AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
23 mart 2019
3 592


Ailədaxili şiddət məktəb dövründə belə öz mənfi təsirini göstərir.



 

 
Uşaqların inkişafında, şəxsiyyətinin formalaşmasında və ümumiyyətlə sağlam və xoşbəxt gələcəyində ailənin rolu danilmazdır.
 
Çünki məhz ailə uşağın həmişə sevildiyi, güvəndiyi, kömək və dəstək yeridir. Bundan savayı, uşaq ailə daxilində insanı münasibətləri mənimsəyir və cəmiyyətin gələcək üzvü kimi formalaşır. Uşaqlıq illərində əldə etdiyi təcrübəni həyatı boyunca yadda saxlayır. Lakın, bir çoxları bu qayğıdan kənar qaldığlarından savayı, həmçinin ailə daxilində şiddətə və zorakılığa məruz qalırlar. Ailəiçi şiddət günümüzün ən  qlobal problemlərindəndir. Bu problemin qadına təsirindən çox danışıldığl halda, zorakılığın əsas qurbanları – uşaqlar çox vaxt nədənsə kənarda qalırlar.

UNİCEF-in son məlumatına əsasən hər il dünyada 275 milyon uşaq ailəiçi şiddətə məruz qalır. Bu hər 5 uşaqdan biri deməkdər. Heç kəsə sirr deyil ki ailədaxili şiddətin uşaqlarin irəlləyən yaşlarında, sexsiyyetin  formalaşmasında boyuk təsiri var. Mütəxəsisslərin sözlərinə görə bu təsir bir çox hallarda uzunmüddətli emosional və psixolojı travmalara gətirib çıxarır.

Şiddət deyildikdə tək uşağın döyülməsi, təhqir olunması nəzərdə tutulmur. Bu termin ailə üzvləri arasında yaşanan zorakılıq və şiddət səhnəsinin şahidi olunması, təhqir və təhdidlərin eşidilməsini də əhatə edir.

Nəticədə, göstərilən şiddət uşaqlara qarşı yönəlməsə də, bundan ən çox zərər görən bir çox hallarda uşaqlardır. Şiddətə məruz qalan və ya şiddət göstərilən bir ailədə böyüyən uşaqlar, sağlam mühitdə böyüyən usaqlara nisbətən daha aqressiv olur və böyüdükcə başqa insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirlər. Valideynlər usaqlara böyuk təsir göstərirlər: imitasiya ilə, muəyyən mexanizmlər vasitəsi ilə usaqlar ana-atanin hərəkətlərini interiorizasiya edirlər.Buna sübut olaraq aparilan araşdırmalar göstərir ki, şiddət və zorakılıq törədən insanların 40 faizi vaxtiykən özləri şiddətə məruz qalanlardır. Şiddətin fəsadları elə uşaqlıq vaxtlarından özünü birüzə verir. Yaşanan qorxu, stress, narahatçılıq, aqressiya, yemək pozuntusu psixolojı pozğunluğa və yorğunluğa gətirib çıxardır. Yuxu pozuntusu riski hətta astma, allergiya, mədə-bağırsaq problemləri və depressiyadan əziyyət çəkən uşaqlarda nisbətən daha yuksək olur. Yuxusuzluğun əsas nəticəsi olaraq uşaqlar qorxulu yuxulardan əziyyət çəkir. Bu cür ruh halı uşaqların gələcəyində müxtəlif xronik psixoloji xəstəliklərə səbəb olur.

Ailədaxili şiddət məktəb dövründə belə öz mənfi təsirini göstərir. Məişət zorakılığı özgüvənin aşağı olması, zəif konsentrasiya, aşağı enerji və zəif inkişaf etmiş ünsiyyət və danışma bacarıqları kimi problemlər yaşadır.

Ailəiçi şiddətin ən ağır fəsadları isə yetkinlik dövrünə təsadüf edir. Aqressivlik, tez hirslənmə, ani reaksiya bir çox hallarda valideyinlərlə münaqişəyə səbəb olur. Depressiya, tənhalıq, dostlarla əlaqə qura bilməmək sonda cəmiyətdən tam xaric olmasına gətirib çıxardır. Spirtli içki və ya narkotik asılılığı isə sonda intihara meyilliyi artırır. Əgər qız uşaq dövründə şiddətə məruz qalıbsa və ya anasının şiddətə məruz qalmasının şahidi olubsa, bu zorakılıq onun gənclik dövründə ailə qurmasına da öz mənfi təsirini ğostərmiş olur. Beləliklə, ailədaxili şiddətin yaratdığı problemlər bir neçə nəsil özünü birüzə verə bilər.

Əlbət ki, məişət zorakılığını doğuran səbəblər bəzi hallarda zahirən görünməsə də, müəyyən amillər onun ehtimalını bir qədər artırır. Yoxsulluq, işsizlik, sosial-iqtisadi şərait, spirtli içkinin qəbulu və hətta ailədə ananın yaşı məişət zorakılığının əsas səbəblərindəndir. Təəssüf ki, son illərdə ailədaxili şiddətin qabağın alinmasında bir çox işlər gorünməsinə baxmayaraq, zorakılıq hallarında bir qədər artım müşahidə olunur. Azərbaycan Respublikasının 22 iyun 2010 cu il qanunu - törədilən zorakılığın, onun doğurduğu neqativ halların - hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, zorakılığın qurbanlarının müdafiəsi və onlara yardımın edilməsi, doğuran səbəblərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.

Günay Əliyeva Psixo-pedaqoq



Загрузка...
Həmçinin oxuyun:
Valideynlər, diqqətli olun! - Bu amillər uşaqları məhvə aparır

Valideynlər, diqqətli olun! - Bu amillər uşaqları məhvə aparır

Belə uşaqlar gələcəkdə cani olurlar… – Valideynlərin nəzərinə

Belə uşaqlar gələcəkdə cani olurlar… – Valideynlərin nəzərinə

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Uşaqlarda davranış pozuntusu və səbəbləri

Uşaqlarda davranış pozuntusu və səbəbləri

Davranış   pozuntusu   daha   cox  hansı  yaşda   olur.

Davranış pozuntusu daha cox hansı yaşda olur.

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Valideynlər nə üçün qızları məktəbə qoymurlar?

Valideynlər nə üçün qızları məktəbə qoymurlar?

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

Uşaq depressiyaları- VALİDEYNLƏR DİQQƏT!

Uşaq depressiyaları- VALİDEYNLƏR DİQQƏT!

Tərbiyədə ailə  yoxsa məktəb? - Mehriban  Məmmədova

Tərbiyədə ailə yoxsa məktəb? - Mehriban Məmmədova

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Uşağın tərbiyəsində ailə mühitinin rolu nə qədərdir?

Uşağın tərbiyəsində ailə mühitinin rolu nə qədərdir?

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Uşaqlardakı aqqresivliyin səbəbləri və onun aradan qaldırılması

Uşaqlardakı aqqresivliyin səbəbləri və onun aradan qaldırılması

Məktəblərdə pis hadisələrin statistikası - Münaqişə, spirtli içki...

Məktəblərdə pis hadisələrin statistikası - Münaqişə, spirtli içki...

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

KOMPÜTER OYUNLARI VƏ UŞAQLAR

KOMPÜTER OYUNLARI VƏ UŞAQLAR

Baş Prokurorluqdan intim videosu yayılan şagirdlərlə bağlı KİV-ə - Xəbərdarlıq

Baş Prokurorluqdan intim videosu yayılan şagirdlərlə bağlı KİV-ə - Xəbərdarlıq