AzTehsil.com
RU


Xəbərlər / H/N sənədlər / Valideyn / Direktor / Müəllim
15 noyabr 2017
3 024


Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası



1.Ümumi müddəa


Bu Qayda "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və ali təhsil pilləsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydasını tənzimləyir. Həmin arayış ali təhsilin müvafiq səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda, valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri əsasında verilir.


2.Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələri üzrə müxtəlif səbəblərdən təhsilini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası


2.1.Ali təhsil pilləsinin səviyyələri üzrə təhsilini başa vurmayan şəxslərə onların müraciətindən sonra 5 gün ərzində bu Qaydanın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun arayış verilir. Arayışda hər bir semestr üzrə tələbənin dinlədiyi fənlər (kreditin qazanılıb-qazanılmadığından asılı olmayaraq) barədə məlumatlar verilir.

 

2.2.Arayışlar qoruyucu nişanı olan xüsusi kağızda çap olunur.

 

2.3.Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən çap etdirilir və ali təhsil müəssisələrinə onların müraciəti əsasında verilir.

 

2.4.Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində və ali təhsil müəssisələrində ciddi hesabat sənədi kimi saxlanılır.

 

2.5.Korlanmış arayışlar blankları ciddi hesabat sənədi kimi ali təhsil müəssisəsi tərəfindən müvafiq qaydada aktla silinir.

 

2.6.Arayışların verilməsi üçün ali təhsil müəssisəsində qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:

 

-qeydiyyat nömrəsi;

-arayış verilən şəxsin soyadı, adı, atasının adı;

-arayışın seriyası və nömrəsi;

-arayışın verilmə tarixi;

-arayışı alan şəxsin imzası.

 

2.7.Arayışlar əlyazma və ya elektron formada qara şriftlə doldurulur.


3.Orta ixtisas təhsili pilləsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydası


3.1.Arayış orta ixtisas təhsilini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda, valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri əsasında verilir.


Orta ixtisas təhsilini başa vurmayan şəxslərə onların müraciətindən sonra 5 gün ərzində bu Qaydanın 2 nömrəli əlavəsində verilmiş formaya uyğun arayış verilir.

 

3.2.Arayışda təhsilalanın dinlədiyi fənlər (kreditin qazanılıb-qazanılmadığından asılı olmayaraq) barədə məlumatlar hər bir semestr üzrə verilir.

 

3.3.Arayışlar qoruyucu nişanı olan xüsusi kağızda çap olunur.

 

3.4.Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən çap etdirilir və orta ixtisas təhsili müəssisələrinə onların müraciəti əsasında verilir.

 

3.5.Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində və orta ixtisas təhsili müəssisələrində ciddi hesabat sənədi kimi saxlanılır.

 

3.6.Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi orta-ixtisas təhsili müəssisəsi tərəfindən müvafiq qaydada aktla silinir.

 

3.7.Arayışların verilməsi üçün orta ixtisas təhsili müəssisəsində qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:

 

-qeydiyyat nömrəsi;

-arayış verilən şəxsin soyadı, adı, atasının adı;

-arayışın seriyası və nömrəsi;

-arayışın verilmə tarixi;

-arayışı alan şəxsin imzası.

 

3.8.Arayışlar əlyazma və ya elektron formada qara şriftlə doldurulur.


4.İlk peşə-ixtisas təhsili müəssisələrində müxtəlif səbəblərdən təhsilini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası


4.1.Arayış ilk peşə-ixtisas təhsili pilləsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri əsasında verilir.


İlk peşə-ixtisas təhsili müəssisələrində təhsilini başa vurmayan şəxslərə onların müraciətindən sonra 5 gün ərzində bu qaydanın 3 nömrəli əlavəsində verilmiş formaya uyğun arayış verilir.

 

4.2.Arayışda şəxsin dinlədiyi fənlər barədə məlumatlar verilir.

 

4.3.Arayışlar qoruyucu nişanı olan xüsusi kağızda çap olunur.

 

4.4.Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən çap etdirilir və ilk peşə-ixtisas təhsili müəssisələrinə onların müraciəti əsasında verilir.

 

4.5.Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində və ilk peşə- ixtisas təhsili müəssisələrində ciddi hesabat sənədi kimi saxlanılır.

 

4.6.Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi ilk peşə-ixtisas təhsili müəssisəsi tərəfindən müvafiq qaydada aktla silinir.

 

4.7.Arayışların verilməsi üçün ilk peşə-ixtisas təhsili müəssisəsində qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:

 

-qeydiyyat nömrəsi;

-arayış verilən şəxsin soyadı, adı, atasının adı;

-arayışın seriyası və nömrəsi;

-arayışın şəxsə verilmə tarixi;

-arayış alan şəxsin imzası.

 

4.8.Arayışlar əlyazma və ya elektron formada qara şriftlə doldurulur.

 

5.Ümumi təhsilin səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

 

5.1.Arayış ümumi təhsilin ibtidai, ümumi orta və tam orta səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında məktəb pedaqoji şurasının qərarı ilə 10 gün müddətində bu Qaydanın 4, 5 və 6 nömrəli əlavələrində verilmiş formalara uyğun verilir.

 

5.2.Arayışda şagirdin dinlədiyi fənlər və həmin fənlər üzrə aldığı qiymətlər yazılır.

 

5.3.Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qoruyucu nişanı olan xüsusi kağızda çap etdirilir və ümumi təhsil müəssisələrinə onların müraciəti əsasında verilir.

 

5.4.Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində və ümumi təhsil müəssisələrində ciddi hesabat sənədi kimi saxlanılır.

 

5.5.Korlanmışarayışblanklarıciddihesabatsənədikimiümumitəhsil müəssisəsi tərəfindən müvafiq qaydada aktla silinir.

 

5.6.Arayışların verilməsi üçün ümumi təhsil müəssisəsində qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:

 

-qeydiyyat nömrəsi;

-arayış verilən şagirdin soyadı, adı, atasının adı;

-arayışın seriyası və nömrəsi;

-arayışın verilmə tarixi;

-arayışı alan şəxsin imzası.

 

5.7.Arayışlar əlyazma və ya elektron formada qara şriftlə doldurulur.

 

6.Ali təhsil pilləsinin doktorantura səviyyəsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi

 

6.1.Ali təhsil pilləsinin doktorantura səviyyəsi üzrə təhsilini başa vurmayan şəxslərə onların müraciətlərindən sonra 5 gün ərzində bu Qaydaların 7 nömrəli əlavəsinə uyğun formada arayış verilir. Arayışda doktoranturada təhsil müddətində verilmiş doktorluq imtahanlarının adları və qiymətləri göstərilir. İmtahanlar müxtəlif təşkilatlarda verildikdə, bu barədə cədvəlin sonunda müvafiq qeydlər aparılır.

 

6.2.Arayışlar qoruyucu nişanı olan xüsusi kağızda çap olunur.

 

6.3.Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən çap etdirilir və ali təhsil müəssisələrinə (elmi təşkilatlara)  onların  müraciəti  əsasında  verilir.

 

6.4.Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində, ali təhsil müəssisələrində və elmi təşkilatlarda ciddi hesabat sənədi kimi saxlanılır.

 

6.5.Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi ali təhsil müəssisəsi və ya elmi təşkilat tərəfindən müvafiq qaydada aktla silinir.

 

6.6.Arayışların verilməsi üçün ali təhsil müəssisəsində və elmi təşkilatda qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:

 

-qeydiyyat nömrəsi;

-arayış verilən şəxsin soyadı, adı, atasının adı;

-arayışın seriyası və nömrəsi;

-arayışın verilmə tarixi;

-arayışı alan şəxsin imzası.

 

6.7.Arayışlar əlyazma və ya elektron formada qara şriftlə doldurulur.




Загрузка...
Həmçinin oxuyun:
Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

“Diplom haqqında arayış” elektron xidməti yeniləndi

“Diplom haqqında arayış” elektron xidməti yeniləndi

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Qeydiyyat başladı - Müəllimlər üçün növbəti şans

Qeydiyyat başladı - Müəllimlər üçün növbəti şans

Şəhadətnaməni attestatla əvəz etdik. Farslar demiş, xub...

Şəhadətnaməni attestatla əvəz etdik. Farslar demiş, xub...

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Doktoranturaya qəbulda yenilik olacaq

Doktoranturaya qəbulda yenilik olacaq

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Təhsilin formaları və təhsilalma formaları dedikdə nə başa düşülür?

Təhsilin formaları və təhsilalma formaları dedikdə nə başa düşülür?

Psixoloji-tibbi pedaqoji komissiya barədə  Əsasnamə

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

GDU-dan ixtisasını dəyişmək və ikinci ali təhsil almaq istəyənlər üçün fürsət...

GDU-dan ixtisasını dəyişmək və ikinci ali təhsil almaq istəyənlər üçün fürsət...

DİM sədri: "Dövlət qulluqçularının əmək kitabçaları ilə reyestrdəki məlumatlar arasında uyğunsuzluq var"

DİM sədri: "Dövlət qulluqçularının əmək kitabçaları ilə reyestrdəki məlumatlar arasında uyğunsuzluq var"