AzTehsil.com

Xəbərlər / Cəmiyyət
13 fevral 2018
2 792

Baş Prokurorluqdan intim videosu yayılan şagirdlərlə bağlı KİV-ə - Xəbərdarlıq

Baş Prokurorluq yetkinlik yaşına çatmayanlarla əlaqədar yayılan məlumatlarla bağlı KİV-ə xəbərdarlıq edib.
 
Baş Prokurorluğun mətbuat xidmətindən  daxil olan məlumatda bildirilir ki, son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan orta məktəb şagirdinin zorakılıq hərəkətlərinə məruz qalması, hər iki yetkinlik yaşına çatmayan şəxsin adı, soyadı və onlar haqqında digər məlumatların təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçilərinin rəyi nəzərə alınmadan bu cür məlumatların yayılması qanun pozuntusu kimi qiymətləndirilməklə ictimaiyyəti ciddi narahat edir.

"Həmin faktla bağlı qanunla nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirildiyi halda, bəzi KİV-də bu qəbildən olan informasiyaların ictimailəşdirilməsi yetkinlik yaşına çatmayanların psixoloji, emosional sarsıntısına səbəb olmaqla yanaşı, ciddi problemlərə yol açır və həmin şəxslərin gələcək həyatlarını ciddi sınaqlarla qarşı-qarşıya qoyur. 
 
Kütləvi informasiya vasitələrində bu qəbildən olan məlumatların ictimailəşdirilməsi milli mənəvi dəyərlərimizə zidd olmaqla yanaşı, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş şəxsi toxunulmazlıq hüququnu, Cinayət Prosessual Məcəlləsinin, eləcə də digər qanunvericilik aktlarının tələblərinin pozuntusu kimi qiymətləndirilir.
 
Zorakılığa məruz qalan və cinayət hadisələrinin qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanlar haqqında informasiyaların yayımına həssaslıqla yanaşmaları barədə Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bəzi kütləvi informasiya vasitələri hələ də bundan nəticə çıxarmayıblar.
 
Göstərilənləri nəzərə alaraq, gələcəkdə yetkinlik yaşına çatmayanlar haqqında məlumatları yayacaqları təqdirdə kütləvi informasiya vasitələrinin redaksiyası, baş redaktoru (redaktoru), yayılmış məlumat və materialların müəllifləri barəsində qanunvericilikdə nəzərdə tutulan daha ciddi tədbirlər görüləcək”.

Загрузка...
Həmçinin oxuyun:
Məktəbdəki ƏXLAQSIZLIQLA bağlı Təhsil Nazirliyindən - AÇIQLAMA

Təhsil Nazirliyi məktəbdəki xoşagəlməz olayla bağlı diqqətli olmağa ÇAĞIRDI

Bakıda məktəbdə azyaşlıların cinsi əlaqədə olması ilə bağlı - RƏSMİ AÇIQLAMA

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası

Tədris vasitələrinə reklam qadağası

Tədris vasitələrinə reklam qadağası

Ucarda iki məktəbli qızı maşına mindirdilər və...

Bakı məktəbində DƏHŞƏT- 2 oğlan 8 yaşlı şagirdi...

15 ilədək həbs gözləyir - 7-ci sinif şagirdinə qarşı seksual hərəkət edib

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri

Zorakılıq edən 11-ci sinif şagirdi təcridxanaya köçürüldü

Təhsildən kənarda qalan uşaqlar - SƏBƏB İSƏ...

Məktəbdə zorakılığa məruz qalan qız damarlarını doğrayıb

Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

Məktəbdə psixotrop dərman satan şagird aşkarlandı

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Valideynlər nə üçün qızları məktəbə qoymurlar?

Daxili İşlər Nazirliyi müəllimləri işə götürəcək -ELAN

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Yoxlama”nın Bakı Şəhəri üzrə Təhsil İdarəsindən icazəsi olmayıb - RƏSMİ AÇIQLAMA

Məktəbliləri ölümə sürükləyən "Mavi balina" təhlükəsi - Nazirlik hərəkətə keçdi

Məktəbliləri ölümə sürükləyən "Mavi balina" təhlükəsi - Nazirlik hərəkətə keçdi

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

YADDAŞ  Məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə