AzTehsil.com


Xəbərlər / Ekspert
11 may 2020
2 084


Elçin Əfəndi buraxılış imtahanlarının qiymətləndirilməsi ilə bağlı məsələlərə aydınlıq gətirib



 

"Mart ayının 1-də 9-cu siniflərin buraxılış imtahanlarının I mərhələsində iştirak etmiş 39672 nəfər şagirdin imtahan nəticələri hər bir fənn üzrə elmi statistik araşdırmalar əsasında 100 ballıq şkala ilə tənzimlənərək qiymətləndiriləcək. Yəni ümumi 300 ballıq şkala ilə qiymətləndirilmə aparılacaq. Bu zaman 90 ballıq qiymətləndirmə ləğv olunur”.

Bu haqda təhsil eksperti Elçin Əfəndi məlumat verib.

Elçin Əfəndi buraxılış imtahanlarının qiymətləndirilməsi ilə bağlı məsələlərə aydınlıq gətirib:

"Mart ayının 1-də imtahan vermiş 39672 nəfər şagirddən təxminən 4000 nəfərə qədər 9 illikdən orta ixtisas təhsil müəssisələrinə ərizə qəbulunda iştirak edəcəklərini qeyd etdikləri üçün onlar birbaşa II mərhələdə iştirak edəcəklər. Bu zaman onların II mərhələdə əldə etdikləri nəticə 300 ballıq şkala ilə qiymətləndiriləcək və müsabiqədə yalnız II mərhələ nəticəsi əsas götürüləcək.
Təxminən 35672 nəfər şagirdin 1 mart tarixli imtahan nəticələrinin hər fənn üzrə 100 ballıq şkala ilə, ümumi fənlər ilə isə 300 ballıq şkala ilə yekun qiymətləndirilməsi yaxın günlərdə Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək”.

Təhsil eksperti qeyd edib ki, nəticələrindən narazı qalan şagirdlər yenidən imtahan verə biləcəklər:

"Bu zaman nəticəsindən narazı qalan şagirdlər olarsa (düşünmürəm ki, narazılıq çox olsun), həmin şagirdlər ilk olaraq təhsil aldıqları orta ümumtəhsil müəssisəsinə məlumat verməli, daha sonra isə Dövlət İmtahan Mərkəzinin onlar üçün ayrıca vaxtda təyin edərək, keçirməsini nəzərdə tutduğu imtahanda iştirak edəcəklər. Bu zaman onların I mərəhələdə əldə etdikləri nəticə deyil, ikinci mərhələdə əldə etdikləri nəticə 100 ballıq şkala ilə qiymətləndiriləcək və attestatlarında II mərhələ nəticəsi qeyd olunacaq. İştirak etməyənlərə gəlincə isə onların da attestatlarında I mərhələdə əldə etdikləri nəticə 300 ballıq şkala ilə müəyyənləşərək qeyd olunacaq.

"Hər iki imtahan mərhələsi 300 ballıq şkala ilə qiymətləndirildiyi üçün artıq onların cəmlənməsi olmayacaq. Yəni yeni, məhz bu ilə xas olan qaydalara əsasən I mərhələdə 90 bal və II mərhələdə 210 bal sistemi ləğv olunur. Əvəzində I mərhələdə iştirak edənlərin nəticəsi də 300 ballıq şkala ilə qiymətləndirilir, II mərhələdə iştirak edənlərin də”, – deyə Elçin Əfəndi sözlərinə əlavə edib.(Azedu.az)



Загрузка...
Həmçinin oxuyun:
İmtahan vermiş məzunlar narazı olduqları halda II mərhələdə iştirak edə bilərlər -DİM

İmtahan vermiş məzunlar narazı olduqları halda II mərhələdə iştirak edə bilərlər -DİM

Bu abituriyentlər xəbərdarlıqlara rəğmən “kəsildi”

Bu abituriyentlər xəbərdarlıqlara rəğmən “kəsildi”

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Yeni test modeli nə vaxt təqdim olunacaq? -AÇIQLAMA

Yeni test modeli nə vaxt təqdim olunacaq? -AÇIQLAMA

Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq- Ancaq...

Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq- Ancaq...

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

Tədris ilinin uzadılması nəzərdə tutulmur

Tədris ilinin uzadılması nəzərdə tutulmur

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Direktorların işə qəbulu üzrə müsahibələr davam edir

Direktorların işə qəbulu üzrə müsahibələr davam edir

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Dövlət İmtahan Mərkəzindən imtahan modeli barədə yeni AÇIQLAMA

Dövlət İmtahan Mərkəzindən imtahan modeli barədə yeni AÇIQLAMA

Qəbul imtahanının yeni qaydaları - CƏDVƏL

Qəbul imtahanının yeni qaydaları - CƏDVƏL

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Məktəblilər arasında müsabiqə keçiriləcək

Məktəblilər arasında müsabiqə keçiriləcək

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Bu istiqamətlər üzrə keçid balları qalxacaq - Proqnoz

Bu istiqamətlər üzrə keçid balları qalxacaq - Proqnoz

YENİLİK - Məktəblərdə böyük summativ qiymətləndirmələr artıq dərs vaxtında keçirilməyəcək

YENİLİK - Məktəblərdə böyük summativ qiymətləndirmələr artıq dərs vaxtında keçirilməyəcək

Bütün qruplar üzrə 150 ballıq ixtisaslar  - SİYAHI

Bütün qruplar üzrə 150 ballıq ixtisaslar - SİYAHI

Məktəbi vaxtından tez bitirmək istəyənlərin nəzərinə

Məktəbi vaxtından tez bitirmək istəyənlərin nəzərinə

Ali məktəblərə qəbullla bağlı yenilik edildi - Bilməli olduğunuz 7 əsas nüans - TƏHLİL

Ali məktəblərə qəbullla bağlı yenilik edildi - Bilməli olduğunuz 7 əsas nüans - TƏHLİL

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Summativ Qiymətləndirmələrlə bağlı ehtimal olunan dəyişikliklər

Summativ Qiymətləndirmələrlə bağlı ehtimal olunan dəyişikliklər

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

Yeni qəbul modeli: Buraxılış imtahanlarında 300, qəbul imtahanlarında 400 bal

Yeni qəbul modeli: Buraxılış imtahanlarında 300, qəbul imtahanlarında 400 bal