AzTehsil.com


Xəbərlər / Psixoloq / Ekspert
08 iyul 2020
1 481


Pandemiya abituriyentlərin əsəblərini pozub -EKSPERT



 

Heç olmasa imtahanlarda qaydalar müəyyən qədər yumşaldılmalıdır.


Hər dəfə imtahanlar təxirə salındıqdan sonra şagirdlər psixoloji gərginlik keçirirdilər. Xüsusilə 11-ci sinif şagirdləri sonrakı mərhələdə buraxılış imtahanından başqa qəbul imtahanı da verəcəklər. Ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar olaraq mart ayının 3-dən etibarən tədris prosesi dayandırılıb. Bu zaman qarşıda duran ən vacib məsələ qəbul və buraxılış imtahanlarının keçirilməsi idi. Aprel ayında öncə 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulurdu. Amma pandemiya səbəbindən bəzi imtahanların keçirilməsi təxirə salındı.

İmtahanların təxirə salınması şagirdlərin psixoloji durumuna da mənfi təsir göstərib. Buna baxmayaraq imtahan prosesinin necə sistemləşdirilməsi və sona çatması hələ sual altındadır.

Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov "Sherg.az”a açıqlamasında bildirib ki, pandemiya ilə əlaqədar olaraq Dövlət İmtahan Mərkəzi (DİM) ilə Nazirlər Kabinet razılaşaraq iyunun 10-dan yeni prosesə başladı. Bir ay ərzində həm 9-cu, həm də 10-cu sinifdə təhsil alan şagirdlər buraxılış imtahanı verdilər: "Amma keçən illə müqayisədə imtahanda kifayət qədər dəyişikliklər edildi.

İlk dəyişiklik 9-cu sinifdə oxuyan şagirdlərlə bağlı idi. Bu şagirdlər 2019-cu ilə qədər imtahanı 2 mərhələli verirdilərsə, onlar builki imtahanı 1 mərhələli olaraq verdilər. Onlar hər fənn üzrə toplayacaqları bal 100, yekun olaraq isə 300 bal toplaya bilərdilər. Şagirdlər bu balla orta ixtisas təhsil müəssisələrinə, kolleclərə seçim etmək hüququna malikdirlər. 11-ci sinif şagirdləri üçün isə imtahanların ümumi məzmununda yox, 2 formatında dəyişiklik edildi. Açıq tipli test tapşırıqlarının sayı azaldı, həmçinin imtahanda iştirakla bağlı dəyişiklik edildi. Artıq imtahan binalarında 15-dən artıq şagirdin buraxılmasına icazə verilmədi. Şagirdlər binaya daxil olanda onların istilikləri yoxlanılırdı. Temperatur olduqda isə imtahana girişi məhdudlaşdırılırdı”. 


 

K.Əsədov bildirib ki, mart ayından etibarən tədris prosesinin dayanması şagirdlərin hazırlıq kursları və repetitora getməməsi onların buraxılış imtahanı nəticələrinə də müəyyən qədər təsir göstərdi:
"Baxmayaraq ki, iyun ayının 10-u və 11-də keçirilən imtahanda şagirdlər arasında bir nəfər maksimum – 300 bal topladı. İki şagird isə 297 bal nəticə göstərdi. Təbii ki, keçən illə müqayisədə hələ ki, imtahan nəticələrini təhlil etmək tezdir. Çünki 9-cu sinif üzrə imtahanlarda 110 min nəfər, 11-ci siniflərdə isə 85 min nəfər imtahanın məhz birinci mərhələsində iştirak edəcək”. 
Ekspert vurğulayıb ki, imtahan prosesinin gecikməsi və dəfələrlə təxirə salınması şagirdlər arasında müəyyən psixoloji gərginliklər yaradır: "Hər dəfə imtahanlar təxirə salındıqdan sonra şagirdlər psixoloji gərginlik keçirirdilər. Xüsusilə 11-ci sinif şagirdləri sonrakı mərhələdə buraxılış imtahanından başqa qəbul imtahanı da verəcəklər. İki imtahan arasında vaxtın azlığı onların növbəti imtahanlara zəif hazırlaşmasına səbəb olacaq. Düzdür, iyun ayının 10-u və 11-i imtahan verən abituriyentlər riyaziyyatdan test tapşırıqlarının çətin olduğunu bildirdilər. Onlar qeyd edirlər ki, buraxılış imtahanında təqdim edilmiş test tapşırıqları ağırlıq səviyyəsinə görə buraxılış imtahanı səviyyəsində deyil. Amma aparılan monitorinqlər göstərir ki, iyun ayının 10-u və 11-də şagirdlərə təqdim edilmiş test tapşırıqları orta ümumtəhsil məktəblərinin proqramlarını tam əhatə edir. Proqramdan kənar hər hansı bir mövzu yoxdur. Eyni zamanda martın 3-dən sonra keçirilməsi nəzərdə tutulmayan mövzulardan sonra da test tapşırıqları təqdim edilməyib”.
K.Əsədov qeyd edib ki, bu il təkcə Azərbaycan deyil, bütün dünya pandemiya səbəbindən yeni imtahan prosesini gözləyir:
"Təbii ki, imtahanların keçirilməsi dünya təcrübəsinə əsaslanaraq təşkil edilməlidir. Pandemiya dövründə karantin rejimindən asılı olmayaraq imtahanların keçirilməsi müəyyən epidemioloji qaydalara tətbiq edilməklə həyata keçirilməlidir. Bu, imtahan iştirakçılarının psixoloji vəziyyətinə də təsir göstərir. Çünki şagirdlərin hər dəfə imtahan porsesinin təxirə salınması növbəti imtahana hazırlaşmasına əngəl yaradır. İsti havalar eyni zamanda hazırlıq kurslarının və repetitorluq fəaliyyətinin mövcud olmaması da müəyyən təsir göstərir. Hesab edirəm ki, qaydalar müəyyən qədər yumşaldılmalıdır. Ən azından şagirdlərin imtahanda iştirakı təmin edilməlidir. Eyni zamanda hazırlıq kursları və repetitorluq fəaliyyətinin olmaması onların imtahan nəticələrinin aşağı düşməsinə səbəb olacaq”.



Загрузка...
Həmçinin oxuyun:
IX sinif şagirdlərinin nəticələri 100 ballıq şkalaya keçirildi

IX sinif şagirdlərinin nəticələri 100 ballıq şkalaya keçirildi

Buraxılış imtahanları ilə bağlı yenilik - DİM-dən AÇIQLAMA

Buraxılış imtahanları ilə bağlı yenilik - DİM-dən AÇIQLAMA

Buraxılış imtahanı təxirə salındı

Buraxılış imtahanı təxirə salındı

Peşə məktəblərindəki  şagirdlər sabah buraxılış imtahanı verəcəklər

Peşə məktəblərindəki şagirdlər sabah buraxılış imtahanı verəcəklər

Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”

Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

Elçin Əfəndi buraxılış imtahanlarının qiymətləndirilməsi ilə bağlı məsələlərə aydınlıq gətirib

Elçin Əfəndi buraxılış imtahanlarının qiymətləndirilməsi ilə bağlı məsələlərə aydınlıq gətirib

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

Məzunların attestatına qiymətlər hansı qaydada yazılacaq? - DİM-dən AÇIQLAMA

Məzunların attestatına qiymətlər hansı qaydada yazılacaq? - DİM-dən AÇIQLAMA

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

İmtahanlar təxirə salındı.

İmtahanlar təxirə salındı.

Buraxılış imtahanında ballar belə hesablanacaq

Buraxılış imtahanında ballar belə hesablanacaq

11-ci və 9-cu sinif buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası haqqında məlumat

11-ci və 9-cu sinif buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası haqqında məlumat

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda buraxılış imtahanları keçirilir

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda buraxılış imtahanları keçirilir

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

Qəbul imtahanının yeni qaydaları - CƏDVƏL

Qəbul imtahanının yeni qaydaları - CƏDVƏL

36 mindən çox 9-cu sinif şagirdi buraxılış imtahanı verəcək

36 mindən çox 9-cu sinif şagirdi buraxılış imtahanı verəcək

Şagirdlər sabah buraxılış imtahanı verəcək

Şagirdlər sabah buraxılış imtahanı verəcək