxtıdır.." - təhsil eksperti psixoloqların yuxarı sinif şagirdləri ilə işləməli olduğunu qeyd edib:

"İndiki məqamda psixoloqlar buraxılış imtahanı ilə əlaqədar yuxarı siniflərlə daha çox işləməlidir. Artıq həyəcan təbili çalmağın vaxtıdır. Əgər psixoloqlar şagirdlərlə aktiv işləsələr onlar intihar həddinə gəlib çıxmazlar. Heç kim birdən-birə intihar etmir, bu mərhələyədək insan müəyyən probelmlər yaşayır. Buna görə də şagirdlərin, yeniyetmələrin psixoloji durumu mütləq şəkildə izlənməlidir. Amma bizim psixoloqlarımız şagirdləri izləmir, buna görə də xoşagəlməz halların şahidi oluruq".



Загрузка...
Həmçinin oxuyun:
Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Pandemiya abituriyentlərin əsəblərini pozub -EKSPERT

Pandemiya abituriyentlərin əsəblərini pozub -EKSPERT

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" -  Şagirdlərimiz nədən məhrumdular?

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" - Şagirdlərimiz nədən məhrumdular?

Təhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıb

Təhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıb

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Ənənəvi dərslərin martın 1-dən başlayacağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ənənəvi dərslərin martın 1-dən başlayacağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Psixoloji xidmət: qayda var, qanun var, maaş olsun, iş olsun

Psixoloji xidmət: qayda var, qanun var, maaş olsun, iş olsun

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Nazirlikdə "Mavi balina" toplantısı - Məktəblərə XƏBƏRDARLIQ edildi

Nazirlikdə "Mavi balina" toplantısı - Məktəblərə XƏBƏRDARLIQ edildi

Almaz Həsrət: “6, 7, 8-ci sinifdən məktəbdən çıxarılmış şagirdlərə görə məktəb heç bir hüquqi məsuliyyət daşımır”

Almaz Həsrət: “6, 7, 8-ci sinifdən məktəbdən çıxarılmış şagirdlərə görə məktəb heç bir hüquqi məsuliyyət daşımır”

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

Nazirlik həyəcan təbili çalmalıdır: ...Məktəblər yenidən bağlana bilər

Nazirlik həyəcan təbili çalmalıdır: ...Məktəblər yenidən bağlana bilər

Sosioloq həyacan təbili çaldı: “Azərbaycan ailəsində heç vaxt indiki qədər gərginlik olmayıb”

Sosioloq həyacan təbili çaldı: “Azərbaycan ailəsində heç vaxt indiki qədər gərginlik olmayıb”

Psixoloqların Təhsil Nazirliyinə  müraciəti

Psixoloqların Təhsil Nazirliyinə müraciəti

Məktəb psixoloqları üçün seminar

Məktəb psixoloqları üçün seminar

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Şükran Dədəyev: “ÇIXIŞA DOĞRU” verlişinə sözardı

Şükran Dədəyev: “ÇIXIŞA DOĞRU” verlişinə sözardı

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Elina Hacıyeva niyə intihar etdi...

Elina Hacıyeva niyə intihar etdi...

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Psixoloqdan abituriyent valideynlərinə irad: “Bu məsələ onlar üçün kölgədə qalıb”

Psixoloqdan abituriyent valideynlərinə irad: “Bu məsələ onlar üçün kölgədə qalıb”