Xəbərlər / Müəllim
28 aprel 2020
3 531


Distant təhsil: üstünlüklər və çatışmazlıqlar

Distant təhsil: üstünlüklər və çatışmazlıqlar

 

Analitik sorğunun dəyərləndirilməsi

Məlumdur ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb. COVID-19-un səbəb olduğu məktəblərin bağlanmasına cavab olaraq, YUNESKO təhsildə yaranan fasilələri məhdudlaşdırmaq üçün dünya ölkələrinə distant təhsil proqramlarından istifadəni tövsiyə edir. Aşağıda məktəblərə və müəllimlərə şagirdlərin öyrənməsini asanlaşdıran,  sosial qayğı və qarşılıqlı əlaqəni təmin edəcək açıq təhsil tətbiqləri və platformaların siyahısı verilib. 

 Açıq təhsil proqramları və platformaları:
 
Canlı yayımlanan dərsləri dəstəkləmək üçün tətbiqlər və platformalar;
 Canlı onlayn dərslər vasitəsilə müəllimlər dərsləri evdən və ya iş yerindən yayımlaya bilərlər;
 Skype, Zoom, Microsoft Teams və Hangouts Meet daxil bir neçə dil həlləri mövcuddur.
 
Bəs distant təhsil nədir?

Distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunma fоrmasıdır. Distant təhsil - müəllim və tələbələrin bir-biriləri ilə məsafədən qarşılıqlı əlaqəsidir ki, burada təhsil prosesinə xas olan bütün komponentləri (məqsədləri, məzmunu, metodları, təşkilati formaları, tədris vasitələri) əks etdirən və internet texnologiyalarının xüsusi vasitələri və ya interaktivliyini özündə cəmləşdirən digər vasitələrdən istifadə olunur. Hesab olunur ki, distant təhsil formasını ilk yaratmaq cəhdi 1840-cı ildə edilib. Həmin vaxt İsaak Pitman poçt məktubları vasitəsilə Birləşmiş Krallıqda tələbələrə stenoqrafiyanı öyrətməyə başlamışdı. Azərbaycanda isə distant təhsilin rəsmi yaranma tarixini «Təhsil haqqında» Qanunun təsdiq edildiyi 19 iyun 2009-cu ili hesab etmək olar. Qanunun 13-cü maddəsinə əsasən, əyani və qiyabi təhsil formaları ilə yanaşı, distant təhsil forması da qəbul olunub.

Distant təhsilin aktual olduğu bir dövrdə Hədəf Liseyi olaraq  gələcək fəaliyyətlərimizə yön vermək üçün valideynlər arasında sorğu keçirdik.  Aparılan sorğu bu tədris formasının valideyn və müəllimlər üçün yaratdığı üstünlük və çatışmamazlıqları müəyyən edib, distant təhsildən daha səmərəli istifadəni təşkil etmək məqsədi daşıyıb. Qeyd edək ki, sorğuda 1200-ə yaxın respondent iştirak edib. Statistikanı təhlili ilə birgə təhsil ictimaiyyətinə təqdim etməyi özümüzə borc bildik.

 İlk olaraq respondentlər distant təhsilə olan münasibətlərini bildiriblər. Onlardan 39,6% distant təhsili  xüsusi hallar üçün faydalı hesab etsə də, 31% yaxşı və 18,9% isə əla olaraq dəyərləndirib.  Demək lazımdır ki, distan təhsil yaranan şərait ilə əlaqədar olaraq tədrisin davam etdirilməsi üçün təxirəsalınmaz qərar olaraq verilib.  Qəbul etməliyik ki, müəllimlər, valideynlər,  şagirdlər bu təhsil formasına hazır deyildilər, hətta məlumatsız da ola bilərdilər. Buna görə də respondentlərin 10%- distant təhsilə qənaətbəxş olmayan bir forma kimi yanaşıb.

Distant təhsil zamanı onlayn dərslərin keçirilməsi üçün müxtəlif interfeyslər təqdim olundu. Yuxarıda da qeyd etdiyimiz kimi, bu müxtəlif təhsil proqramları və platformaları idi. Bu proqram və platformalardan istifadə, eləcə də onların mənimsəmə göstərilciləri haqqında cavablar faiz olaraq 64,8% təşkil edərək çox az çətinliklərin olmasını, 35,2% isə çətinliklərin olmamasını əks etdirir. Həqiqətən respondentlərin yarıdan çoxu xüsusi çətinliklərin olmamasını qeyd edib ki, bu da son zamanlarda rəqəmsal savadlılığın artması ilə izah oluna bilər.

Distant təhsil forması və onlayn dərslər internet üzərindən aparıldığı üçün müəyyən texniki problemləri və avadanlıq nasazlığı sıxıntılarını da qaçılmaz edir. Sorğu iştirakçılarının yarıdan çoxu - 53,3%-i bu qəbildən olan sıxıntıların çox az olduğunu, 32%-i çox olduğunu, 14,7%-i isə demək olar heç olmadığını qeyd edib.

Onlayn dərslər zamanı fənnin öyrədilməsi və öyrənilməsinin izlənilməsi də vacib şərtlərdən hesab edilir. Bu prosesin öyrənənlərə daha asan və yaxud, daha çətin olması sorğusuna 41,7% kəskin bir fərq olmadığını, 33,2% daha çətin olduğunu, 10,5% daha asan olduğunu qeyd edib.  Çox maraqlıdır ki, 14,6% iştirakçılar bu suala cavab verməkdə çətinlik çəkib. Cavablardan da göründüyü kimi, bu sualda fikirlərin müxtəlifliyi  müəyyən təcrübə çatışmazlığı göstəricisi kimi izah edilə bilər.

Distant təhsil zamanı onlayn dərs prosesində müəllimlərin kameranın arxasında qalması, onların təhsilalanlarla canlı ünsiyyət qura bilməməsi, həmçinin emosiya və duyğuların nisbətən az ötürülməsinin şagirdlərə təsiri necədir, onlarla canlı ünsiyyəti əvəz edirmi? Bu suallara respondentlərin  69,4% -i canlı ünsiyyətə ehtiyac duyduğunu, 21,6%-i  virtual ünsiyyətin yetərli olduğunu, digərləri isə cavab verməkdə çətinlik çəkdiklərini söyləyiblər . Ənənəvi təhsil zamanı qarşılıqlı emosional əlaqənin və duyğuların ötürülməsi onlayn dərslərə nisbətən daha güclü olsa da, bu dərslərin də şagirdlər arasında müəyyən maraq yaratması müşahidə edilib.

Onlayn dərs prosesi zamanı təlim nəticələrinin daha effektiv olub- olmaması da əhəmiyyətli məqamlardan biridir. Respondentlərin böyük əksəriyyətinin fikrincə, 74,3% olmaqla canlı dərslər zamanı nəticələr daha yaxşı və effektiv əldə edilir. Onlayn və yaxud da canlı dərs olaraq nəticə əldə etməyin heç bir fərqi olmadığını 15,5% iştirakçı cavablandırıb. İştirakçıların 5,7%-i- bu isə say olaraq təxminən 65 nəfər edir-, onlayn dərslərdən əldə olunan nəticəni qənaətbəxş hesab edib. Yerdə qalan faiz (4,5) bu sualı dəyərləndirməyə çətinlik çəkdiklərini söyləyib.

Prezident  İlham Əliyev "İndi biz XXI əsrdə yaşayırıq. XXI əsr yüksək texnologiyalar əsridir. Bu əsrdə hansı ölkə biliyə, savada, yeniliyə daha meyillidirsə, o ölkə öz maraqlarını təmin edəcəkdir”- deməklə, müasir təhsil vasitələri və onlardan istifadə etməklə bilik və bacarıqların əldə olunmasının  zəruriliyini bizlər üçün vurğulayıb.

Müasir tədris formalarından istifadə edərək, həmçinin texnolji avadanlıqlardan yararlanaraq bilik və bacarıqların əldə edilməsi də zamanın tələblərindən biridir. Sorğuda verilən suallardan biri də şagirdlərin texnoloji vasitələrlə tədris almasına münasibət olub. Bu suala 36,5% (418 nəfər) müsbət münasibətini bildirib.  Təxmini o qədər də, 34,5% (396 nəfər) olaraq bu prosesə məcburiyyətdən, yəni lazım olmasa,  bu formada tədrisdən istifadə etməyəcəklərini söyləyib. 28,9% (331 nəfər) bu prosesə neytral münasibət göstərib.

Onlayn dərs prosesi bilvasitə şagirdlərin ev mühitində keçirildiyindən,  valideynlərin də bu prosesdə iştirakını zəruri edib. Belə ki, valideynlər dərslərin keçirilməsi zamanı övladlarının yanında olmalı, dərs prosesini təşkil etməkdə köməklik göstərməli, dərslərin  effektiv keçməsi üçün şərait yaratmalı oldu. Sorğu iştirakçılarının 34,9%-i bu köməkliyin hərdən, yəni  övladların müraciəti olarkən edildiyini, 22,8%-i imkan olduğu qədəri ilə, 22,7%-i heç bir köməklik etmədiyini, 19,6%-i isə hər zaman köməklik göstərdiyini söyləyib. Həmçinin müşahidələr valideyn məsuliyyətinin və dərs prosesinə nəzarətin  onlayn dərslər zamanı zəruri olduğunu göstərir. Ümumiyyətlə, valideynin məsuliyyəti tədrsin bütün formalarında  çox vacibdir.
Distant  təlim-tədris sistemi hamı üçün münasibdir. Bu, illər ötdükcə daha çox inkişaf edəcək müasir təhsil formasıdır. Respondentlər bu formanın hansı şagird qrupları üçün faydalı olduğunu cavablandıraraq maraqlı statistika ortaya qoyublar. Belə ki, 38,1% iştirakçı bu təhsil formasının xüsusi hallar üçün, müvəqqəti məktəbə gedə bilməyən (xəstəlik, başqa yerə köçmə və s. səbəblərdən) şagirdlər üçün yararlı olduğunu söyləyiblər. 28,5% respondentlər distant təhsil formasının müstəqil biliklərə yiyənmə qabiliyyəti olan şagirdlər üçün, 26,5% isə bütün şagirdlər üçün effektiv ola biləcəyini qeyd ediblər. 3,8% cavablar müəllimlə ünsiyyətdə çətinliklər yaşayan şagirdlər üçün, 3,2% isə müəyyən bir fənndən geri qalan, zəifliyi olan şagirdlər üçün yararlı olduğunu düşünən cavablar olub.

Dərsin təşkilatçısı, birbaşa idarəçisi müəllim olduğu üçün, sözsüz ki, bu prosesdəki fəaliyyəti də önəmlidir. Müəllimlərin İKT bacarıqları, veb-resurslardan istifadə səriştələri  bu prosesin effektivliyinə təsir edən amillərdəndir. 42,4% iştirakçılar müəllimlərin fəaliyyətindən tam razı olduqlarını bildiriblər. 29,4% respondentlər texniki problemlərin olmadığı halda bunun daha yaxşı alındığını qeyd edib, 21,7% isə bu prosesin müəllimlərə görə müxtəlif olduğunu söyləyib. 6% sorğu iştirakçıları onlayn dərs prosesi zamanı müəllimlərin işini mənfi dəyərləndirib.

Əslində onlayn tədrisin metodologiyası tamamən fərqlidir. Düzdür, ənənəvi üsullardan da istifadə edilir, amma müəllim eyni yanaşmanı sərgiləyərsə, dərsinin alınmayacağına əmin olmalıdır. Virtual şəkildə şagirdi idarə etmək müəllimdən tamam başqa bacarıqlar istəyir. Burada yenə bizim üçün aydın olan bir məsələ yada düşür: Yaradıcı müəllim. Yaradıcı müəllim operativ şəkildə vəziyyətdən çıxmağı bacardığı üçün onlayn dərslərdə də porblem yaşamayacağı şübhəsizdir.
Yuxarıda qeyd etdiyimiz kimi, distant təhsilə keçid zamanı bir neçə təhsil platformaları, tətbiqləri və proqramları ictimaiyyətə təqdim edildi. Daha effektiv olanı 64,2% ilə distant təhsil proqramları olan Googleclassroom, Zoom, Microsoft Teams, 24% isə WhatsApp tətbiqi qeyd edib.  Təhsil proqramlarının yüksək səs yığmağı onların sistematik olması, platformalarının həm görüntülü dərslərin təşkili, ənənəvidəki canlılığa yaxın olması,  həm də müxtəlif test və tapşırıqların işlənməsi üçün əlverişli olmasıdır.

Sorğuda iştirak edənlər distant təhsil zamanı müşahidə etdikləri üstünlükləri 33,3% olaraq bu prosesin evdə təşkil olunduğu üçün qeyd edib. 25,9% respondent isə bu prosesin şagirdlərdə müstəqil öyrənmə bacarıqlarının inkişafı üçün faydalı olduğunu düşünür. 23,2% isə bu prosesin heç bir üstünlüyünü görmür. Maraqlıdır ki, 17,6% faiz cavablar bu prosesin vaxta qənaət edəcəyini üstünlük kimi görüb. Digər cavabları ümumiləşdirərək qeyd etmək olar ki, distant təhsilin bir sıra üstünlükləri vardır:

Kompüterdə işləmək maraq cəlb edir; 
Psixoloji komfort durumu; 
Zamana qənaət;
Gələcək üçün lazım ola biləcək distant təhsil ilə işləmək bacarıqlarının inkişafı; 
Əlavə tədris materiallarını daha dərindən öyrənmə imkanı;
Tədris materiallarının müstəqil öyrənmə bacarıqlarının inkişafı; 
Evdə təhsil alma imkanı.
Distant təhsil zamanı onlayn dərs prosesinin üstünlükləri ilə yanaşı, bir sıra çətinlikləri də vardır. 42,3% faiz (494 nəfər) bu çətinliklərin texniki tərəfdən olduğunu söyləyib. 21,4% (250 nəfər) distant təhsildə çətinlik çəkdiyini söyləyib. 21% (245 nəfər) bu prosesdəki çətinliyin yalnız dərslər açılarsa bitdiyini düşündüyünü qeyd edib. 15,4% (180 nəfər) isə heç bir çətinlik görməyib.
Valideynlərin mövcud vəziyyətlə bağlı evdə qaldıqları vaxtda övladları ilə keçirdikləri zamanı necə dəyərləndirdikləri sualı da maraqlı cavablarla yadda qalıb. Belə ki, 54,7% (640 nəfər) bu vaxtı film izləmək, kitab oxumaq, müxtəlif oyunlar oynamaq kimi dəyərləndirib. 25,8% (302 nəfər) müəllimlərə bundan sonra daha anlayışlı yanaşacağını dilə gətirib. 19,4% (227 nəfər) isə buna iş çoxluğundan vaxtı olmadığını bildirib.

Biz ictimaiyyət tərəfindən müxtəlif cür anlaşılan distant təhsil analizini aparmağa çalışdıq. 30-40 dəqiqə ərzində müəllim hər hansı mövzunu tədris edərək şagirdlərini öyrədir və ev tapşırığı verərək bu prosesin daha dərindən öyrənməsini təmin edir. Bu zaman yaranan istər internet problemləri, istər texniki problemlər, istər şagirdlərin, həm də müəllimlərin özlərinin də bu prosesə adaptasiyası kimi zaman tələb edən problemlərə baxmayaraq. Bu qarışıq dönəm şəraitində bütün ölkə məktəbləri və fədakar Azərbaycan müəllimləri əldə olan mövcüd vasitə və üsullardan istifadə edərək dəsrlərini keçməyə cəhd edirlər.

Distant təhsil adi təhsil sistemini əvəz etmir və əvəz də etməməlidir, amma distant təhsilin gələcək üçün inkişafı da təmin edilməsi vacib bir hal alıb artıq.

                                                     
Şəmil Sadiq,dosent,

Aytən Hüseynova
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

UNEC-də distant dərslərin evdən tədrisinin statistikası

UNEC-də distant dərslərin evdən tədrisinin statistikası

UFAZ-da 538 bakalavr distant tədris prosesinə qatılıb

UFAZ-da 538 bakalavr distant tədris prosesinə qatılıb

AzMİU-da onlayn dərslər davam edir

AzMİU-da onlayn dərslər davam edir

Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları üçün distant tədris təşkil ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları üçün distant tədris təşkil ediləcək

Koronavirus təhsilə təsir göstərir

Koronavirus təhsilə təsir göstərir

İlk distant təhsil məktəbi

İlk distant təhsil məktəbi

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

Dövlət İdarəçilik Akademiyasında distant tədrislə bağlı hesabat dinlənilib

Dövlət İdarəçilik Akademiyasında distant tədrislə bağlı hesabat dinlənilib

İmtahanların da distant keçirilməsi mümkündür

İmtahanların da distant keçirilməsi mümkündür

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

AMEA -da onlayn tədris prosesinə 200-dən çox professor-müəllim cəlb olunub

AMEA -da onlayn tədris prosesinə 200-dən çox professor-müəllim cəlb olunub

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

AzMİU-da 1500-ə yaxın onlayn dərs keçirilib

AzMİU-da 1500-ə yaxın onlayn dərs keçirilib

Şamaxı rəsədxanasının magistrantları distant yolla elmi-pedaqoji təcrübə keçirlər

Şamaxı rəsədxanasının magistrantları distant yolla elmi-pedaqoji təcrübə keçirlər