AzTehsil.com


Xəbərlər / Direktor
20 sentyabr 2020
5 778


Almaz Həsrət: “6, 7, 8-ci sinifdən məktəbdən çıxarılmış şagirdlərə görə məktəb heç bir hüquqi məsuliyyət daşımır”



 

Azərbaycanda yeni tədris ili başlayıb. Ölkəmizin qanunlarına görə, 6 yaşına çatmış hər bir uşaq məktəbə getməli, 9 illik və ya 11 illik təhsil səviyyəsinə yiyələnməlidir.

Bəs, hər bir azərbaycanlı uşaq vaxtında dərsə gedə və bu proqramı yekunlaşdıra bilirmi? Xüsusi ilə regionlarda elə hallar olur ki, şagirdlər kiçik yaşlarından məktəbdən çıxarılıb ya işləməyə, ya da evlənməyə məcbur edilir. Bunun qaşısını almaq çox çətin, bəzən mümkünsüz olur.

Bu məsələ qanunla necə tənzimlənir? Belə olan halda məktəb rəhbərliyi, müəllimlər, hüquq mühafizə orqanları hansı addımları atmalıdırlar?

Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət AYNA-ya deyib ki, hər şeydən öncə valideynlər maarifləndirilməlidir: "Azyaşlılar mütləq şəkildə təhsil almalıdırlar. Onlar azyaşlı uşaqları ailə qurmağa yönləndirməməlidirlər. Əksər valideynlər ya hüquqlarını bilmir, ya da gözdən qaçırırlar. Öz bildiklərinə uyğun hərəkət etdikləri üçün də nəticə pis olur”.

"6, 7, 8-ci sinifdən məktəbdən çıxarılmış şagirdlərə görə məktəb heç bir hüquqi məsuliyyət daşımır. Məktəb şagirdləri mütləq nəzarətdə saxlamalıdır, belə bir hadisə baş verərsə, aidiyyəti quruma, rayon təhsil şöbəsinə müraciət etməlidir. Rayon təhsil şöbəsi də Daxili İşlər Nazirliyinin müvafiq qurumlarına məlumat verməlidir”, – həmsöhbətimiz bildirib.
 
 
A.Həsrətin sözlərinə görə, valideyn deyə bilər ki "övlad mənimdir, özüm bilərəm”, lakin unutmayaq ki, övlad dövlətin nəzarətindədirsə, bu cəmiyyətin bir parçasıdırsa, dövlət mütləq şəkildə dövlət onu qoruyur, qoruyacaq da: "Bu yöndə bir problem yaşanarsa, sinif rəhbəri məktəb rəhbərinə, məktəb rəhbəri aidiyyəti qurumlara, onlar isə polisə müraciət edərək bildirir vəziyyəti. Yalnız bu çərçivədə belə halların qarşısını almaq olar”.
 
Ekspert bu prosesdə psixoloqların mühüm rolunun olduğunu vurğulayıb: "Hər bir məktəbdə psixoloq çalışır. Sinif rəhbəri, psixoloq və hətta, fənn müəllimi şagirdlərə xüsusi nəzarəti artırmalıdır. Şagirdin davamiyyəti daimi nəzarətdə saxlanılmaldır. Əgər şagird təhsildən yayınarsa, sinif rəhbəri bunu məktəb rəhbərinə bildirməlidir. Məktəb rəhbəri ailəyə baş çəkməli və vəziyyəti müşahidə etməlidir, həm də psioxoloq və sinif rəhbəri ilə birlikdə. Əgər şagirdlə ailə arasında anlaşma çətindirsə, ortaq məxrəcə gəlməkdə çətinlik çəkirlərsə, bu zaman daha yuxarı qurumlara bildirilməli, ailədə övlada qarşı sərt, sayğısız bir durum müşahidə edildikdə gərəkli olan, hüquqi normativ qaydalara uyğun müvafiq cəza tədbirləri görülməlidir”.
 




Загрузка...
Həmçinin oxuyun:
“Heç kim uşağı oxumağa məcbur edə bilməz” - Məhəbbət Vəliyeva

“Heç kim uşağı oxumağa məcbur edə bilməz” - Məhəbbət Vəliyeva

Almaz Həsrət: “Məktəb rəhbərliyini günahkar kimi ən son adamlar olduğunu deyərdim”

Almaz Həsrət: “Məktəb rəhbərliyini günahkar kimi ən son adamlar olduğunu deyərdim”

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktublar -  Sinif rəhbərinin şagirdlərlə iş prinsiplərindən bir kimi

Məktublar - Sinif rəhbərinin şagirdlərlə iş prinsiplərindən bir kimi

6 rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb

6 rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...

Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...

“Sinif rəhbəri elə keyfiyyətlərə malik olmalıdır ki...” - Sosioloq DANIŞDI

“Sinif rəhbəri elə keyfiyyətlərə malik olmalıdır ki...” - Sosioloq DANIŞDI

Məktəbə ilk qədəmini atan bunları mütləq bilməlidir

Məktəbə ilk qədəmini atan bunları mütləq bilməlidir

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Sinif jurnalının yazılması və sinif jurnalına  nəzarət qaydaları

Sinif jurnalının yazılması və sinif jurnalına nəzarət qaydaları

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Məktəbdə və sinifdə  şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird davranış qaydaları

Şagirdin nizam-intizam qaydalarını kobud şəkildə pozması nə ilə nəticələnir

Şagirdin nizam-intizam qaydalarını kobud şəkildə pozması nə ilə nəticələnir

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini  necə qurmalı ?..

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini necə qurmalı ?..

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

DAVRANIŞ QAYDALARI

DAVRANIŞ QAYDALARI

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Sinif rəhbərləri işlərinin öhdəsindən gələ bilirlərmi? - Valideynlər cavab verdilər - SORĞU

Sinif rəhbərləri işlərinin öhdəsindən gələ bilirlərmi? - Valideynlər cavab verdilər - SORĞU

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Sinif rəhbərinin zəhməti düzgün qiymətləndirilməlidir

Sinif rəhbərinin zəhməti düzgün qiymətləndirilməlidir

Bakıda şagirdlərə narkotik verilir? - İNSANLARI TƏŞVİŞƏ SALANLAR KİMDİR?

Bakıda şagirdlərə narkotik verilir? - İNSANLARI TƏŞVİŞƏ SALANLAR KİMDİR?