AzTehsil.com


Xəbərlər / H/N sənədlər
05 dekabr 2017
3 393


Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası



1.Ümumi müddəalar

1.1.Bu Qayda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.7-ci maddəsinə uyğun olaraq, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin (bundan sonra - dövlət nəzarəti) təşkilini və həyata keçirilməsini tənzimləyir.
 
1.2.Dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq  hüquqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınmasıdır.
 
1.3.Dövlət nəzarətini, Azərbaycan Respublikasının qanunları əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər.
 
1.4.Bu Qaydada sadalanmış vəzifələr dövlət orqanlarının Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında uşaq hüquqları sahəsində nəzərdə tutulmuş vəzifələrinin inkar edilməsi kimi təfsir oluna bilməz.

2.Dövlət nəzarəti sahəsində funksiyalar

2.1.Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi:
 
2.1.1.uşaqların hüquqlarını və mənafelərini müdafiə edir;
 
2.1.2.Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, valideyn himayəsindən məhrum olan uşaqların, övladlığa götürülən uşaqların ümumi uçotunu aparır;
 
2.1.3.Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə razılıq verir, ölkələrarası övladlığa götürmə məsələləri üzrə zəruri tədbirləri həyata keçirir;
 
2.1.4.Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü hallarda, övladlığa götürülmüş uşaqların həyat şəraitinə və tərbiyəsinə nəzarətin həyata keçirilməsi üzrə hesabatlara və məlumatlara baxır, əsas olduqda, övladlığa götürmənin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırır;
 
2.1.5.Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi ləğv edildikdə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların Azərbaycan Respublikasının ərazisinə qaytarılması və ya övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin qanunvericiliyinə uyğun yerləşdirilməsi məqsədi ilə zəruri tədbirlər görür;
 
2.1.6.Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanları müəyyən edir və onların fəaliyyətinə nəzarət edir.
 
2.2.Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:
 
2.2.1.uşaqların hüquqlarını və mənafelərini müdafiə edir;
 
2.2.2.sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, habelə onların tərbiyəsi,  təhsili  və  saxlanılması  üzrə  öz  vəzifələrini   yerinə   yetirməyən   və   ya   onların davranışına mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr barəsində profilaktik iş aparılmasını təmin edir;
 
2.2.3.yetkinlik yaşına çatmayanları cinayət əməllərinə və ya fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində qanunazidd başqa əməllər törətmiş şəxslərin, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynlərin və digər qanuni nümayəndələrin, vəzifəli şəxslərin aşkar edilməsini, onlar barəsində Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş  tədbirlərin görülməsini təmin edir;
 
2.2.4.inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb etmək üçün müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilən yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanların ictimai təhlükəli əməllər törətməsi barədə, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynlər və ya digər qanuni nümayəndələr, yaxud vəzifəli şəxslər barəsində müraciətlərə baxılmasını təmin edir;
 
2.2.5.yetkinlik yaşına çatmayanların baxımsızlığına, qanunazidd əməllər törətməsinə imkan yaradan səbəblər və hallar barəsində müvafiq dövlət orqanlarına və digər qurumlara məlumat verilməsini təmin edir;
 
2.2.6.hüquq pozuntusu törətmiş yetkinlik yaşına çatmayanlar barəsində, habelə onların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, onların tərbiyəsinə mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr, yaxud vəzifəli şəxslər barəsində Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş təsir tədbirlərinin tətbiq edilməsi haqqında müvafiq dövlət orqanlarına təkliflər verilməsini təmin edir;
 
2.2.7.yetkinlik yaşına çatmayanların müvəqqəti saxlanılma yerlərində xidmətin təşkilinə nəzarət edir.
 
2.3.Azərbaycan Respublikasının Təhsil Nazirliyi:

2.3.1.təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata keçirir;
 
2.3.2.təhsil prosesinin təşkilinə dair ümumi tələbləri müəyyən edir;
 
2.3.3.təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirir;
 
2.3.4.icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət edir, heç bir üzrlü səbəb olmadan dərslərdə iştirak etməyən və ya mütəmadi olaraq təhsildən yayınan yetkinlik yaşına çatmayanların təhsil müəssisələrində uçotunu aparır, onların tərbiyəsi və icbari ümumi orta təhsil alması üçün zəruri tədbirlər görülməsini təmin edir;

2.3.5.valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların müəyyənləşdirilməsini və onların təhsilə cəlb edilməsini təşkil edir;

2.3.6.Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, valideyn himayəsindən məhrum olan 3 yaşından yuxarı uşaqların mərkəzləşdirilmiş uçotunu aparır, onların tərbiyə olunmaq üçün ailələrdə yerləşdirilməsinə yardım edir, övladlığa götürülən 3 yaşından yuxarı uşaqların mərkəzləşdirilmiş uçotunu aparır;

2.3.7.uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər vermək məqsədi ilə psixoloji-tibbi-pedaqoji komissiyalar yaradır;

2.3.8.aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə ciddi tərbiyə şəraitinə ehtiyacı olan, sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların təhsilini təşkil edir;

2.3.9.istedadlı uşaqların təhsilini davam etdirməsi üçün zəruri tədbirlər görür;

2.3.10.uşaqların istirahətinin, asudə vaxtının və məşğulluğunun təşkilində iştirak edir;

2.3.11.təhsil müəssisələrində bədən tərbiyəsi dərslərinin və idman məşğələlərinin yüksək səviyyədə keçirilməsini təmin edir, təhsil alanların üzməyi öyrənməsi, müvafiq idman normativlərini yerinə yetirə bilməsi üçün şərait yaradır;

2.3.12.təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi üçün tədbirlər görür;
 
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli Fərmanı ilə təsdiq edilmişdir



Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Psixoloji-tibbi pedaqoji komissiya barədə  Əsasnamə

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Valideynlərini itirən tələbələr əyani ali təhsil ixtisaslarında ödənişdən azad edildi

Valideynlərini itirən tələbələr əyani ali təhsil ixtisaslarında ödənişdən azad edildi

Əmək Qanunvericiliyinə aid 10 TEST

Əmək Qanunvericiliyinə aid 10 TEST

YADDAŞ  Məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə

YADDAŞ Məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə

Bu tələbələr təhsil haqqından tam azaddır - Açıqlama

Bu tələbələr təhsil haqqından tam azaddır - Açıqlama

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

600-dən yuxarı balla tələbə adını qazananlar arasında internat məktəblərinin məzunları da var

600-dən yuxarı balla tələbə adını qazananlar arasında internat məktəblərinin məzunları da var

Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

Ödənişli əsaslarla oxuyan hansı tələbələr təhsil haqqından azad ediləcək? - Konstitusiya Məhkəməsinin CAVABI

Ödənişli əsaslarla oxuyan hansı tələbələr təhsil haqqından azad ediləcək? - Konstitusiya Məhkəməsinin CAVABI

Əməyin mühafizəsi haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əməyin mühafizəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri

Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında  Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu