AzTehsil.com


Xəbərlər / Müəllim
07 yanvar 2021
8 274


Ənənəvi dərslərin martın 1-dən başlayacağı ilə bağlı RƏSMİ AÇIQLAMA



Ənənəvi dərslərin martın 1-dən başlayacağı ilə bağlı RƏSMİ AÇIQLAMA

 

Azərbaycanda gündəlik yoluxanların sayı günbəgün azalmaqda davam edir. Yanvarın 6-na olan statistik məlumatlara görə 799 nəfər koronavirusa yoluxub, 2383-ü isə sağalıb və evə buraxılıb.

Son günlər yoluxmaların sayında müşahidə olunan ciddi azalma mart ayından mərhələli ənənəvi təhsilin bərpasını gündəmə gətirir. Mart ayından ilk olaraq ibtidai siniflər üçün ənənəvi tədris bərpa edilə bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan təhsil eksperti Kamran Əsədov  bildirib ki, "Təhsil öz ətrafında 2 milyondan çox şəxsi birləşdirdiyinə görə birdən-birə bu prosesin bərpası gözlənilmir. Nəzərə alsaq ki, onlayn qaydada təhsil tədris edilsə də, xüsusən ibtidai siniflərdə təhsil alan şagirdlər bu vasitə ilə mövzunu tam mənimsəyə bilmirlər. Zəruri bilik və bacarıqlara yiyələnmirlər. Ümumiyyətlə, təhsil prosesinin birdən-birə bərpası gözlənilmir. Düzdü, ölkəmizdə uzun müddətdir ki, karantin rejimidir. Bu da ciddi şəkildə yoluxmaların artmasına imkan vermir. Son günlər də yoluxanların sayında xeyli azalma var. İnsanlar pandemiya dövründə davranış qaydalarına əməl edirlər. Bu vərdişlərə də yiyələniblər. Bugünki yoluxmaların sayı onu deməyə əsas verir ki, mart ayına qədər ənənəvi təhsilin bərpası gözləniləndir. Hətta beynəlxalq təşkilatlar təhsil sisteminin bu qədər uzun müddətdə bağlı qalmasına müsbət yanaşmır və tövsiyə olunur ki, tədris prosesi mütləq şəkildə bərpa edilməlidir. Çünki bu, daha ciddi fəsadlara gətirib çıxara bilər”.

Kamran Əsədov qeyd edib ki, rəqəmlər mart ayına qədər daha da azala bilər: "Nəzərə alsaq ki, 50-yə yaxın ölkədə vaksinasiyaya başlanılıb. Yaxın günlərdə ölkəmizdə də başlanılması gözlənilir. Əlbəttə, bütün bu proseslər ənənəvi təhsilin bərpasına ümid yaradır. Ən ciddi məsələ tədris bərpa edildikdən sonra qaydalara əməl edilməsidir. Təbii ki, birdən-birə bütün dərslər ənənəvi qaydada bərpa edilə bilməz. Nəzərə alsaq bizim şagirdlər uzun müddətdir tədris prosesindən kənarda qalıblar. Hətta onlar müəyyən qədər tənbəlləşiblər”.

Ekspert vurğulayıb ki, aparılan monitorinqlər onu göstərir ki, onlayn dərslərin başlama saatı fərqlidir: "Əgər ənənəvi dərslər 8-də başlayırsa, onlayn qaydada isə bu proses 9-10 arası, hətta günün ikinci yarısı da baş tutur. Bu da şagirlər arasında müəyyən tənbəlləşməyə gətirib çıxarıb. Digər tərəfdən, mart ayından bizim şagirdlərimiz məktəbə getmirlər. Birdən-birə dərslər bərpa edilərsə, onlar tam şəkildə dərs prosesinə adaptasiya olmayacaqlar. Yəni birinci mərhələdə dərslərin hibrid qaydada, saat 8-dən gec başlaması tövsiyə olunur ki, şagirdlər psixoloji və fiziki şəkildə prosesə uyğunlaşa bilsinlər. Çünki şagirdlər 10 aydır ki, ənənəvi təhsildən uzaqdır.  Onların birdən-birə dərslərə başlaması müəyyən fəsadlar yarada bilər.

Digər vacib məsələ tədris prosesindəki dərs yükü ilə bağlıdır. Təbii ki, hazırda onlayn qaydada mənimsəyə bilmədikləri mövzuların da dərinləşmiş qaydada sürətləndirilmiş proqramlarla təkrarı vacibdir. Xüsusi formativ imtahanlar həyata keçirilməlidir ki, bu müddətdə mənimsəyə bilmədikləri mövzuları yenidən öyrənə bilsinlər. Çünki fənnlər və siniflərlə əlaqəni nəzərə alsaq, orada müəyyən problemlər qaçılmazdır. İnanıram ki, bu addım mütləq atılmalıdır.

Kamran Əsədov söyləyib ki, şagirdlər mart ayında ənənəvi dərslərə başlayarlarsa, tədris ilinin bitmə müddəti müəyyən qədər fərqli ola bilər: "Çünki şagirdlər uzun müddət prosesdən uzaq qalıblar. Bu baxımdan məktəblilər may ayında tədris ilinin bitməsi barədə düşünməməlidirlər. Əgər biz tam şəkildə proqramın çatdırılmasını, zəruri bilik və bacarıqların formalaşdırılmasını düşünürüksə, tədris müddətinin bitmə zamanına yenidən baxılmalıdır. Ən yaxşı halda mart ayından ənənəvi dərslər qismən bərpa edilə bilər”.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Cəsarət Valehov saytımıza açıqlamasında ibtidai siniflər üçün martın 1-dən ənənəvi qaydada dərslərin bərpa ediləcəyi ilə bağlı səsləndirilən fikirlərin əsassız olduğunu vurğulayıb: "Sosial şəbəkədə gün ərzində yüzlərlə belə xəbər çıxır. Təhsil Nazirliyi hər hansı məsələ olanda və qərar verəndə ilk olaraq özü bu barədə məlumat yayır. Hazırda bununla bağlı heç bir rəsmi qərar yoxdur”.



Загрузка...
Həmçinin oxuyun:
Azərbycanda bu tarixdən məktəblər açıla bilər

Azərbycanda bu tarixdən məktəblər açıla bilər

Dərslərin ənənəvi qaydada keçirilməsi mart ayına qədər gözlənilmir - Ekspert

Dərslərin ənənəvi qaydada keçirilməsi mart ayına qədər gözlənilmir - Ekspert

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Azərbaycanda dərslər sentyabrın 1-də başlayacaq? - Təhsil Nazirliyi AÇIQLADI

Azərbaycanda dərslər sentyabrın 1-də başlayacaq? - Təhsil Nazirliyi AÇIQLADI

Dərslər 15 sentyabrda başlaya bilər? - “Onlayn təhsil baş aldatmaqdır”

Dərslər 15 sentyabrda başlaya bilər? - “Onlayn təhsil baş aldatmaqdır”

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Karantin rejimi uzadılarsa, dərslər yenidən onlayn keçirilə bilərmi? - AÇIQLAMA

Karantin rejimi uzadılarsa, dərslər yenidən onlayn keçirilə bilərmi? - AÇIQLAMA

Məktəblər yayda açılacaq?

Məktəblər yayda açılacaq?

Təhsilin bərpası ilə bağlı tövsiyə

Təhsilin bərpası ilə bağlı tövsiyə

Ali təhsil müəssisələrində imtahanlar onlayn və ənənəvi qaydada baş tuta bilər

Ali təhsil müəssisələrində imtahanlar onlayn və ənənəvi qaydada baş tuta bilər

Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO

Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO

Noyabrın 1-də məktəblər yenidən bağlanır? – RƏSMİ AÇIQLAMA

Noyabrın 1-də məktəblər yenidən bağlanır? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda bu tarixdə iri ticarət mərkəzləri açılacaq - AÇIQLAMA

Azərbaycanda bu tarixdə iri ticarət mərkəzləri açılacaq - AÇIQLAMA

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Dərslər sentyabrın 15-də başlanacaq - Elçin Əfəndidən AÇIQLAMA

Dərslər sentyabrın 15-də başlanacaq - Elçin Əfəndidən AÇIQLAMA

“Səhər aşağı siniflərə, nahardan sonra yuxarı siniflərə dərs keçilsin” — TƏKLİF

“Səhər aşağı siniflərə, nahardan sonra yuxarı siniflərə dərs keçilsin” — TƏKLİF

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Ekspert: “Tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır”

Ekspert: “Tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır”

Qəbul imtahanlarında maksimum bal toplayanlar nəyə görə azalıb?

Qəbul imtahanlarında maksimum bal toplayanlar nəyə görə azalıb?

Tibbi spirtdən istifadə şagirdlər üçün təhlükə yaradacaqmı?

Tibbi spirtdən istifadə şagirdlər üçün təhlükə yaradacaqmı?

Nadir İsrafilov:"Distant forma ali məktəblər üçün məqbul sayılsa da, orta məktəblər üçün müəyyən problemlər yaradacaq".

Nadir İsrafilov:"Distant forma ali məktəblər üçün məqbul sayılsa da, orta məktəblər üçün müəyyən problemlər yaradacaq".

Uşaq bağçaları və məktəblərdə tədris necə bərpa oluna bilər? – Ekspertdən TƏKLİF

Uşaq bağçaları və məktəblərdə tədris necə bərpa oluna bilər? – Ekspertdən TƏKLİF

Akademik İsa Həbibbəyli -“Test sualları dəyişdirilə bilər”

Akademik İsa Həbibbəyli -“Test sualları dəyişdirilə bilər”