Nazir: “Qızılcaya yoluxanların sayında azalma var, distant təhsillə bağlı gözlənti yoxdur”
“Uşaq bağçalarında və məktəblərdə qızılca xəstəliyinə yoluxmanın artım sürətində nisbətən azalma müşahidə edilir”.
Aztehsil.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir prosesin nəzarətdə olduğunu söyləyib:
“Burada əsas məsələ peyvənddir. Valideynlər övladlarını vaxtında və düzgün peyvənd etdirməlidirlər ki, bir daha belə hallarla qarşılaşmayaq”.
Emin Əmrullayev təhsil müəssisələrinin distant rejimə keçməsi haqqında qərar olmadığını deyib:
“Bütün təhsil sisteminin distanta keçirilməsi və ya qapadılmasını düşünmürük”.