AzTehsil.com


Xəbərlər
08 aprel 2019
3 982


Elina Hacıyeva niyə intihar etdi...



Elina Hacıyeva niyə intihar etdi...

 

 
Son günlər Bakı şəhər, Səbail rayonunda yerləşən 162 saylı məktəbin VIII sinif şagirdi Elina Hacıyevanın intihar etməsi qızğın müzakirələrə səbəb olub. Məsələ ilə bağlı fərqli reaksiyalar nümayiş etdirilir. Səsləndirilən fikirlərdə günahlandırılan tərəflər və səbəblər müxtəlifdir. Bəs, məsələnin kökündə duran əsas səbəb nədir?

AzTehsil.com xəbər verir ki, Modern.az saytı mövzu ilə bağlı kiçik araşdırma aparıb. 

Natamam ailə problemi, yoxsa...? 

Mediada gedən məlumatlara istinadən deyə bilərik ki, Elinanın intiharında digər səbəblərlə yanaşı, ailəsi də günahlandırılan əsas tərəfdir. Aldığımız informasiyaya görə, yeniyetmənin ailəsində və şəxsi münasibətində yaşadığı problemlər də ona psixoloji təsir edibmiş.

Görünən odur ki, natamam ailə problemi, ailədə baş verən xoşagəlməz hallar uşağın marginallaşmasına səbəb olur. Uşaq diqqətdən kənarda qalır və bu da onda müəyyən davranış pozuntularına gətirib çıxarır. Ailədə mənəvi qida əskikliyi uşaqların şəxsiyyət kimi formalaşmasında mənfi rol oynayır. Elina da natamam ailə probleminin qurbanına çevrilib. Mütəxəssislərin də fikrincə, ailədaxili münasibətlərin gərginləşməsi üzündən mənəvi zədələrə məruz qalan övlad cəmiyyətə heç də həmişə sağlam insan olaraq qarışa bilmir. Ümumi olaraq, ailənin tam olmaması uşaqda mütləq bir natamamlıq formalaşdırır.

Natamam ailənin övladı çox zaman özünə qapanır, ünsiyyət qura bilmir. Bu zaman onu mühit də qəbul etmir. Psixoloqların fikrincə, qadınlar daha emosional olduğundan, qız uşaqlarının belə hallardan dolayı travma alma riski daha çoxdur:

Başqa bir fakta görə, Elina bir müddət əvvəl oğlan dostundan ayrılıbmış. Onun şəxsi münasibətlərində yaşadıqları da ona pis təsir edib. Və sonda qəti şəkildə intihar etmək qərarına gəlib. 

"Bullinq” münasibət forması.... 

Bəs, Elinanın qarşılaşdığı "bulinq” nədir? Bulinq son zamanlar qlobal bir hal alıb və dünyanın bir çox inkişaf etmiş ölkələrində ciddi problemə çevrilib və indiyədək həllini tapmayıb. "Bullinq” qurbanı olan uşaq çox vaxt zoraklılğa məruz qalır.

Dünyada aparılan araşdırmaların nəticəsindən çıxış edərək deyə bilərik ki, uşaqların qarşılaşdığı zorakılıq faktlarının əsas faizini fiziki zorakılıq və ya bullinq təşkil edir. Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında 10-dan çox məktəblinin ölümünə səbəb olan digər məktəbli yoldaşı tərəfindən qətliam da, Avropanın inkişaf etmiş ölkələrində şagirdlər arşında baş verən zoraklılıq halları da bullinq xüsusiyyətlidir. Düşünmək olar ki elə bu məqsədlə də Təhsil Nazirliyi tərəfindən bir neçə il bundan əvvəl yaradılan "Məktəblinin dostu” layihəsinin daha da genişlənidrmək lazımdır. Beləki gərgin informasiyanın çətirinin məktəb şagirdlərinə uyumlu təsiri üçün bu işlə daha diqqətli məşğul olmaq lazımdır. "Məktəblinin dostu” bu baxımdan yaxşı ideyadır. 

Psixoloq yanaşması 

Bəs, bu məsələyə psixoloq yanaşması necədir? Bununla bağlı olaraq psixologiya üzrə fəlsəfə doktoru Limunət Əmrahlının fikirlərini almışıq.

Limunət Əmrahlı belə halların yaşanmasını təəssüf hissi ilə qarşılayır və yeniyetməliyin senzitiv yaş dövrü olduğunu, bu yaşda ciddi böhranların baş verdiyini qeyd edir.

Limunət Əmrahlının sözlərinə görə, yeniyetməlikdə inkişafın fiziki, əqli, əxlaqi, sosial sahələrində spesifik fərqlər yaranır. Psixikanın bütün sahələrində, o cümlədən mənəviyyatda keyfiyyətcə yenidənqurulma gedir: " Nəticədə orqanizmdə, özünüdərketmədə, yaşlılar və həmyaşıdlarla münasibətdə, davranışı nizamlayan mənəvi-etik sahələrdə, fəaliyyət və ünsiyyətdə struktur dəyişmələri baş verir. Bu dövrdə şagirdlər, istər oğlan olsun, istərsə də qız, çox həssas olurlar. 

Hazırda üzləşdiyimiz hadisədə bir çox amillər biri-birinə qarışıb: böhran+ailənin sosial inkişaf şəraiti + psixoloji-pedaqoji mühiti. Hətta, onun məktəbdə yeniyetməlik depressiyası yaşaması da mümkündür, ancaq biz buna əmin deyilik". 

Həmsöhbətimiz bildirir ki, bu cür halların az yaşanması üçün ailə ilə yanaşı məktəbdə də sadə proyektiv metodlarla diaqnostika işi aparılmalı, yeniyetməlik dövründə isə sistemli qaydada fərdi və ya qrup korreksiyası, qrup terapiyası, həmçinin inkişafetdirici işlər aparılmalıdır. 

Məktəbdə baş verən bu kimi halların mənbəyinin heç də həmişə məktəb olmadığını xüsusi vurğulayan L.Əmrahlının fikrincə, ailədə yaşananların psixoloji gərginlik mənbəyi yaratması mümkündür.

Ölkəmizdə ajiotaj yaradan bu hadisə göstərir ki, məsum yeniyetmə Elinanın bu faciəsinin yaşanmaması üçün həm valideyn-övlad münasibətləri , həm də məktəbdaxili münasibətlər düzgün şəkildə tənzimlənməlidir. Deməli, etdiklərimiz hələ çox azdır. Görə biləcəyimiz çox işlər var.



Загрузка...
Həmçinin oxuyun:
Ailədaxili şiddət məktəb dövründə belə öz mənfi təsirini göstərir.

Ailədaxili şiddət məktəb dövründə belə öz mənfi təsirini göstərir.

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Sosioloq həyacan təbili çaldı: “Azərbaycan ailəsində heç vaxt indiki qədər gərginlik olmayıb”

Sosioloq həyacan təbili çaldı: “Azərbaycan ailəsində heç vaxt indiki qədər gərginlik olmayıb”

Valideynlər, diqqətli olun! - Bu amillər uşaqları məhvə aparır

Valideynlər, diqqətli olun! - Bu amillər uşaqları məhvə aparır

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Ailə tərbiyəsində əsas vəzifələr  -

Ailə tərbiyəsində əsas vəzifələr -

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

“Sosial şəbəkələrdə “ağ atlı oğlan” axtarırlar”

“Sosial şəbəkələrdə “ağ atlı oğlan” axtarırlar”

Valideyn-övlad münasibətləri necə olmalıdır?

Valideyn-övlad münasibətləri necə olmalıdır?

Ailənin pedaqoji mühitə təsiri - Uşaqlar valideynlərini model olaraq görürlər

Ailənin pedaqoji mühitə təsiri - Uşaqlar valideynlərini model olaraq görürlər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Direktor məktəbdə ölən şagirdin yaxınlarına başsağlığı verdi – Bilinməyənləri dedi

Direktor məktəbdə ölən şagirdin yaxınlarına başsağlığı verdi – Bilinməyənləri dedi

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

HƏYACAN SİQNALI ! Tanınmış psixoloq Limunət Əmrahlı valideyinlərə müraciət etdi...

HƏYACAN SİQNALI ! Tanınmış psixoloq Limunət Əmrahlı valideyinlərə müraciət etdi...

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

“Azərbaycanda Psixologiya İnstitutunun yaradılmasına ehtiyac var”

“Azərbaycanda Psixologiya İnstitutunun yaradılmasına ehtiyac var”

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" -  Şagirdlərimiz nədən məhrumdular?

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" - Şagirdlərimiz nədən məhrumdular?

Məktəbli qız intihar etmək istəyibmiş – Ona lağ edirdilər

Məktəbli qız intihar etmək istəyibmiş – Ona lağ edirdilər

Valideynlər yeniyetmə övladlarına necə yanaşmalıdırlar?

Valideynlər yeniyetmə övladlarına necə yanaşmalıdırlar?

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...