Peşə məktəblərindəki şagirdlər sabah buraxılış imtahanı verəcəklər
Fevralın 17-də respublikanın 23 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan 3432 şagird buraxılış imtahanı verəcək.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, saat 11:00-da başlayacaq imtahanların idarə olunmasına 34 imtahan rəhbəri, 314 nəzarətçi-müəllim ayrılıb. İmtahanların keçirilməsi üçün 25 bina ayrılıb. İmtahan binasına buraxılış saat 10:45-də başa çatır. Bundan sonra gələn şagirdlər imtahana buraxılmır.
İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanında 3432 (Bakıda 1447, Gəncədə 301, Şəmkirdə 56, Gədəbəydə 71, Qazaxda 58, Tovuzda 71, Sumqayıtda 288, Şamaxıda 78, Qaxda 78, Bərdədə 139, Göyçayda 72, Kürdəmirdə 39, Zərdabda 32, Şirvanda 115, Sabirabadda 80, Biləsuvarda 33, Salyanda 55, Saatlıda 77, Lənkəranda 43, Cəlilabadda 113, Qubada 77, Qusarda 40, Xaçmazda 69 nəfər) 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.