AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
08 may 2020
1 474


Tədris ilinin uzadılması nəzərdə tutulmur



Tədris ilinin uzadılması nəzərdə tutulmur

 

Operativ Qərargahda brifinq keçirilib

Mayın 7-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda  brifinq keçirilib.  Brifinqdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov və Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mövcud vəziyyətlə əlaqədar təhsil ictimaiyyətini maraqlandıran müxtəlif məsələlərə aydınlıq gətiriblər. 

Təhsil  naziri  Ceyhun Bayramov  mövcud vəziyyətlə bağlı təhsil sistemində gözlənilən dəyişikliklər barədə geniş təqdimat edib.   Qeyd edib ki, imtahanların keçirilməsi, ali təhsil sistemində yay imtahan sessiyasının təşkili, müxtəlif məqsədli müsabiqələr mövcud vəziyyətə uyğun yeni qaydalara və normalara müvafiq həyata keçiriləcək.  C.Bayramov ilk növbədə diqqətə çatdırıb ki,  ilkin olaraq beynəlxalq təcrübə nəzərə alınmaqla Dövlət İmtahan Mərkəzi belə kütləvi tədbirlərin həyata keçirilməsinə dair yeni qaydalar hazırlayaraq Operativ Qərargaha təqdim edib.

Təhsil naziri qeyd edib ki, iyunun 1-dən təhsil müəssisələrində tədris ilinin uzadılması nəzərdə tutulmur. "Ötən həftə Operativ Qərargah tərəfindən qərarlar verilib. Qərara görə, ümumtəhsil müəssisələrində təlim-tədris prosesinin dayandırılması 31 maya qədər uzadılıb”.

 Böyük və kiçik summativlərin keçirilməsi nəzərdə tutulmur

Nazir qeyd edib ki,  ümumtəhsil sistemində 2019-2020-ci tədris ilinin sonu üçün hər hansı qiymətləndirmənin, böyük və kiçik summativlərin keçirilməsi nəzərdə tutulmur. Şagirdlərin biliklərinin qiymətləndirilməsi üçün I yarımilin nəticələri əsas götürüləcək. Onun əsasında şagirdlərin yekun qiyməti çıxarılacaq və onlar növbəti sinfə keçiriləcək. Öz nəticələrindən razı olmayan şagirdlər nəticələri yaxşılaşdırmaq istəyirlərsə və ya hər hansı fəndən birinci yarımil üzrə qeyri-kafi qiymət alıblarsa, onlar tədris ili öncəsi məktəbə müraciət edərək yenidən qiymətləndirmədə iştirak edib öz qiymətlərini yaxşılaşdıra bilərlər.

900 min müəllim və şagird "Virtual məktəb” layihəsinə qoşulub

Təhsil naziri şagirdlərin təhsilinin fasiləsizliyinin təmin olunması üçün həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edilib ki, 11 mart tarixindən bütün ölkə ərazisində yayımlanan "Mədəniyyət” kanalında teledərslər təşkil olunub. Bu günə qədər bütün siniflər üzrə 1200-ə yaxın teledərslər yayımlanıb. Əlavə olaraq, 900 min müəllim və şagird "Virtual məktəb” layihəsinə qoşulub və onlayn tədris alır. Şagirdlərin verilmiş təhsil məzmununun mənimsəmə səviyyəsini bilmək üçün iyunda 3-6 min şagird arasında ölçmə və qiymətləndirmə onlayn şəkildə həyata keçiriləcək.
 
Birinci sinfə şagird qəbulunun vəziyyəti barədə məlumat verən Təhsil naziri qeyd edib ki, bu il 122 minə yaxın şagirdin birinci sinfə qəbulu elektron formada yekunlaşıb.  "Növbəti aylar ərzində şagirdlərin əlavə elektron formada müraciətini gözləyirik. Həlli açıq məsələlərə gəlincə, digər tədris dillərində, əsasən rus dilində birinci sinfə qəbul üçün 9621 şagird sorğu ilə müraciət edib. Onların müsahibəsinə mayın 20-də qeydiyyat başlanacaq, iyunda müsahibənin onlayn, yaxud üzbəüz keçirilməsi valideynlərin seçimi əsasında olacaq”.

 Təhsil naziri lisey və gimnaziyaların V-IX siniflərinə qəbulun bu il avqustun ikinci yarısında olacağını deyib. C.Bayramov şagirdlər arasında hər il keçirilən respublika fənn olimpiadaları barədə də danışıb. Qeyd edib ki, respublika fənn olimpiadasının ilkin mərhələsi yanvar-fevral aylarında  keçirilib: "Üçüncü final mərhələsi martın sonunda nəzərdə tutulurdu. 589 şagird finalda iştirak etmək hüququ qazanıb. 8 fənn üzrə final mərhələsi iyunun birinci yarısında planlaşdırılır”.

Təhsil naziri  ali təhsil müəssisələrinə qəbul imtahanlarının keçirilməsi ilə bağlı vəziyyətə toxunub. Qeyd edib ki, imtahanların keçirilməsi, ali təhsil sistemində yay imtahan sessiyasının təşkili, müxtəlif məqsədli müsabiqələrin keçirilməsi mövcud vəziyyətə əsasən yeni qaydalara və yeni normalara uyğun keçiriləcək.

C.Bayramov qeyd edib ki, peşələrlə bağlı qiymətləndirmə tələbələrin öncədən əldə etdikləri nəticələrə uyğun olacaq.  Avqust ayında  peşə təhsil müəssisələrinə qəbul nəzərdə tutulub.

M.Abbaszadə 2020-ci ildə keçiriləcək imtahan və tədbirlərə dair müvəqqəti müddəaları təqdim edib. O, qeyd edib ki,  9 və 11-ci sinif üçün buraxılış imtahanlarının keçirilməsi iyun ayında planlaşdırılır. Mart, aprel, may və iyun aylarında proqramda nəzərdə tutulan mövzular imtahan zamanı qiymətləndirilməyəcək.

Şagirdlər yaşadığı regionlarda imtahanda iştirak edəcək

M.Abbaszadə qeyd edib ki, 9-cu sinif şagirdləri üçün Azərbaycan dili imtahanı kağız daşıyıcılarında keçiriləcək : "İmtahana buraxılış vərəqəsini hər bir şəxs şəxsi kabinetindən əldə edəcək. Şagirdlər yaşadığı regionlarda imtahanda iştirak edəcək”. Ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul isə buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq. 

IX sinif buraxılış imtahanlarının iyun ayında bir mərhələdə bu imtahanın II mərhələsinin modeli əsasında keçirilməsi planlaşdırılır. I mərhələ üzrə imtahan vermiş məzunların imtahan nəticələri elmi-statistik hesablamalar tətbiq edilməklə 100 bala uyğunlaşdırılacaq. Digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər. Bu mərhələ üzrə maksimal bal hər fənn üzrə 70 deyil, 100 ballıq şkalaya uyğun hesablanacaq. Tam (11 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu onlayn şəkildə 12 may - 5 iyun tarixlərində təşkil ediləcək.
 
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu onlayn şəkildə 12 may - 5 iyun tarixlərində aparılacaq.
 
Qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

Oruc MUSTAFAYEV



Загрузка...
Həmçinin oxuyun:
Birinci sinfə qəbul  necə aparılacaq?- RƏSMİ

Birinci sinfə qəbul necə aparılacaq?- RƏSMİ

Müzakirə olunan məsələlərlə bağlı suallar və onların cavabları

Müzakirə olunan məsələlərlə bağlı suallar və onların cavabları

Şagirdlərin növbəti sinifə keçidi necə MÜMKÜN OLACAQ? - RƏSMİ

Şagirdlərin növbəti sinifə keçidi necə MÜMKÜN OLACAQ? - RƏSMİ

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

Keçiriləcək imtahanların tarixləri haqqında məlumat

Keçiriləcək imtahanların tarixləri haqqında məlumat

DİM imtahan tarixlərinin dəyişdirilmə səbəblərini açıqladı

DİM imtahan tarixlərinin dəyişdirilmə səbəblərini açıqladı

İyunun 1-dən təhsil müəssisələri məhdud şəkildə fəaliyyət göstərə bilər - BİRGƏ MƏLUMAT

İyunun 1-dən təhsil müəssisələri məhdud şəkildə fəaliyyət göstərə bilər - BİRGƏ MƏLUMAT

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Orta məktəbi Azərbaycanda oxuyan xarici vətəndaşlar qəbul imtahanını necə verəcəklər? –RƏSMİ CAVAB

Orta məktəbi Azərbaycanda oxuyan xarici vətəndaşlar qəbul imtahanını necə verəcəklər? –RƏSMİ CAVAB

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Ali təhsil müəssisələrində tədris ilinin uzadılması nəzərdə tutulmur

Ali təhsil müəssisələrində tədris ilinin uzadılması nəzərdə tutulmur

2019-cu ilin ilk yarısında keçiriləcək bəzi imtahanların tarixləri - TƏQVİM

2019-cu ilin ilk yarısında keçiriləcək bəzi imtahanların tarixləri - TƏQVİM

İmtahanlarla bağlı  inqilabi qərarların verildiyi rekord nəticələr ili  - Təkrarlanması çətin  göstəricilər,  rəqəmlər

İmtahanlarla bağlı inqilabi qərarların verildiyi rekord nəticələr ili - Təkrarlanması çətin göstəricilər, rəqəmlər

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatı

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatı

Rus bölməsi üzrə birinci sinfə qəbul onlayn formada keçiriləcək

Rus bölməsi üzrə birinci sinfə qəbul onlayn formada keçiriləcək

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

Ali təhsil müəssisələrində imtahanlar onlayn və ənənəvi qaydada baş tuta bilər

Ali təhsil müəssisələrində imtahanlar onlayn və ənənəvi qaydada baş tuta bilər

Buraxılış imtahanlarının və sənəd qəbulunun vaxtı dəyişdirildi

Buraxılış imtahanlarının və sənəd qəbulunun vaxtı dəyişdirildi

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb